Icma.az
close
up
RU
Parkinsonla bağlı qorxulu STATİSTİKA

Parkinsonla bağlı qorxulu STATİSTİKA

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Havanın çirklənməsi qlobal sağlamlıq riski olmaqda davam edir. Aparılan yeni bir araşdırmada havanın çirkli olduğu bölgələrdə sağalmaz nevroloji xəstəliklərin rastgəlmə tezliyini tədqiq edilib.

Sağlamolun.az xəbər verir ki, Amerika Nevrologiya Akademiyası ilə birgə işləyən tədqiqatçılar ABŞ-da havanın ən çirkli olduğu bölgələrdə yaşayan insanların Parkinson xəstəliyinə tutulma riskinin yüksək nisbətlərdə olduğunu deyiblər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Parkinson xəstəliyinə hər 100 min nəfərdən 21-də rast gəlinir. Həmin xəstəlik 55 yaşdan yuxarı olanlarda daha çox müşahidə edilsə də, son vaxtlar gəncləşərək 40 yaşdan aşağı olanlarda da təsadüf edilir.

İlk vaxtlar xəstəliyin əlamətləri hiss edilmir və gizli başlayır. Nevroloji hallar simptomatik olur - adətən bir əlin, daha az hallarda isə ayağın əsməsi ilə nəzərə çarpır. Əllərin titrəməsi, hərəkətlərin ləngiməsi, sərbəstlikdən məhrumolma, ağrılar, hərəkət dinamikası və psixikanın pozulması xəstəliyin əsas əlamətləridir. Xəstəlik əlilliyə səbəb olur, lakin insanın şüuru pozulmur.

ABŞ-da yerləşən Barrov Nevroloji İnstitutunun alimi Brittany Krzyzanovski və onun komandası 2009-cu ildə Parkinson xəstəliyi ilə bağlı qeydiyyatdan keçən 22,5 milyon insanın məlumatlarını tədqiq edib. Müşahidə edilən qrupun 80 mindən çox iştirakçısı Parkinson xəstəliyindən əziyyət çəkdiyi aşkarlanıb. İştirakçıların ölkə daxilində yaşadıqları bölgəni dəqiqləşdirmək üçün coğrafi xəritədən istifadə edilib və həmin ərazilərin çirkli havaya məruzqalma səviyyələri hesablanıb.

Tədqiqat müəllifləri sonda iştirakçıları iki qrupa ayırıb. Havanın ən çirkli olduğu bölgədə yaşayan qrupda 100 min nəfərdən 434 şəxsdə Parkinson xəstəliyinin olduğu, ən az məruz qalan qrupda isə 359 xəstə aşkar edilib. Ən yüksək hava çirkliliyinə məruz qalan qrupda Parkinson xəstəliyinə tutulma riski ən aşağı səviyyədə olanlarla müqayisədə 25 faiz artıb. Brittany Krzyzanovski Missisipi-Ohayo çayı vadisini Parkinson xəstəliyinin qaynar nöqtəsi kimi müəyyən etdiklərini deyib:

“ABŞ-da hava çirkliliyinin ən yüksək səviyyədə olduğu bölgə Missisipi-Ohayo çayı vadisidir. Biz bu tədqiqatın havanın çirklənmə səviyyəsini azaltmaqla bağlı ölkələrin müəyyən addımlar atmağa ruhlandıracağını ümid edirik”.

 Sevinc Hüseynova

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see410

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see376

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see374

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see338

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see334

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see326

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see254

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see249

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see225

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see215

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see213

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see211

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see207

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see196

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see196

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see191

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see191

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see180

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri