Icma.az
close
up
RU
Partiya sədrləri Novruz bayramını harada qeyd edəcəklər? SORĞU

Partiya sədrləri Novruz bayramını harada qeyd edəcəklər? SORĞU

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda Novruz bayramı qeyd olunur. 

Bu bayramı vətəndaşların böyük əksəriyyəti evdə keçirməyə üstünlük verir. Bəzi vətəndaşlar isə paytaxtın müxtəlif yerlərində təşkil olunan bayram konsertlərinə qatılırlar. Eyni zamanda,  bölgələrə gedən və ya xarici ölkələrdə Novruz bayramını keçirənlər də var. 

Maraqlıdır, siyasətçilər Novruz bayramını harada keçirəcəklər? 

"Cebheinfo.az" bununla bağlı partiya sədrləri arasında sorğu keçirib.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Novruz bayramını evdə ailəsi ilə birlikdə qeyd edəcəyini söyləyib:

"Novruz bayramını evimdə ailəmlə birlikdə qeyd edəcəyəm. Demək olar ki, həmişə bütün bayramları Azərbaycanda keçirmişəm. İndi də paytaxtda keçirirəm". 

Azad Vətən Partiyasının sədri Akif Nağı da bayramı Bakıda qeyd edəcəyini deyib:

"Bayramı Bakıda keçirirəm. Ailəm, nəvələrim və yaxınlarımla birlikdə evdə qeyd edirik". 

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə də bayramı evdə qeyd edəcək:

"Bütün bayramları ailə üzvlərim və yaxınlarımla birlikdə qeyd etməyi xoşlayıram. Bu dəfə də övladlar və nəvələrlə birlikdəyik. Bayramı Bakıda, evimizdə qeyd edəcəyik". 

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev də bayramı paytaxtda keçirəcək: "Novruz bayramını ailəmizlə birlikdə Bakı şəhərində keçirəcəyik. Harasa getmək planımız yoxdur, evdə qeyd edəcəyik" . 

AĞ Partiya başqanı Tural Abbaslı da Novruz bayramını ailəsi ilə qeyd edəcəyini bildirib:

"Mən demək olar ki, bütün bayramları Bakıda öz ailəmlə keçirirəm. Heç vaxt xüsusi xarici səfər nəzərdə tutmuram. Bu bayramı da Azərbaycan əhalisinin böyük əksəriyyəti kimi evdə qeyd edəcəyik". 

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da həmkarları kimi bayramı evdə qeyd edəcək:

"Bayramı ailəmizlə birlikdə paytaxtda qeyd edəcəyik. Novruz və Ramazan bayramları ilə bağlı ölkədə 12 gün qeyri-iş günü olacaq. Bu müddətin həddindən artıq çox olduğunu düşünürəm. Fikrimcə, işə bağlı şəxslər üçün darıxdırıcı günlər olacaq. Bayram 2-3 gün olar, 12 gün yox. Təxminən 2 gün ailəm və yaxın dostlarımızla Bakı şəhərində bayramı qeyd edib, yenidən iş başında - partiyanın qərargahında olacağam". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Açar sözlər: Elmir Novruz bayramı partiya sədrləri Razi Nurullayev Akif Nağı Arzuxan Əlizadə Elşad Musayev Tural Abbaslı Ağasif Şakiroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Mart 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri