Icma.az
close
up
RU
Parlamentdən əvvəl başlayan qarşıdurma

Parlamentdən əvvəl başlayan qarşıdurma

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni qanunverici orqanı gərgin günlər gözləyir

Ermənistanda yeni seçilmiş Milli Assambleya hələ ilk iclasına toplaşmamış hakimiyyətlə müxalifət arasında növbəti qarşıdurma üzə çıxıb. Maraqlıdır ki, bu dəfə mübahisənin mərkəzində parlamentin gələcək fəaliyyəti yox, qanunverici orqanda jurnalistlərin iş şəraiti dayanır...

Müxalif düşərgəni təmsil edən “Güclü Ermənistan” partiyasının siyahısı əsasında deputat seçilmiş Marianna Kaqramanyan parlament rəhbərliyinin qəbul etdiyi yeni təhlükəsizlik qaydalarını kəskin tənqid edib. O bildirib ki, Milli Assambleyanın sədri vəzifəsinə hələ başlamayan Ruben Rubinyan artıq kütləvi informasiya vasitələrinin peşə fəaliyyətini məhdudlaşdırmağa qərar verib.

Kaqramanyanın sözlərinə görə, Rubinyan Milli Assambleyanın binasında və ərazisində qüvvədə olacaq təhlükəsizlik qaydalarını təsdiqləməklə parlament praktikasında görünməmiş və utancverici qərara imza atıb. Onun iddiasına əsasən, qəbul edilən sənəd parlamentdə akkreditasiyadan keçmiş jurnalistlərin sərbəst hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırır və onların fəaliyyətini faktiki olaraq mümkünsüz vəziyyətə salır. Müxalif deputat qeyd edib ki, yeni qaydalara əsasən jurnalistlər üçün yalnız xüsusi ayrılmış ərazidə işləmək imkanı nəzərdə tutulur. “Xüsusi nəzarət zonaları” adlandırılan hissələrdə isə jurnalistlərin fəaliyyəti tamamilə qadağan edilir.

Kaqramanyan bununla yanaşı bildirib ki, parlament komitələrinin iclaslarının işıqlandırılması üçün də əlavə inzibati tələblər tətbiq olunur. Yəni jurnalistlərin komitə iclaslarını izləməsi üçün onların adları ən azı 2 saat əvvəl xüsusi siyahıya daxil edilməlidir. O vurğulayıb ki, əvvəllər belə bir qayda mövcud olmayıb. Müxalifət təmsilçisi daha sonra iddia edib ki, yeni qərarla jurnalistlərin plenar iclas zalındakı lojadan videoçəkiliş aparmasına da qadağa qoyulur. Onun fikrincə, bu o deməkdir ki, hər hansı səbəbdən parlament iclaslarının canlı yayımı dayandırılarsa, media nümayəndələri zalda baş verənləri müstəqil şəkildə lentə ala bilməyəcəklər.

Müxalif siyasətçi hesab edir ki, sadalanan məhdudiyyətləri təhlükəsizlik tədbirləri ilə əsaslandırmaq mümkün deyil. Onun fikrincə, qəbul edilən qərar söz və mətbuat azadlığını məhdudlaşdırır. Kaqramanyan bildirib ki, ifadə azadlığı təkcə fikir bildirmək hüququnu deyil, jurnalistlərin ictimai maraq doğuran məlumatları, xüsusilə parlamentin fəaliyyəti ilə bağlı informasiyanı toplamaq və cəmiyyətə çatdırmaq hüququnu da əhatə edir.

Hakim düşərgənin cavabı özünü çox gözlətməyib. Milli Assambleya sədrinin müavini, iqtidardakı “Mülki müqavilə” partiyasının parlament sədrliyinə namizədi Ruben Rubinyan “Facebook” hesabında yaydığı açıqlamada Kaqramanyanın ittihamlarını əsassız adlandırıb. O bildirib ki, parlamentdə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı “yeni və görünməmiş məhdudiyyətlər” barədə deyilənlər həqiqəti əks etdirmir.

Rubinyanın sözlərinə görə, müxalifətin “yeni məhdudiyyətlər” kimi təqdim etdiyi təhlükəsizlik qaydaları əslində, 2021-ci ildən qüvvədədir. O qeyd edib ki, parlament binasında təhlükəsizlik qaydalarına son dəyişikliklər zamanı jurnalistlərin fəaliyyəti ilə bağlı hər hansı yeni məhdudlaşdırıcı norma qəbul edilməyib. Vitse-spiker jurnalistlərə müraciət edərək bildirib ki, əvvəlki və yeni qaydaları müqayisə etmək üçün cəmi 5 dəqiqə vaxt ayırmaq kifayət edərdi. Onun fikrincə, belə bir müqayisə aparılsaydı, səsləndirilən ittihamların əsassız olduğu aydın görünərdi.

Parlament işə başlamayıb, siyasi mübarizə isə artıq qızışıb

Kaqramanyanla Rubinyan arasında yaranan polemika ilk baxışda yalnız parlamentdə jurnalistlərin fəaliyyət qaydaları ətrafında gedən mübahisə təsiri bağışlasa da, məsələnin siyasi mahiyyəti bundan daha genişdir. Diqqətçəkən əsas məqam ondan ibarətdir ki, Ermənistanın yeni parlamenti hələ ilk iclasına toplaşmayıb, rəhbərlik tam formalaşmayıb, komitələr fəaliyyətə başlamayıb. Buna baxmayaraq, hakimiyyətlə müxalifət arasında qarşılıqlı ittihamlar artıq açıq müstəviyə keçib. Bu isə yeni qanunverici orqanın işinin ilk günlərindən etibarən gərgin atmosferdə keçəcəyini deməyə əsas verir.

Beləliklə, parlament seçkilərindən sonra ölkədə siyasi mübarizənin səngiyəcəyini gözləyənlər yanıldı. Seçkilər “Mülki müqavilə” partiyasına parlamentdə çoxluğu qorumaq imkanı versə də, radikal düşərgə məğlubiyyətlə barışmaq niyyətində olmadığını ardıcıl addımları ilə nümayiş etdirir. Seçkilərin nəticələrinə etirazlar, Konstitusiya Məhkəməsinə müraciətlər, qarşılıqlı ittihamlar və indi də parlamentin daxili fəaliyyət qaydaları ətrafında yaranan mübahisələr göstərir ki, siyasi qarşıdurma yeni mərhələyə qədəm qoyur. M.Kaqramanyanın açıqlamasını da bu kontekstdən kənarda qiymətləndirmək düzgün olmazdı.

“Güclü Ermənistan” partiyası seçki kampaniyası dövründə də hakimiyyətə qarşı ən sərt mövqe tutan qüvvələrdən biri idi. Partiyanın nümayəndələrinin parlament fəaliyyətinə başlamazdan əvvəl belə hakimiyyəti demokratiya və söz azadlığını məhdudlaşdırmaqda ittiham etməsi qisasçı müxalifətin gələcək siyasi xəttinin konturlarını da ortaya qoyur. Görünən odur ki, müxalifət parlament tribunasını təkcə qanunvericilik fəaliyyəti üçün deyil, hakimiyyətə davamlı siyasi təzyiq platforması kimi də istifadə etməyə çalışacaq.

Hakimiyyət isə geri çəkilmək niyyətində deyil. R.Rubinyanın operativ cavabı göstərdi ki, iqtidar bundan sonra da müxalifətin hər ittihamına dərhal reaksiya vermək xəttini davam etdirəcək. Bu isə parlamentdə adi prosedur məsələlərinin belə asanlıqla siyasi mübahisəyə çevriləcəyini indidən göstərir.

Siyasi hərarət yüksəlir

Qeyd etdiyimiz kimi, yeni parlamentin ilk iclası hələ keçirilməsə də, artıq formalaşan mənzərə nikbin proqnozlar verməyə əsas yaratmır. Əksinə, hakimiyyətlə müxalifət arasında siyasi etimadın son dərəcə aşağı səviyyədə olduğu müşahidə edilir. Belə şəraitdə parlament iclaslarının kəskin debatlar, qarşılıqlı ittihamlar, etirazlar və prosedur mübahisələri ilə müşayiət olunacağı ehtimalı kifayət qədər yüksəkdir.

Ermənistan son illərdə parlamentdə emosional çıxışların, deputatlar arasında sərt söz atışmalarının, hətta fiziki qarşıdurmaların da şahidi olub. Mövcud siyasi atmosfer göstərir ki, yeni çağırış parlament də bu baxımdan istisna olmaya bilər. Hakimiyyət parlament çoxluğuna arxalanaraq gündəliyini həyata keçirməyə çalışacaq, müxalifət isə bunu mümkün qədər çətinləşdirmək üçün siyasi və informasiya vasitələrindən maksimum istifadə edəcək. Bu qarşıdurmanın digər mühüm tərəfi ondan ibarətdir ki, daxili siyasi gərginlik Ermənistan rəhbərliyinin diqqətini yenidən ölkədaxili mübarizəyə yönəldə bilər. Halbuki qarşıdakı dövrdə həm iqtisadi problemlər, həm də regionda davam edən geosiyasi proseslər İrəvandan daha çevik və məsuliyyətli qərarlar tələb edir. Daxildə artan siyasi gərginlik isə hökumətin manevr imkanlarını müəyyən dərəcədə məhdudlaşdıra bilər.

Bir sözlə, yeni parlament işə başlamazdan əvvəl yaranan bu gərgin atmosfer təsdiqləyir ki, Ermənistanın daxili siyasətində kompromis axtarışlarından daha çox qarşıdurma meyilləri üstünlük təşkil edir. Hakimiyyət parlamentdə say üstünlüyünü qorusa da, radikal müxalifətin sərt xəttindən geri çəkiləcəyi gözlənilmir. Əksinə, ilk polemika göstərir ki, parlamentin tribunasında siyasi mübarizə daha kəskin mərhələyə qədəm qoya bilər. Bu isə təkcə Ermənistanın daxili siyasi sabitliyi üçün deyil, regionda gedən proseslər, o cümlədən Azərbaycan–Ermənistan münasibətlərinin gələcək inkişafı baxımından da diqqətlə izləniləcək amillərdən biri olacaq.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2026 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri