Icma.az
close
up
RU
Bayılda parlayan ulduzlar

Bayılda parlayan ulduzlar

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sabahın Ulduzları” Bakı Kubokunda U-14 və U-15 liqaları üzrə finalçılar müəyyənləşib. 2025–2028-ci illəri əhatə edən Futbolun İnkişaf Strategiyasına uyğun olaraq AFFA və Bakı Futbol Federasiyasının birgə təşkil etdiyi turnirdə iyul ayında başlayan mübarizənin qalibi sentyabrın 30-da keçiriləcək finalda bəlli olacaq.

Böyük futbolun peşəkar təməli

Bayıl stadionunnu yaşıl örtüyü üzərində qaçan hər bir gənc üçün “Sabahın Ulduzları” sadəcə xal mübarizəsi deyildi. Bu, əsas milli komandaya uzanan böyük xəyalın ilk addımları oldu. Meydançadakı mənzərə də arzu və hədəflərin əsassız olmadığını göstərdi.

Təşkilatçılar prosesə kağız üzərindəki adi uşaq turniri kimi yox, böyük futbola sınaq kimi yanaşmışdılar. Elə həmin səbəbdən AFFA Hakimlər Komitəsinin nəzarəti altında qarşılaşmalar dörd hakim prinsipi ilə idarə olundu, hər matçdan sonra ətraflı videoanalizlər aparıldı və gənc referilərlə fərdi iş təşkil edildi. Oyunların canlı yayımlanması və sosial platformalarda operativ işıqlandırılması “Sabahın Ulduzları”na əsl peşəkar çempionat ab-havası qazandırdı. Yaranan peşəkar standartlar və yenidən əsaslı təmirdən çıxan AFFA-nın balansında olan Futbol İnkişaf Mərkəzinin müasir infrastrukturu gənc idmançılar üçün böyük motivasiya mənbəyinə çevrildi.

Həm U-14, həm də U-15 liqasında mübarizə aparan 12 komanda 11 tur boyunca olduqca sıx qrafikdə üz-üzə gəldi. Sentyabrın ortalarına qədər fasiləsiz davam edən gərgin marafon gənc futbolçulardan təkcə fiziki hazırlıq deyil, həm də taktiki intizam və mental dözümlülük tələb edirdi.

2012-ci il təvəllüdlülərinin mübarizəsinin sonunda çempionluq yarışı üçün ən iddialı ilk “dördlük” formalaşdı. “Qarabağ” və “Sabah” topladıqları 31 xalla cədvəlin yuxarı pillələrini bölüşdürdükləri halda, “Neftçi” 27 xalla üçüncü, “Ulduz” isə 22 xalla dördüncü sıranı təmin edərək pley-off mərhələsinə vəsiqə qazandı.

U-15 liqasında da analoji gərginlik yaşandı. Liqa mərhələsini “Neftçi” 31 xalla lider tamamladı. “Ulduz” 27 xalla ikinci, “Qarabağ” 25 xalla üçüncü, “Sabah” isə 21 xalla dördüncü pilləni tutaraq yarımfinal həyəcanına qoşuldu.

Finala gedən yol

Sentyabrın 19-da keçirilən yarımfinal qarşılaşmaları yarışın intriqasını növbəti mərhələyə çatdırdı.

14 yaşlıların liqasında “Qarabağ” və “Ulduz” arasında baş tutan qarşılaşma 9 qolun vurulduğu əsl trillerə çevrildi. Son saniyələrə qədər davam edən barışmaz mübarizədə psixoloji dözümlülük göstərən “Qarabağ” 5:4 hesablı qələbə əldə edərək adını finala yazdırdı. Paralel oyunda isə taktiki intizamı ön plana çıxaran “Sabah” “Neftçi”ni 3:0 hesabı ilə üstələdi və həlledici matça vəsiqə qazandı.

2011-ci il təvəllüdlülərin yarımfinal görüşləri isə fərqli ssenari ilə yadda qaldı. “Ulduz” gərgin keçən matçda “Qarabağ”ı minimal hesabla (1:0) məğlub edərək finala yüksəldi. Digər cütdə isə hücum futbolu nümayiş etdirən “Neftçi” EFA üzərində 4:2 hesablı qələbə qazanaraq çempionluq matçındakı yerini təmin etdi.

Üçüncü yerin dramı

Sentyabrın 29-da U-14 liqasında bürünc medallar uğrunda keçirilən “Ulduz” – “Neftçi” qarşılaşması isə uşaq futbolunda psixoloji amilin nə dərəcədə həlledici olduğunu göstərdi. “Ulduz” ilk hissəni 3 cavabsız qolla öndə başa vurdu. İkinci hissədə oyunu canlandıran “Neftçi” 60-cı dəqiqədə hesabı 2:3-ə çatdırdı. Lakin “Ulduz” 68-ci dəqiqədə daha bir qol vuraraq özünü sığortaladı və matçı 4:2 hesabı ilə qazandı.

U-15 liqasında bürünc mükafatın sahibini müəyyənləşdirən “Qarabağ” – EFA qarşılaşması isə dramatik süjetə səhnə oldu. Matça cəld başlayan “Qarabağ” hələ 2-ci dəqiqədə hesabı açsa da, EFA tezliklə tarazlığı bərpa etdi. “Atlılar” çox keçmədən üstünlüyü yenidən ələ keçirdi, lakin əzmkarlığını göstərən EFA ikinci hissədə cavab qolunu vuraraq qarşılaşmanı əlavə vaxta daşıdı (2:2). 30 dəqiqəlik əlavə vaxtda gərginlik daha da artdı .Əlavə hissədə üçüncü dəfə fərqlənən “Qarabağ” qələbəyə bir addım da yaxınlaşmasına baxmayaraq, son saniyələrə qədər mübarizədən qopmayan EFA cavab qolu ilə hesabı 3:3 etdi. Yalnız penalti seriyasında daha dəqiq davranan “Qarabağ” (6:5) bu unudulmaz duelin sonunda bürünc medallara yiyələndi.

Turnirin əsas anı isə sabah, sentyabrın 30-da Bayıl stadionunda yaşanacaq. U-14 liqasında cədvəli eyni xalla başa vuran “Qarabağ” və “Sabah” çempionluq kuboku üçün üz-üzə gələcək, U-15 liqasının həlledici matçında isə “Neftçi” və “Sabah” duelə çıxacaq.

“Sabahın Ulduzları”na olan maraq yalnız meydandakı nəticələrlə məhdudlaşmır. U-14 liqasının oyunlarında ehtiyat skamyalarındakı həyəcan, tribunada övladlarını dəstəkləyən valideynlər və gənc futbolçuların hər epizoda münasibəti yarışa fərqli ab-hava gətirir. “Sabahın Ulduzları” mənzərəsi ilə aşağı yaş qruplarında futbolun yalnız nəticədən ibarət olmadığını göstərir. Burada futbolçularla yanaşı, hakimlər, məşqçilər, valideynlər və media da prosesin bir hissəsinə çevrilir. Sentyabrın 30-da isə hekayənin qalibi müəyyənləşəcək.

Ayxan Zayıdzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 Sentyabr 2026 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri