Icma.az
close
up
RU
Parlaq gələcəyimizə imza atanlar...

Parlaq gələcəyimizə imza atanlar...

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Azərbaycanda ən gənc yaşda “Tərəqqi” medalına layiq görülən Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova 2011-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Onun 10-a yaxın şagirdi Respublika Fənn olimpiadalarında qızıl, gümüş və bürünc medallar qazanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tarix müəllimi Mətanət Kərimova pedaqoji fəaliyyətə başladığı ilk gündən “İnkişaf edən müəllim inkişaf edən gələcək deməkdir” kəlamını özünə şüar seçib.

Məhz bu amalla yola çıxan Mətanət xanım şagirdlərinə təkcə dərslərini izah etməklə kifayətlənmir, eyni zamanda, onları layiqli vətəndaş kimi yetişdirir. Xüsusən sosial medianın, informasiya təhlükəsizliyinin aktual olduğu bu dövrdə müəllimin şagirdləri qarşısında göstərdiyi davranış, vətəndaş mövqeyi başlıca rol oynayır. Belə nümunəvi müəllimlərimiz az deyil. Bu yaxınlarda AzEdu.az təhsil portalının ölkə üzrə keçirdiyi “2024-cü ilin örnək müəllimi” layihəsi çərçivəsində 170 nəfər sırasında Mətanət Kərimovanın adını görəndə heç də təəccüblənmədik.

Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyə çatanda dərs saatı olduğundan heç kimi narahat etmək istəmədik. Görüşəcəyimiz nümunəvi müəllim, yəni reportajımızın qəhrəmanı Mətanət Kərimova dərsdə olduğundan həyətdə dayanan xanımlardan birinə yaxınlaşırıq və “Nümunəvi müəllim necə olmalıdır?”, - deyə onun fikirləri ilə maraqlanırıq.

“Məktəb təkcə elm ocağı deyil, həm də təlim-tərbiyə müəssisəsidir. Məktəb, şagird, müəllim və valideyn tandeminin vəhdəti nəticəsində formalaşır”, - deyən Günel Abdullayevanın özünün də müəllim olduğunu öyrənirik. O, sözlərinə onu da əlavə edir ki, adətən yaşlı nəslin müəllimlərini örnək göstərirdilər: “İndi isə elə gənc müəllimlər var ki, onlar da hər mənada örnək, nümunədir”. Sanki fikirlərimizi oxuyubmuş kimi, Günel xanım bu təhsil ocağında hamıya örnək, nümunə olacaq müəllimlərin adını sadalayarkən birinci Mətanət Kərimovanın adını çəkir.

Mətanət müəllim 2011-ci ildən pedaqoji fəaliyyətə başlayıb. Bu müddətdə Elm və Təhsil Nazirliyinin keçirdiyi, eləcə də təhsillə bağlı bir çox beynəlxalq müsabiqə və yarışlarda uğurlu nəticələr göstərib. 2019-cu ildə keçirilən "İlin gənc müəllimi" müsabiqəsinin finalçılarından biri, 2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən isə "İlin peşəkar gənci" müsabiqəsinin diplomuna layiq görülüb.

Onun şagirdləri Respublika Fənn olimpiadalarında uğurla iştirak edirlər. İndiyə kimi şagirdlərindən 4-ü qızıl, 3-ü gümüş, 3-ü bürünc medal qazanıb. Belə medalçılardan biri də Gülər Ənsərlidir. Qeyd edək ki, Gülər tarix fənni üzrə builki zona yarışlarında da 100 faizlik nəticə göstərib. Gülər bildirir ki, bütün fənlərə böyük marağı var. Lakin tarix fənninə marağı daha çoxdur. Bu sahədə ona kömək edən Mətanət müəllimə isə xüsusi təşəkkürünü bildirir: “Mətanət müəllim bizə təkcə müəllim kimi deyil, həm də yaxın dost, ana kimi yanaşır. Bizim vətəndaş kimi yetişməyimizdə onun rolu danılmazdır”.

Məktəb-liseyin pedaqoji kollektivi Mətanət müəllimin uğurlarına hamıdan çox sevinir. Çünki o, bu təhsil ocağının tarixində deyil, ölkəmizin təhsil həyatında ən gənc yaşda “Tərəqqi” medalına layiq görülüb. Direktor müavini Aliyə Osmanova bu təhsil ocağında bir çox layihələrin həyata keçirildiyini və çoxunda Mətanət müəllimin zəhməti, rəyi, fikri və təklifi olduğunu bildirir.

Ard-arda üç saat interaktiv dərs keçəndən sonra nümunəvi müəllimlə nəhayət, biz də həmsöhbət oluruq: “Müasir dövrdə müəllimin işi məktəbdə təkcə bilik vermək deyil, həm də şagirdinin biliyini formalaşdırmaqdır. Bu səbəbdən biz müəllimlərin üzərinə böyük vəzifə düşür. Ona görə də çalışırıq ki, öz üzərimizdə davamlı işləyək. Müxtəlif müsabiqə və təlimlərə qatılır, müəllimlərlə əməkdaşlıq edir, bir-birimizin təcrübəsini bölüşürük. Beləcə öz inkişafımızı təmin edirik. Çünki inkişaf edən müəllim inkişaf edən gələcəkdir”, - deyən Mətanət müəllimin sözlərinə görə, müəllim şagirdində inam, motivasiya yaratmalıdır ki, o da həyat yolunda inamla addımlaya bilsin.

Onu da öyrənirik ki, Elm və Təhsil Nazirliyi və Türkiyə Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən Türk dövlətləri I Beynəlxalq Müəllim Mübadiləsi Proqramı çərçivəsində qardaş ölkədə Azərbaycanı layiqincə təmsil edən Mətanət müəllim ötən tədris ilinin yekunlarına əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən Respublika Fənn olimpiadalarındakı səmərəli fəaliyyətinə görə Fəxri fərmana layiq görülüb.

Mətanət müəllimə müxtəlif yerlərdən vəzifə təklif olunsa da, o, şagirdlərindən ayrı düşə bilmədiyini, bu sahədə daha yaxşı və keyfiyyətli nəticələr əldə edə biləcəyinə əmin olduğunu bildirir. Biz də ona bu məsuliyyətli işində uğurlar arzulayırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Fevral 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see503

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see271

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see266

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see248

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see242

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see239

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see231

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see225

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see222

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see218

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see211

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see206

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see203

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see203

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see195

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see191

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see188

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see183

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see179

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri