Icma.az
close
up
RU
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Azər Əmiraslanov gündəlikdə beş məsələnin olduğunu bildirib.

Əvvəlcə iclasda Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Məsələ barədə danışan Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Vüqar Qurbanov bildirib ki, sənəd Dünya Bankı Qrupunun “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyaların həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə iflas proseduru başlanılmış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların müvafiq olaraq hüquqi şəxslərin dövlət reyestrində və vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması məqsədilə hazırlanıb. Layihədə hüquqi şəxsin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin iflas prosesində olması barədə məlumatların reyestrinin aparılması nəzərdə tutulur. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir. Habelə, hüquqi şəxsin iflas prosesində olması faktının dövlət qeydiyyatı aparılmalı, bununla əlaqədar qeydiyyat orqanına 15 gündən gec olmayaraq ərizə ilə müraciət edilməlidir.

Sənəddə nəzərdə tutulan digər dəyişiklik müddətlərin qısaldılması ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, eləcə də onun vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan digər məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, vergi ödəyicisi bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. Eyni zamanda, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna əsasən, hüquqi şəxslər təsis sənədlərinə edilən hər bir dəyişiklik barədə həmin dəyişikliyin baş verdiyi andan 40 gün müddətində qeydiyyat orqanına ərizə ilə müraciət etməlidirlər. Təklif olunan dəyişikliyə əsasən, hər iki halda müddətlər azaldılaraq 15 gün müəyyən olunur.

Məsələ ilə bağlı müzakirələrdə komitə üzvləri Vüqar Bayramov, Aydın Hüseynov, Əlibala Məhərrəmzadə çıxış edərək, qeyd və təkliflərini açıqlayıblar. Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Vüqar Qurbanov və komitə sədri Azər Əmiraslanov qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Sonra komitənin üzvü Rövşən Muradov “Yaşayış minimumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Nəzərə çatdırılıb ki, layihə ölkə ərazisində tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi məqsədilə hazırlanıb. Qeyd olunub ki, adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb.

Qanuna edilən dəyişikliyə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək. Bununla yanaşı, istifadə olunan əsas anlayışlar sırasına “sosial sahəyə aid müəssisələr” anlayışının əlavə edilməsi təklif olunur.

Müzakirələrdə deputat Əli Məsimli məsələ barədə bəzi qeydlərini bildirib. Komitənin sədri Azər Əmiraslanov səsləndirilən fikirlərə öz münasibətini açıqlayıb.

İclasda daha sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov “Qiymətli kağızlar bazarı haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib.

Qeyd olunub ki, Qanunun 8.17-ci maddəsinə əsasən, bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri yaradılarkən Mərkəzi Bank həmin səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışını bu Qanunun 2-ci fəslinin müddəaları tətbiq edilmədən (bu Qanunun 6.3.1-ci və 6.3.3-cü maddələrində göstərilən sənədlərin təqdim edilməsi istisna olmaqla) dövlət qeydiyyatına alır və onlar yerləşdirilmiş hesab edilir. Bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına şamil edilmir. Layihədə ikinci cümləyə “buraxılışlarına” sözündən sonra “(həmin səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallar istisna olmaqla)” sözlərinin əlavə edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, həmçinin səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallarda səhm buraxılışı bu Qanunun 6.3.1-ci, 6.3.2-ci (bu Qanunun 4.3.6-cı, 4.3.7-ci və 4.3.8-1-ci maddələrində göstərilən məlumatlar istisna olmaqla) və 6.3.3-cü maddələrində göstərilən sənədlərin təqdim edilməsi yolu ilə dövlət qeydiyyatına alınır və həmin səhmlər yerləşdirilmiş hesab edilir.

Tədbirdə “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi də nəzərdən keçirilib.

Komitənin üzvü Zaur Şükürov diqqətə çatdırıb ki, layihədə adıçəkilən Anlaşma Memorandumu 2023-cü ilə imzalanıb. Bununla yanaşı, Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) arasında Universal Təhlükəsizlik Yoxlaması Proqramı – Davamlı Monitorinq Mexanizmi (ATTŞYP-DMM) çərçivəsində Anlaşma Memorandumu 2015-ci ildə imzalanıb və Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilib. Bildirilib ki, 2023-cü ildə imzalanmış Anlaşma Memorandumu ilə Azərbaycan Respublikası ICAO tərəfindən aparılan auditlərə tam şərait yaratmağı, Davamlı Monitorinq üzrə Milli Koordinator təyin etməyi, tələb olunan məlumatları vaxtında təqdim etməyi və audit nəticələrinə uyğun olaraq İslahedici Tədbirlər Planı hazırlayaraq həyata keçirməyi öhdəsinə götürür. Eyni zamanda, ölkəmiz müvafiq hüquqi və inzibati mexanizmlərin ICAO-nun tələblərinə uyğunlaşdırılmasını təmin edir. Memorandum texniki əməkdaşlığı da nəzərdə tutur. Audit başa çatdıqdan sonra ICAO tərəfindən hazırlanmış yekun hesabat Azərbaycan tərəfinə təqdim olunur. Bu hesabatda aşkarlanmış çatışmazlıqlar və tövsiyələr əks olunur. Azərbaycan Respublikası həmin nəticələrə əsasən, İslahedici Tədbirlər Planı hazırlayır və müəyyən edilmiş müddət ərzində bu planı ICAO-ya təqdim edir. Qeyd olunub ki, Anlaşma Memorandumunun icrası Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiqliyini, aviasiya təhlükəsizliyi sahəsində dayanıqlı inkişaf yolunu və qlobal aviasiya sisteminə inteqrasiya səviyyəsini əks etdirir.

İclasda, habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsi də nəzərdən keçirilib. Komitə üzvləri sənəddə təklif olunan düzəlişləri məqsədəmüvafiq sayıblar.

Komitə iclasında müzakirəyə çıxarılan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Tədbirdə komitənin sədr müavini Azər Badamov, üzvləri Müşfiq Cəfərov, Tahir Mirkişili, Məşhur Məmmədov, Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see220

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see200

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see195

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see177

Ağsuda BƏDBƏXT HADİSƏ Vəziyyətləri ağırdır

02 Yanvar 2026 10:18see165

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see154

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see152

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see151

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see148

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see145

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see144

Ukrayna xüsusi xidmət orqanları Kapustinin ölüm xəbərindən sonra onun sağ olduğunu elan etdi

02 Yanvar 2026 10:15see143

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see138

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see136

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see134

General polkovnik Elçin Quliyev Elnarə Xəlilovanı təltif etdi FOTO

03 Yanvar 2026 02:31see133

Qarğa qarıldaması nəyə işarədir? Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR

02 Yanvar 2026 15:15see133

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see130

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see129

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri