Icma.az
close
up
RU
Parlament notarius deyil, kim belə düşünürsə... Millət vəkili

Parlament notarius deyil, kim belə düşünürsə... Millət vəkili

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Təklif edirəm ki, Parlamentdə "hökumət saatı" müəyyənləşdirək və ayda bir dəfə bir hökumət üzvü suallarımızı cavablandırsın. Komitə iclaslarında, plenar iclaslarda əhatəli danışmaq və canlı, interaktiv sual-cavab etmək mümkün olmur. Suallar və narahatlıqlar da yığılıb qalır". 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, ayrı-ayrı hökumət üzvlərinə, nazirlik, agentlik, səhmdar cəmiyyətlər və sair rəhbər şəxslərə ciddi sualları var. 

O, qeyd edib ki, bu məsələlərdə parlamentin rolu nəinki artırılmalı, həm də mütləq olmasına zərurət yaranıb:

"Deputatın işi yalnız hazır gələn qanunları müzakirə etmək deyil. Biz qanunvericiliyin yaradılmasında yaxından iştirak etməliyik. Komitə iclaslarında, digər toplantılarda 15-20 deputat danışır, sual verir, bəzi suallara bir neçə cümlə ilə arqumentsiz cavablar verilir, çox suallar cavabsız qalır, aidiyyatı vəzifəli şəxs də qovluğunu götürüb gedir. Elə bil notariusa təsdiqə gəlib. Kim düşünürsə ki, parlament notariusdur, ciddi yanlışlığa yol verir. Onun üçün də bu cür yanaşmalara düzəliş etsələr yaxşı olar".

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın çıxışına cavab olaraq bildirib ki, son illərdə bu qədər dinləmə keçirilməyib və bu dinləmələrdə hökumət üzvləri iştirak edir:

"Deyirsiniz ki, komitə iclaslarında 15-20 nəfər danışır. Onsuz da beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsindən başqa hamısında üzvlərin sayı 20 nəfərdən azdır.  Hökümət üzvləri isə iclaslarda iştirak etməlidir və edirlər. Hər məsələyə ciddi yanaşırsınız, yaxşı edirsiniz, amma mən sizdən təkliflər gözləyirəm".


Firuzə Əliyeva
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 İyun 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri