Icma.az
close
up
RU
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq...

Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq...

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni rektoru Rüfət Əzizov olduqca unikal, dünya təhsil sistemini, mütəxəssisləri heyrətdə buraxan mükəmməl bir təkliflə çıxış edib. Deyib ki, ADNSU ötən əsrdə Azİİ adı ilə regionda və qlobal miqyasda tanınıb.

“Azİİ brendi nəinki elmi və texniki uğurları, həm də sənaye sahəsinə verdiyi töhfələrlə dərin iz qoyub. Bu baxımdan, universitetin yenidən brendinqi məsələsi gündəmdədir. Biz bu tarixi irsə sadiq qalaraq, hazırki rəsmi adı saxlanılmaqla, universitetin gələcəkdə “AZİ Universiteti” adı ilə tanınmasını planlaşdırırıq. Məqsədimiz universiteti qlobal miqyasda daha tanınan, kommunikativ baxımdan daha çevik və brend baxımından daha bütöv bir kimliklə təqdim etməkdir", - təzə rektor bildirib.

Bu qədər dərin, beyin tufanı yaradan və Azərbaycan təhsilinin inkişafında qəfil sıçrayış sayıla biləcək təşəbbüslə çıxış edən Rüfət Əzimov bundan öncə Təhsil İnstitutunun (2021-23) və Sumqayıt Dövlət Universitetinin (2023-25) rektoru olub. Tərcümeyi-halında yazılmadığından, bilmədik ki, Əzimov bundan öncə rəhbərlik etdiyi ali məktəblərin də tanıdılmasında sovet-rus nastoljisindən istifadə etməyə cəhd göstərib, ya yox?

R.Əzimov çox haqlı olaraq deyir ki, Azİİ adı ötən əsrdə, daha dəqiq desək, sovet-rus ideologiyası zamanı bütün dünyada məşhur olub. Xatırlayıram ki, rəhmətlik Xruşşovun adından Kennedi komandası ilə gizli görüşə gedən dostu və silahdaşı düşmən dövlətin rəhbərlərini inandırmaq üçün Azİİ-nin kərəminə and içmişdi, Kennedi də Azİİ adı gələn kimi fikrini dəyişmişdi.

Bəs, bu, Azİİ nəyin abreviaturasıdır? Azerbayjanskiy industralniy institut, daha dəqiq desək: “Азербайджанский индустриальный институт”un.

Bu, mütləq bərpa olunmalıdır, hörmətli rektorun dediyi kimi, heç olmasa, abreviaturanı söz kimi götürüb, dilimizdə əzizləyərək, ötən əsrin əzəmətini geri qaytarmalıyıq.

Sovet dövründə yaşayanlar xatırlayır ki, indi eybəcər, gülünc ad yapışdırılan İqtisad Universiteti o vaxt “Narxoz” adlanırdı: necə dilə yatımlı idi, möhtəşəm idi, sevimli idi, ləzzətli idi... dünyada da bu cür tanınırdı. “Narxoz” - yəni “narodnaya xozyaystva” (xalq təsərrüfatı). Mükəmməl!!! Əlbəttə ki, İqtisad Universiteti də mütləq şəkildə “Narxoz Universiteti”nə çevrilməlidir.

Bizdə “Medinstitut” da vardı - indi mənasız bir ad qoyublar, Tibb Universiteti ediblər. Belə rüsvayçılıq olmaz axı! Necə ötən əsrdə o qədər dünya şöhrətli həkimlər, elmlər doktorları, professor və akademiklər yetişdirən bir institutun dünyadakı şöhrətli adının üstündən xətt çəkmək olar? Necə bu addan istifadə edilməməlidir?

Mütləq şəkildə bu universitetin də adını etməliyik “Medinistut Universiteti”.

Ümumiyyətlə, Azərbaycanda bir çox yerlərin adı ötən əsrdə dünyada məşhur olan zadına qaytarılmalıdır. Məsələn, Lenin meydanı. Azadlıq hərəkatı özü belə orda başlayıb. Bəs, dünyanın tarixinə düşən, azadlıq hərəkatımızın məskəni olan bu meydanın adını niyə geri qaytarmayaq?

Çox maraqlı bir zad-şeydir ki, R.Əzimovun sovetli şən günləri o qədər də yekə deyil, yəni adam 1980-ci ildə anadan olub və 1991-ci ildə, Azərbaycan müstəqilliyini elan edəndə onun cəmi 11 yaşı vardı, heç pionerə belə keçməyə çatdırmamışdı yəqin ki, çox güman, oktyabryat olmuşdu. Ancaq oktyabryat kimi içdiyi anda sadiqdir bizim hörmətli, müstəqil Azərbaycanımızın 45 yaşlı alim-rektoru.

Yeri gəlmişkən, R.Əzimov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə müsabiqədənkənar qəbul olunub, 2003-cü ildə kimya ixtisası üzrə məzun olduqdan sonra həmin ali məktəbdə elmi-işçi vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak etməklə universitetdə aspirantura təhsilini davam etdirib və 2006-cı ildə dissertasiya işini müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini alıb.

Belə görünür ki, R.Əzimov sovet nostaljisini yaşamaq dərəcəsində yaşlı olmasa da, onun Moskvada keçirdiyi təhsil illəri boşa getməyib, onda sovet imperiyasının dünyanı sarsıdan müsbət ənənələrinə dəhşətli sevgisinin də səbəbi Rusiya paytaxtında keçirdiyi illər olsun gərək. MQU-da (ötən əsrdə belə də adlanırdı) ona bu sevgini kimlərin və ya hansı qurumun təlqin etməsi də çox maraqlıdır.

Bir-iki məsələyə də aydınlıq gətirmək lazımdır: əvvəla, ötən əsrdə şanlı sovet Azərbaycanında “kimyə elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi yox idi, bu elmi ad “elmlər namizədi” adlanırdı. Elmlər namizədinin isə rektor təyin edilməsini xatırlamıram.

Bu baxımdan R.Əzimovun təklifini daha da təkmilləşdirməsinin tərəfdarıyam: mütləq şəkildə “fəlsəfə doktoru” adından imtina etməlidir, “elmlər namizədi” olduğunu bəyan etməlidir - çünki ötən əsrdə beləydi - və vəzifəsini dondurub, təzədən Moskvaya gedib, doktorluğu müdafiə edib, VAK-da (Ali Attestasiya Komissiyası - AAK yox, VAK yaxşıdı, çünki ötən əsrdə belə deyirdik) təsdiqlədib, yenidən gəlib, rektorluğunun donunu açıb, fəaliyyətini davam etdirib, təhsil müəssisəsini Azİİ-ləşdirilmişlərdən etməlidir.

Digər rektorlar da R.Əzimovdan nümunə götürməyi bacarsalar, inanıram ki, ali məktəblərimiz bir göz-zad qırpımında dünya reytinq cədvəlində birinci yerə qalxıb, Harvardı gözüyaşlı qoyarlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Avqust 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri