Icma.az
close
up
RU
Partiya sədri: “Təbrik edən olmasa, doğum günümü qətiyyən xatırlamaram” MÜSAHİBƏ

Partiya sədri: “Təbrik edən olmasa, doğum günümü qətiyyən xatırlamaram” MÜSAHİBƏ

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyevin doğum günüdür.

İstiqlalçı deputatın 63 yaşı tamam olur. 22 dekabr 1962-ci ildə Ordubad rayonunda dünyaya gələn siyasətçi Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, Milli Məclisinin IV və V çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd olub. Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və hazırkı sədridir. 

“Cebheinfo.az” doğum günündə Fərəc Quliyevlə müsahibə edib:

- Fərəc bəy, doğum gününüzü necə və harada qeyd edirsiniz?

- Əslində, heç vaxt doğum günümü xüsusi olaraq qeyd etməmişəm. İndi də işdəyəm, amma təbriklər olur. Yaxınlarım, dostlarım zəng edib,  təbrik edirlər. Sadəcə 60 illiyim Milli Dirçəliş Hərəkatı Partiyasının yubileyi ilə üst-üstə düşdüyü üçün qeyd etmişik. Qalan bütün doğum günlərimi isə evdə ailəm və yaxınlarımla qeyd edirik. Çünki burada hansısa xüsusi bir şey olmur. Hər gün olduğu kimi birlikdə yemək yeyib, çay içirik. 

- Doğum günü qeyd etməməyinizin səbəbi nədir?

- İnsan bir gün doğulmalıdır. Doğum gününü qeyd etmək üçün xüsusi bir səbəb olduğunu düşünmürəm. Yəni hər kəs dünyaya gəlir. Burada qəribə bir şey yoxdur. Ölkəmizin müharibə meydanında qələbə qazandığı və torpaqlarımızı işğaldan azad etdiyimiz günləri qeyd etməliyik. Həmin günlər bayramdır, amma insanın doğulmasını bayram hesab etmirəm. 

- Maraqlıdır, doğum günü qeyd etməsəniz də, sizə hədiyyə verənlər olur?

- Çalışıram həddiyə almaqdan qaçım. Amma kimlərsə fürsət tapıb hədiyyə verirlər. Təbii ki, hədiyyənin böyüyü-kiçiyi, bahalısı və ya ucuzu olmur. Elə xatırlanmaq mənim üçün daha dəyərdir. 

- İndiyə kimi aldığınız ən özəl hədiyyə nə olub?

- Hələ birinci sinifə getmirdim, 5 yaşım var idi. Onda əmim oğlu mənə bir kitab bağışlamışdı. Cəlil Məmmədquluzadənin seçilmiş əsərləri idi. Onu heç vaxt unutmuram. Məktəbə getməməyimə baxmayaraq, hərfləri öyrənmişdim və kitab oxuya bilirdim. Həmin kitab oxuduğum ilk böyük kitab oldu. Bu səbəbdən də heç vaxt yadımdan çıxmır.

- Bəs ən unutmadığınız ad gününüz hansı idi?

- Mən torpaqlarımızın işğaldan azad olunduğu günləri özümün doğum günündən xeyli önəmli hesab edirəm. Sadəcə həmin günləri yadımda saxlayıram. Hətta zəng edib təbrik edən olmasa, ad günümü qətiyyən xatırlamaram. Yəni buna o dərəcədə əhəmiyyət vermirəm. 

- Yeni yaşınızdan ən böyük gözləntiləriniz nələrdir?

- İnsan ömrünü bir missiya ilə bağlayıram. “Missiya” kitabımda da yazmışam ki, insan dünyaya gələndə Allah ona missiya verir. Türklər buna “alın yazısı” deyirlər. Əslində, alimlər də müəyyənləşdiriblər ki, insanın alında kodlaşdırılmış xüsusi bir yer var. İnsan öz missiyasını yerinə yetirməlidir.

Mənim missiyam da millətə xidmət olub. Bütün həyatımı meydan hərəkatında, sərhəd hərəkatında, döyüşlərdə, həbsxanada, parlamentdə keçirmişəm. Bundan sonra da əsgər kimi harada lazım olsam, ölkəmə faydalı olmağa çalışacağam. Başqa xüsusi bir gözləntim yoxdur.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Fərəc Quliyev doğum günü müsahibə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri