Icma.az
close
up
RU
Parlament beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlayıb

Parlament beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlayıb

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı Azərbaycanda keçirilən məhkəmə prosesi ilə əlaqədar Milli Məclis tərəfindən xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlanıb.

Bakıvaxtı.az xəbər verir ki, məktublarda Azərbaycanın hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəmə prosesini pozmağa cəhd edən əsassız qarayaxma kampaniyası ilə üzləşdiyi qeyd olunaraq, həmin şəxslərin Ermənistanın 30 il davam etmiş hərbi təcavüzü çərçivəsində hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayətlər, etnik təmizləmə, hərbi təcavüz, soyqırımı aktları, işgəncələr və digər ağır cinayətlər törətməkdə ittiham olunduqları diqqətə çatdırılır.

Bu məsələ ilə bağlı irəli sürülən yalan iddiaların məhkəmənin legitimliyini şübhə altına almaq məqsədi daşıdığı vurğulanaraq, qeyd edilir ki, hərbi cinayətkarları “hərbi əsir” adlandırmaq və onların azad olunmasını tələb etmək, vəziyyətin mahiyyətini bilməməkdən və ya onu qəsdən görməzdən gəlməkdən irəli gəlir.

Məktublarda daha sonra mühakimə olunanların Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi cinayətlər faktlarla diqqətə çatdırılır. Bu şəxslərin Azərbaycan ərazilərinə qarşı həyata keçirilmiş hərbi təcavüzü planlaşdıran və icra edən, eyni zamanda hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər törədənlər arasında olduqları vurğulanır. Lakin bu günədək bu müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə görə Ermənistanda bir nəfərin belə məsuliyyətə cəlb olunmadığı, əksinə, Ermənistanın bu cinayətkarları qəhrəman kimi tərənnüm etməkdə davam etdiyi ifadə edilir. Məktublarda deyilir ki, aparılan istintaq zamanı Ermənistanın və onun hərbi-siyasi rəhbərliyinin hərbi təcavüz və işğala görə məsuliyyət daşıdığını sübut edən mühüm faktlar aşkar olunub.

Məktublarda, həmçinin bildirilir ki, bəzi siyasətçilərin, parlament üzvlərinin və media nümayəndələrinin əsassız iddialarına baxmayaraq, bu şəxslərin vəkil tutmaq hüququ tam təmin edilir, onlara qarşı hər hansı pis rəftar barədə heç bir şikayət daxil olmayıb və məhkəmə prosesləri tam şəffaf şəkildə aparılır.

Yekunda vurğulanır ki, Azərbaycanın ərazisində müharibə cinayətkarlarının ədalətli mühakiməsinə qarşı çıxanlar açıq şəkildə etnik təmizləməni, işğalı və təcavüzü dəstəkləyirlər. Ədalət olmadan sülh mümkün deyil və ədalət yalnız cəzasızlıq sona çatdırıldıqda bərqərar ola bilər.

Məktublara Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətləri özündə ehtiva edən və BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi qəbul edilmiş 2019-cu il tarixli "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində müharibə cinayətləri və Ermənistan Respublikasının məsuliyyəti haqqında Hesabat" da əlavə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Mart 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri