Azərbaycanda hüceyrə terapiyası mərkəzi qurulur
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində deyib.
O qeyd edib ki, yerli mütəxəssislərimiz də bu prosesə töhfə verəcəklər:
"Çox sevindirici haldır ki, xaricdə oxuyub ölkəmizə dönən həmvətənlərimiz var. Onlar nəinki adi həkim kimi fəaliyyət göstərirlər, əksəriyyətinin hüceyrə terapiyası sahəsində elmi dərəcələri də var. Lazımi infrastruktur qurulmaqdadır və işə salındıqdan sonra şəkərli diabet, uşaq serebral iflici və dağınıq skleroz kimi xəstəlikləri olan insanlar üçün bir ümid yeri yaradılacaq. Düşünürəm ki, biz bu baxımdan regional ilkə də imza atacağıq”.
“Bir məsələyə də toxunmaq istəyirdim. Biz transplantologiyadan danışanda bir məqam fikrimdən çıxdı, özümə borc bilirəm onu deyim. Azərbaycanın beynəlxalq müstəvidə də transplantologiya üzrə bir təşəbbüsü var idi. Bu, Türk Dövlətləri Təşkilatının üzv ölkələri və müşahidəçi qismində iştirak edən ölkələr arasında "Türk Transplant" adlanan vahid informasiya platformasının qurulması idi. 2023-cü ildə bu təşəbbüs Azərbaycan tərəfindən irəli sürüldü. Bütün qardaş ölkələr tərəfindən bu təşəbbüs çox müsbət qarşılandı. Platformanın işə salınması, onun beynəlxalq hüquq və normalara uyğun fəaliyyət göstərməsi və transsərhəd məlumat mübadiləsinin düzgün təşkilinə dair əsas addımlar atılıb. Üzv və müşahidəçi qismində iştirak edən ölkələrin ümumi əhalisi 170 milyonu aşır. İlkin mərhələdə bu, əsasən sümük iliyi transplantasiyasına ehtiyacı olan resipiyentlərin və mümkün donorların vahid reyestrinin formalaşdırılmasını nəzərdə tutur. İlk mübadilələr başlayandan sonra solid orqanlarda ilkin mərhələdə çarpaz transplantasiya nəzərdə tutulur. Yəni bu baxımdan düşünürəm ki, bunun qardaş ölkələr arasında, həqiqətən də, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində müstəsna rolu olacaq”, - nazir əlavə edib.
Teymur Musayev bildirib ki, hüceyrə mərkəzinin açılışı bir il yarımdan tez olmayacaq:
“Orada müəyyən addımlar atılmalıdır. Pilot kimi həyata keçirilə bilər, lakin əsaslı yanaşma tələb edir. Yəni burada yalnız texniki infrastrukturun olub-olmaması deyil, burada çalışan insanların vahid standartlar əsasında fəaliyyət göstərməsi də vacibdir. Hər bir yeni üsulu güvənli əllərlə təqdim etmək lazımdır ki, insanların inamı da olsun, böyüsün və həqiqətən də müsbət nəticələri görək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 28 İyul 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















