Debütündə parlayan serb
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sumqayıt” Premyer Liqanın I turunda “Kəpəz”i məğlub edib – 3:0.
Yeni transferlərin səhnə aldığı matçda “kimyaçılar”ın qollarını Rüstəm Əhmədzadə, Aleksandr Ramalinqom və Aleksa Yankoviç vurub.
Dünən “Kəpəz”lə oyunda baxımlı qol vuran, hələ bir qolu da VAR-dan sonra ləğv edilən, komandanın hücumdakı ən aktivlərindən olan Aleksa Yankoviç “Sumqayıt”a qədər karyerasında cəmi 7 qola imza atıb. Serbiyalı cinah oyunçusu bu gedişlə karyerasının statistika zirvəsinə elə “Sumqayıt”da çatacaq.
Cinahlardan fərdi reydləri ilə diqqət çəkən Yankoviç bəzi epizodlarda da daha çox özü oynama çalışdı. Fiziki baxımdan yaxşı formada olmamasına baxmayaraq, güclü sol ayağa sahib Yankoviçin birinci oyuna görə komanda üçün tapıntı olduğunu demək olar.
“Kimyaçılar”da ötən mövsüm heyətə cəlb edilən Ronaldo Vaskes də yaxşı təsir bağışlayanlardan idi. Keçidləri ilə rəqib müdafiəsində boşluqlar yaradan hücumameyilli yarımmüdafiəçi iki qolun vurulmasında da böyük pay sahiblərindən oldu.
“Kəpəz”də isə transferlərdən performansıyla önə çıxan olmadı. Qapıçı Kaçper Rosa, müdafiəçi Məqsəd İsayev görüşün zəiflərindən idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 18 Avqust 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















