Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Parlament jurnalistləri üçün qaydalar sərtləşdi: ciddi geyimdə gəlin!

Parlament jurnalistləri üçün qaydalar sərtləşdi: ciddi geyimdə gəlin!

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan parlamentində jurnalistlərin fəaliyyəti ilə bağlı yeni təhlükəsizlik qaydaları qüvvəyə minib və media nümayəndələrinin parlamentdə hərəkət imkanları məhdudlaşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə Factor.am məlumat yayıb.

Məlumata görə, sədr səlahiyyətlərini müvəqqəti icra edən vitse-spiker Ruben Rubinyan parlamentin binası və ərazisində tətbiq olunacaq yeni təhlükəsizlik qaydalarını təsdiqləyən qərar imzalayıb.

Qərara əsasən, parlamentin binası və ərazisinin mühafizəsi bundan sonra da Ermənistan Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçiriləcək. Aparat rəhbərinə yeni qaydaların deputatlara, fraksiyalara, daimi komissiyaların rəhbərlərinə çatdırılması tapşırılıb. Bununla yanaşı, 2019-cu il 12 fevral tarixli əvvəlki təhlükəsizlik qaydaları ləğv edilib.

Yeni qaydalara əsasən, akkreditə olunmuş jurnalistlər yalnız onlar üçün ayrılmış xüsusi məkanlarda peşə fəaliyyətini həyata keçirə biləcəklər. Parlament binasının digər hissələrində işləmək üçün Aparat rəhbərinin icazəsi tələb olunacaq.

Komitə iclaslarını işıqlandırmaq istəyən jurnalistlərin siyahısı iclas başlamazdan azı iki saat əvvəl təqdim edilməlidir. Bundan əlavə, "xüsusi nəzarət zonaları"nda jurnalistlərin hər hansı peşə fəaliyyəti ilə məşğul olması tamamilə qadağan edilib.

Qaydalarda qeyd olunur ki, parlament ərazisində olan şəxslər Milli Assambleyanın normal fəaliyyətinə mane ola, təhqiramiz ifadələr işlədə və ya Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının qanuni tələblərinə əməl etməyə bilər. Bu cür hərəkətlər qadağan edilir.

Həmçinin parlamentə alkoqollu içkilərin (xüsusi hallar istisna olmaqla), iri həcmli çantaların, kisələrin, çamadanların, eləcə də kimyəvi, partlayıcı və tezalışan maddələrin gətirilməsi qadağan olunub.

Yeni qaydalara görə, parlamentə gələn şəxslər "uyğun xarici görünüşə" malik olmalıdır. İdman geyimində, xüsusi iş geyimində və ya "uyğunsuz" hesab edilən geyimdə parlamentə girişə icazə verilməyəcək.

Qərarda prezident, baş nazir, parlament sədri, bütün ermənilərin katolikosu və bəzi yüksək vəzifəli şəxslər üçün yoxlamasız keçid istisnaları da nəzərdə tutulub. Eyni qayda onların xidməti avtomobillərinə də şamil edilir.

Bundan başqa, Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirərkən foto və ya video çəkmək qadağan edilib. Parlamentin iclas zalındakı lojada olan şəxslərə isə foto və video avadanlıqlardan, telefon və radio rabitəsindən istifadə etmək icazə verilmir.

İş günlərində Milli Assambleya əməkdaşları üçün giriş-çıxış saat 08:00-dan 22:00-dək müəyyən edilib. Jurnalistlər isə 08:00-dan 19:00-dək parlamentdə qala biləcəklər. Lakin parlament iclası davam edərsə, onun sonunadək binada qalmağa icazə veriləcək.

Qeyd edək ki, hakim "Vətəndaş Müqaviləsi" Partiyasının İdarə Heyəti növbəti Milli Assambleya sədrinin Ruben Rubinyan olmasına qərar verib. Bildirilir ki, hazırkı parlament sədri Alen Simonyan məzuniyyətdə olduğu üçün Rubinyan rəsmi seçkini gözləmədən səlahiyyətlərini icra edən şəxs kimi bu qərarı imzalayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyul 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri