Icma.az
close
up
RU
Partiya sədrləri “” və “Cümhuriyət”i belə TƏBRİK ETDİLƏR

Partiya sədrləri “” və “Cümhuriyət”i belə TƏBRİK ETDİLƏR

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Sentyabr ayının 1-i “Cebhe.info” Xəbər Portalının yaranmasının, “Cümhuriyət” qəzetinin fəaliyyətinin bərpa olunmasının 10 ili tamam olur. 

Bu münasibətlə də siyasət, iqtisadiyyat, sosial, mədəniyyət və digər sektorlardan olan dostlarımızdan təbriklər gəlməyə başlayır.

İlk olaraq partiya sədrlərinin təbriklərini təqdim edirik:

Azad Vətən Partiyasının sədri Akif Nağı:

“Həm “Cebhe.info” Xəbər Portalının yaranmasının, həm də “Cümhuriyət” qəzetinin fəaliyyətinin bərpa olunmasının 10 ili münasibətilə hörmətli Rəfail bəyi və onun rəhbərlik etdiyi kollektivi təbrik edirəm. Yeni yaşınızda daha böyük uğurlar arzulayıram. Komandanız 10 il ərzində obyektiv bir informasiya portalı kimi ciddi işlər görüb.

“Cebhe.info” və “Cümhuriyət” bu müddət ərzində özünə layiq yeri tutub, Azərbaycan media məkanında tanınıb, qəbul olunub, həmişə obyektivliyi və operativliyilə seçilib. Saytınız və qəzetiniz hər zaman dövlətçilik mövqeyində dayanıb. Bu da çox vacib məsələdir. Əməkdaşlarınız əsl media nümayəndələri kimi, nümunələri özlərinə aparırlar. 

Biz də həm Qarabağ Azadlıq Təşkilatı, həm Azad Vətən Partiyası olaraq saytınız və qəzetinizlə əməkdaşlıqdan məmnun olmuşuq. Kollektivinizin çox gözəl, səviyyəli, savadlı və operativ yanaşmaları var. Eyni zamanda, “Cebhe.info”nun bazasında olan “Cəbhə TV” də gözəl bir “YouTube” kanalıdır, maraqlı verişlər hazırlayırlar. Onların da hər birini təbrik edirəm. Bütün komandanıza daha böyük uğurlar arzulayıram”.

Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə:

““Cebhe.info” Xəbər Portalını yaranmasının, “Cümhuriyət” qəzetini isə fəaliyyətinin bərpa olunmasının 10 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, hər zaman Azərbaycanın informasiya məkanında var olasınız, eləcə də obyektivliyi ilə milli dövlət maraqlarının qorunması istiqamətində cəsarətli addımlar atasınız. 

Keçən 10 il ərzində Azərbaycanın keşməkeşli dövrü yaşanıb. 44 günlük Vətən müharibəsi, topraqlarımızın işğaldan azad olunması, suverenliyin bərpası dövrü tariximizin ən ağır və çətin dövrü olub. “Cebhe.info” saytı və “Cümhuriyət” qəzeti bu dövrdən üzüağ çıxıb. 

Azərbaycanın dövlət və milli maraqlarını hər zaman əsas şüarına çevirib və informasiya təminatında obyektiv olmağa çalışıb. Komandanıza bundan sonra da böyük uğurlar arzulayıram. Ümid edirəm ki, həmişə dövlət və millət marağını kifayət qədər ciddi, sanballı qoruyacaq və obyektivliyə üstünlük verəcəksiniz. Bir daha təbrik edirəm”.

REAL Partiyasının sədri Natiq Cəfərli:

“Bugünlərdə “Cebhe.info” Xəbər Portalının 10 yaşı tamam olur. Eyni zamanda, “Cümhuriyət” qəzetinin də fəaliyyətini bərpa etməsindən 10 il ötür. Bu yubiley münasibətilə baş redaktorunuz Rəfail bəyi və bütün əməkdaşlarınızı təbrik edirəm.

Nə qədər çox rəngarəng media portalları və qəzetlər olsa, ölkəmiz üçün bir o qədər yaxşıdır. Üstəlik, “Cebhe.info” və “Cümhuriyət” öz dəsti-xətti, üslubu olan media qurumlarındandır. Bütün kollektivə uğurlar və daha böyük oxucu kütləsi arzulayıram”.

AĞ Partiya başqanı Tural Abbaslı:

““Cebhe.info” Xəbər Portalının yaranmasının, “Cümhuriyət” qəzetinin fəaliyyətinin bərpa olunmasının 10 illiyidir. Bu yubiley münasibətilə həm öz adımdan, həm də təmsil etdiyim partiya adından baş redaktor Rəfail Becanov başda olmaqla, bütün kollektivi təbrik edirəm. 

Media fəaliyyətində “Cebhe.info” və “Cümhuriyət” də öz adlarında siyasi tariximizi daşıyır. Çünki “Cəbhə” və “Cümhuriyyət” sözü Azərbaycan müstəqilliyində bu və ya digər formada müsbət mənada rol oynamış sözdür. Siyasi sözün məsuliyyəti də fərqli olur.

Saytınız və qəzetinizlə AĞ Partiyanın əməkdaşlığı bizim üçün dəyərlidir. Biz sizi özümüzə dost media hesab etmişik. Sizinlə əməkdaşlıq bizə həmişə xoş olub. Güman edirəm ki, bundan sonra da münasibətlərimiz dostluq və peşəkarlıq üzərində davam edəcək. Uğurlarınız davamlı olsun”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli:

““Cebhe.info” Xəbər Portalının yaranmasının, “Cümhuriyət” qəzetinin fəaliyyətinin bərpa olunmasının 10 illik yubileyi münasibətilə sizi ürəkdən təbrik edirəm! 10 il ərzində sayt və qəzet Azərbaycan mediasında mühüm bir platformaya çevrilərək ictimai rəyin formalaşmasında, maarifləndirmədə və demokratik siyasi mübarizənin inkişafında mühüm rol oynayıb. “Cebhe.info” və “Cümhuriyət” cəmiyyətin səsini əks etdirən, obyektiv informasiya mənbəyi kimi Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsinə töhfə verir. 

Komandanızın təqdim etdiyi təhlillər, aktual xəbərlər və cəsarətli mövqelər ölkədə demokratik dəyərlərin təşviqində və maarifləndirmə səylərində mühüm addımlar olub. Azərbaycan cəmiyyətinin siyasi şüurunun yüksəlməsinə və vətəndaşların daha fəal iştirakına dəstək olan bu platforma xalqımızın səsini dünyaya çatdırmaqdadır. Bu uğurlu yolun əsasında saytın baş redaktoru Rəfail Becanovun böyük əməyi dayanır. Onun peşəkarlığı, prinsipiallığı və jurnalistika sahəsindəki bilikləri həm “Cebhe.info”nu, həm də “Cümhuriyət”i etibarlı və nüfuzlu bir media mənbəyinə çevirib.

Saytınız və qəzetiniz hər zaman cəmiyyətin aktual problemlərinə işıq tutub, ictimai müzakirələri zənginləşdirib və demokratik dəyərlərin müdafiəsində ön sıralarda yer alıb. Bu 10 illik fəaliyyət Azərbaycan mediasında parlaq bir iz buraxıb. Bu yolda əldə etdiyiniz nailiyyətlərə görə bir daha sizi təbrik edir, gələcəkdə də eyni cəsarət və peşəkarlıqla fəaliyyətinizi davam etdirməyinizi arzulayıram. Daha çox uğurlar, yeni zirvələr və sarsılmaz müstəqillik qismətiniz olsun!”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Cebhe.info Cümhuriyət 10 il

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see293

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see233

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see134

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see126

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri