Parlayan günəşlər adlı idman oyunları keçirilib FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Bu gün daun sindromlu idmançılar arasında "Parlayan günəşlər" adlı idman oyunları keçirilib.
İdman.biz xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, yerli və xarici ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bakı Atletika Mərkəzində Daun İdmançılara Dəstək İB-in təşkilatçılığı ilə baş tutan yarışa Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Qırğızıstandan olan idmançılar qatılıblar.
Oyunların keçirilməsində məqsəd cəmiyyətin daun sindromlu şəxslərə diqqətini çəkmək və idmançıları gələcək beynəlxalq idman yarışlarına hazırlamaqdır.
İdman.biz









Bu ilin parlayan ulduzları onlardır Foto
06 Noyabr 2024 07:11
Azərbaycanın “parlayan ulduzları” KONKRET
09 Dekabr 2024 09:03
Azərbaycanın parlayan ulduzları FOTOlar
09 Dekabr 2024 08:02
38 ildir parlayan ulduz Fotolar
18 Noyabr 2024 12:41
Yunus Akgün: Qalatasarayın Parlayan Ulduzu
23 Dekabr 2024 11:27

