Icma.az
close
up
RU
Parlaq gələcəyimizə imza atanlar Örnək müəllim Mətanət Kərimovanı tanıyaq

Parlaq gələcəyimizə imza atanlar Örnək müəllim Mətanət Kərimovanı tanıyaq

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oğuz, 5 fevral, AZƏRTAC

Azərbaycanda ən gənc yaşda “Tərəqqi” medalına layiq görülən Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova 2011-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Onun 10-a yaxın şagirdi Respublika Fənn olumpiadalarında qızıl, gümüş və bürünc medallar qazanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tarix müəllimi Mətanət Kərimova pedaqoji fəaliyyətə başladığı ilk gündən “İnkişaf edən müəllim, inkişaf edən gələcək deməkdir” kəlamını özünə şüar seçib.

Məhz bu amalla yola çıxan Mətanət xanım şagirdlərinə təkcə dərslərini izah etməklə kifayətlənmir, eyni zamanda, onları layiqli vətəndaş kimi yetişdirir. Xüsusən sosal medianın, informasiya təhlükəsizliyinin aktual olduğu bu dövrdə müəllimin şagirdləri qarşısında göstərdiyi davranış, vətəndaş mövqeyi başlıca rol oynayır. Belə nümunəvi müəllimlərimiz az deyil. Bu yaxınlarda AzEdu.az təhsil portalının ölkə üzrə keçirdiyi “2024-cü ilin örnək müəllimi” layihəsi çərçivəsində 170 nəfər sırasında Mətanət Kərimovanın adını görəndə heç də təəccüblənmədik.

Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyə çatanda dərs saatı olduğundan heç kimi narahat etmək istəmədik. Görüşəcəyimiz nümunəvi müəllim, yəni reportajımızın qəhrəmanı Mətanət Kərimova dərsdə olduğundan həyətdə dayanan xanımlardan birinə yaxınlaşırıq və “Nümunəvi müəllim necə olmalıdır?” - deyə, onun fikirləri ilə maraqlanırıq.

“Məktəb təkcə elm ocağı deyil, həm də təlim-tərbiyə müəssisəsidir. Məktəb, şagird, müəlim və valideyn tandeminin vəhdəti nəticəsində formalaşır”, - deyən Günel Abdullayevanın özünün də müəllim olduğunu öyrənirik. O, sözlərinə onu da əlavə edir ki, adətən yaşlı nəslin müəllimlərini örnək göstərirdilər: “İndi isə elə gənc müəllimlər var ki, onlar da hər mənada örnək, nümunədir”. Sanki fikirlərimizi oxuyubmuş kimi, Günel xanım bu təhsil ocağında hamıya örnək, nümunə olacaq müəllimlərin adını sadalayarkən birinci Mətanət Kərimovanın adını çəkir.

Mətanət müəllim 2011-ci ildən pedaqoji fəaliyyətə başlayıb. Bu müddətdə Elm və Təhsil Nazirliyinin keçirdiyi, eləcə də təhsillə bağlı bir çox beynəlxalq müsabiqə və yarışlarda uğurlu nəticələr göstərib. 2019-cu ildə keçirilən "İlin gənc müəllimi" müsabiqəsinin finalçılarından biri, 2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən isə "İlin peşəkar gənci" müsabiqəsinin diplomuna layiq görülüb.

Onun şagirdləri Respublika Fənn olimpiadalarında uğurla iştirak edirlər. İndiyə kimi şagirdlərindən 4-ü qızıl, 3-ü gümüş, 3-ü bürünc medal qazanıb. Belə medalçılardan biri də Gülər Ənsərlidir. Qeyd edək ki, Gülər tarix fənni üzrə builki zona yarışlarında da 100 faizlik nəticə göstərib. Gülər bildirir ki, bütün fənlərə böyük marağı var. Lakin tarix fənninə marağı daha çoxdur. Bu sahədə ona kömək edən Mətanət müəllimə isə xüsusi təşəkkürünü bildirir: “Mətanət müəllim bizə təkcə müəllim kimi deyil, həm də yaxın dost, ana kimi yanaşır. Bizim vətəndaş kimi yetişməyimizdə onun rolu danılmazdır”.

Məktəb-liseyin pedaqoji kollektivi Mətanət müəllimin uğurlarına hamıdan çox sevinir. Çünki o, bu təhsil ocağının tarixində deyil, ölkəmizin təhsil həyatında ən gənc yaşda “Tərəqqi” medalına layiq görülüb. Direktor müavini Aliyə Osmanova bu təhsil ocağında bir çox layihələrin həyata keçirildiyini və çoxunda Mətanət müəllimin zəhməti, rəyi, fikri və təklifi olduğunu bildirir.

Ard-arda üç saat interaktiv dərs keçəndən sonra nümunəvi müəllimlə nəhayət, biz də həmsöhbət oluruq: “Müasir dövrdə müəllimin işi məktəbdə təkcə bilik vermək deyil, həm də şagirdinin biliyini formalaşdırmaqdır. Bu səbəbdən biz müəllimlərin üzərinə böyük vəzifə düşür. Ona görə də çalışırıq ki, öz üzərimizdə davamlı işləyək. Müxtəlif müsabiqə və təlimlərə qatılır, müəllimlərlə əməkdaşlıq edir, bir-birimizin təcrübəsini bölüşürük. Beləcə öz inkişafımızı təmin edirik. Çünki inkişaf edən müəllim inkişaf edən gələcəkdir”, - deyən Mətanət müəllimin sözlərinə görə, müəllim şagirdində inam, motivasiya yaratmalıdır ki, o da, həyat yolunda inamla addımlaya bilsin.

Onu da öyrənirik ki, Elm və Təhsil Nazirliyi və Türkiyə Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən Türk dövlətləri I Beynəlxalq Müəllim Mübadiləsi Proqramı çərçivəsində qardaş ölkədə Azərbaycanı layiqincə təmsil edən Mətanət müəllim ötən tədris ilinin yekunlarına əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən Respublika Fənn olimpiadalarındakı səmərəli fəaliyyətinə görə Fəxri fərmana layiq görülüb.

Mətanət müəllimə müxtəlif yerlərdən vəzifə təklif olunsa da, o, şagirdlərindən ayrı düşə bilmədiyini, bu sahədə daha yaxşı və keyfiyyətli nəticələr əldə edə biləcəyinə əmin olduğunu bildirir. Biz də ona bu məsuliyyətli işində uğurlar arzulayırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see264

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see228

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see213

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see175

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see135

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see130

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see123

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see119

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see116

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri