Icma.az
close
up
RU
Parlamentin İqtisadi siyasət komitəsində büdcənin ikinci oxunuşu olub

Parlamentin İqtisadi siyasət komitəsində büdcənin ikinci oxunuşu olub

Azpost saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib.

Komitə sədri Azər Əmiraslanov gündəliyə 2025-ci ilin dövlət büdcəsi zərfində yer alan 9 qanun layihəsinin ikinci oxunuşda müzakirəsinin daxil edildiyini bildirib. Gündəlikdəki məsələlərin təqdimatları və müzakirəsi birgə aparılıb.

O, 2025-ci ilin dövlət büdcəsinin və büdcə zərfinə daxil olan layihələrin Prezidentin müəyyənləşdirdiyi strateji vəzifələrə və təşəbbüslərə uyğun olmaqla, dövlətimizin gücünü və qüdrətini, sosial siyasətinin effektivliyini, çoxşaxəliliyini bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb.

Komitə sədri qeyd edib ki, cari ildə müşahidə olunan müsbət makro-iqtisadi meyllər gələn il bizə dövlət büdcəsini səmərəli şəkildə icra etməyə imkan verəcək.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov növbəti büdcə ilinə Azərbaycanın müsbət makro-iqtisadi göstəricilər şəraitində daxil olduğunu deyib. Vurğulanıb ki, iqtisadiyyatın artım və inkişaf meylləri, ÜDM-nin artım templəri, investisiya şəraiti və digər göstəricilər milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəflərin reallaşdırılması üçün maliyyə təminatı yaradır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev əhalinin sosial təminatının daha da gücləndirilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdıraraq, dövlət büdcəsinin sosial yönümlü xərclərinin ildən-ilə dinamik olaraq artdığını vurğulayıb.

Qeyd edilib ki, son 5 ildə sosial sahədə aparılmış dərin islahatlar nəticəsində böyük uğurlar əldə edilib. Ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə 4 böyük sosial islahatlar zərfi icra edilib. Bu sosial islahatlar zərfinin illik xərci 7 milyard manat təşkil edir və 4 milyon vətəndaşımız bu islahatlar zərfindən bəhrələnir.

Büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Gələn ilin büdcəsində sosialyönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatması və dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir.

Bundan başqa, əhalinin rifahının yaxşılaşdırılması, yoxsulluğun azaldılması, aztəminatlı ailələrin sosial təminatının gücləndirilməsi məqsədi ilə dövlət büdcəsində kifayət qədər vəsaitlər nəzərdə tutulub. Belə ki, müavinət, təqaüd, kompensasiya ödənişlərinə 1,9 milyard manat, ünvanlı sosial yardım proqramının həyata keçirilməsi üçün 457 milyon manat, haqqı ödənilən ictimai işlər proqramının icrası üçün 200 milyon manat vəsait ayrılıb. Növbəti ildə də əməkhaqqının və minimum pensiyanın artırılması, sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi kifayət qədər vəsait nəzərdə tutulub.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində iri investisiyaların cəlb edilməsi, sənayeləşmə və nəqliyyat-logistikanın inkişaf etdirilməsi kimi istiqamətlər barədə məlumat verib.

İclasda Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov büdcə layihəsinin əsas parametrlərini diqqətə çatdırıb, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov palatanın 2025-ci ilin dövlət büdcəsinin layihəsinə dair rəyini təqdim edib.

Müzakirələrin sonunda gündəliyin 9 məsələsi – “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında”, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə, “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 Noyabr 2024 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri