Parlamentlər iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynayır Muxtar Babayev Yeni Çağ Media
Icma.az, Yenicag saytına istinadən bildirir.
COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə COP29-un Prezidenti Muxtar Babayev iqlim dəyişiklikləri ilə mübarizədə parlamentlərin vacib rolunu vurğulayıb.
Yenicağ.az-ın məlumatına görə, Muxtar Babayev çıxışında bildirib ki, parlamentlər büdcələrin təsdiqi və iqtisadi qanunların qəbulu ilə iqlim siyasətinin həyata keçirilməsində əsas alətlərə sahibdir. “Bu prosesdə siyasi və iqtisadi baryerlər ciddi problemlərə səbəb ola bilər. Buna görə də həm ədalətli, həm də ambisiyalı tədbirlərin həyata keçirilməsini təmin etməliyik,” – deyə o qeyd edib.
Tədbirdə parlamentlərin iqlim məsələlərində təşəbbüskar mövqeyi, qanunvericilikdə yaşıl siyasətlərin prioritetləşdirilməsi və beynəlxalq əməkdaşlıq yolları müzakirə edilib.
Məsimə Məmmədova
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 16 Noyabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















