Icma.az
close
up
RU
Niyə hər şeyi xaricdən örnək ala bilərik, hansısa müsbət şeyi örnək götürə bilmərik? Tanınmış müəllim

Niyə hər şeyi xaricdən örnək ala bilərik, hansısa müsbət şeyi örnək götürə bilmərik? Tanınmış müəllim

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Elm və Təhsil Nazirliyinin "TikTok" platformasında başlatdığı yeni layihə müəllimlər tərəfindən birmənalı qarşılanmayıb. Əslində kim hansı sosial platformanın istifadəçidirsə, oranı münasib sayır, qalanlarını tənqid edir. Ad fərqliliyinə baxmadan bütün sosial medianın məqsədi və məramı birdir, məlumatları daha böyük kütləyə çatdırmaq və əlçatanlığı təmin etmək".

Bu barədə Redaktor.az-a açıqlamasında tanınmış müəllim Səbinə Əsədova bildirdi.

"Hansının "kotent"inin bizim təfəkkürə uyğun olub-olmaması da artıq yenə bizdən asılıdır. Necə ki, AzTV var, "Space" var, Xəzər TV və s. var, bu da eləcə. Sanki məlumat vitrinidir, hər kəs öz "mal"ını nümayiş etdirir və alıcısını gözləyir. Kimisi kartof alır, kimisi ət, kimi də şirniyyat... Yəni platformanın heç biri özbaşına deyil, onu platforma edən istifadəçiləridir. Bildiyiniz kimi, "TikTok" bütün təbəqələrin istifadə edə biləcəyi bir yerdir. Orada elmi, mənəvi elə paylaşımlar var ki, təsir gücü bəzən bir məktəbin edə bilmədiyini, bir psixoloqun bacarmadığını bacarır. Bundan başqa hamıya çox yaxşı məlumdur ki, 90 faiz şagirdin evində "TikTok" istifadə olunur. Nadir hallarda "Facebook", "Instagram" (daha çox qızlar) istifadə edirlər. Çünki "Tiktok" hazırda televiziya rolunu oynayır".

Müsahibimiz qeyd etdi ki, hamı "TikTok"un istifadəçi kütləsindən narazı olduğumuz barədə ağız dolusu danışır:

"Sanki, uşaqlarımıza çaydan istidir, toxunma deyirik, amma qaynar çaydanı uşağın ayağının altından götürmürük. Bəs bunu dəyişmək üçün fərdi olaraq nə edirik? Təhsil işçilərinin çəkdiyi əxlaqi - mənəvi, vətənpərvərlik videolarını qınayırıq ki, biz "publikaya işləmirik". Deyirik ki, biz dərsi məktəbdə keçirik. Əlbəttə, dərs məktəbdə keçilir. Amma öyrətmə hər yerdə olur. Buna sosial media da daxildir. Niyə hər şeyi xaricdən örnək ala bilərik, hansısa müsbət şeyi örnək götürə bilmərik? Xarici müəllimlərin yerləşdirdiiyi öyrədici videolara, təbliğat xarakterli türklərin dilindən tanıdığınız "kamu spotu" olan paylaşımlara niyə milyonlarla baxış olur, niyə milyonlarla bəyənmə olur? Onda bunu bəyənən insanların bizim qədər ağlı yoxdur? Biz yer üzünə təkmi gəlmişik? Onlar təhsil deyil, təhsilin bir qolu deyil? "TikTok"da təhsil necə olub bəs? Yoxsa biz təhsil məktəbdə olur deyəndə daha keyfiyyətli dərs vermiş oluruq məktəblərdə? İmkan verin, öyrənmə harada baş tutur, tutsun. Maarifləndirici təbliğat harada aşılanır, aşılansın. Amma pafos xətrinə, hər şeyi qınamayın".

Səbinə Əsədova hesab edir ki, indiyədək qınadığımız heç nə bizi irəli aparmayıb.

"İcazə verin, uşaqlar müəllim-şagird münasibətilərindəki əskikləri, artıqları görsünlər. Müqayisə etməyə seçimləri olsun, təhlil üçün müşahidə qabiliyyətləri formalaşsın. Onsuz da uşaqlarımızın hərəsinin əlinə bir telefon alıb verəndən sonra, onlar telefona, sosial şəbəkəyə meyilli olmasın demək gülünc alınır. İmkan verək, müsbət seqment artsın, nəinki hamımızın əxlaqsız deyib, "canlı"sına milyonlarla soydaşımızın baxdığı videolar baş alıb getsin.

Mən "TikTok" istifadəçisi olduğum üçün bunu demirəm. Orada hesab açanda da bəyan etmişdim. Təhsil adına, milli-mənəvi dəyərlərin təbliği adına öz payıma düşən addımı atırdım. Bəli, mən orada "dərs keçirəm" - həyat dərsi, vətənpərvərlik dərsi, adət-ənənə dərsi... İngilis dili dərsini isə sizin kimi məktəbdə keçirəm. Sosial şəbəkədə nə qədər ki, əxlaqsız, qeyri etik videolar təbliğ olunacaq, övladlarınız onu görüb, onu götürəcək. Ya onların yeridiyi yolları təmizləyin, ya da təmizləyənə badalaq vurmayın", - deyə o çağırış etdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri