Parlament qarşında hücum Millət vəkili yaralandı
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mərkəzi Amerika ölkəsi olan Hondurasın paytaxtı Tequsiqalpada Milli Konqresin iclasından əvvəl binanın qarşısında jurnalistlərə açıqlama verən Milli Partiyanın üzvü millət vəkili Gladis Aurora Lopes hücuma məruz qalıb.
Moderator.az xarici mediaya istindən xəbər verir ki, Gladis Aurora Lopes danışdığı vaxt arxa tərəfdən ona doğru partlayıcı maddə atılıb. Partlayıcı maddə millət vəkilinin kürəyinə dəyib.
Hücum nəticəsində Lopes kürək, çiyin və bel nahiyələrindən xəsarət alıb. Hadisə yerində tibb əməkdaşları tərəfindən ilk tibbi yardım göstərilən millət vəkili xəstəxanaya çatdırılıb. Honduras mediası Lopesin səhhətinin stabil olduğunu, lakin partlayış səbəbilə bədənində yanıqlar yarandığını və eşitmə qabiliyyətində zəifləmə müşahidə edildiyini bildirib.
Milli Partiya tərəfindən yayılan açıqlamada hadisənin “cinayət xarakterli hücum” olduğu vurğulanıb. Hücumun hədəfli olub-olmadığı hələlik məlum deyil. Faktla bağlı istintaq başladılıb.
Ölkədə siyasi gərginlik
Hadisə ölkədə mübahisəli keçən prezident seçkilərindən sonra baş verib. Milli Partiyanın namizədi Nasri Asfura 30 noyabrda keçirilən prezident seçkilərində 1 faizdən az fərqlə qalib gəlib. Ortaya atılan saxtakarlıq iddialarına görə səslərin yenidən sayılması üçün müraciət edilib. Asfuranın 27 yanvarda vəzifəsinin icrasına başlaması gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 09 Yanvar 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















