Icma.az
close
up
RU
Məşhur idmançılarımız Novruz bayramını necə və harada keçirəcəklər? SORĞU

Məşhur idmançılarımız Novruz bayramını necə və harada keçirəcəklər? SORĞU

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün ölkəmizdə Novruz bayramı qeyd olunur.

İdman.biz idman ictimaiyyətinin bayramı necə keçirəcəyi, hansı Novruz adətlərini daha çox sevməsi ilə bağlı sorğu keçirib.
Aynur İmanova (voleybolçu): “Bayramı valideynlərimlə birgə Şirvanda qeyd edəcəyəm. Novruzun bütün adətlərini sevirəm. Əsasən də tonqal ətrafında toplaşmağı. Papaq atmağı isə qızıma öyrədəcəm”.
Qurban Qurbanovun (güləşçi): “Gələn ay böyüklər arasında Avropa çempionatı var, ora hazırlaşırıq. Bayram qeyd etməyə imkan olmayacaq”.
Yaylagül Ramazanova (kamandan oxatan): “Novruz bayramını uşaqlıqdan həmişə səbirsizliklə gözləmişəm. Bu bayramda əsasən tonqalın ətrafında toplaşmağı, çay dəstgahında maraqlı söhbətlər etməyi çox sevirəm. Papaq atmaq adəti də maraqlıdır, çox güman bu il qızımla birgə atarıq”.
Gültac Məmmədəliyeva (cüdoçu): “Mən Novruz bayramını qeyd etmirəm”.
Alfonso Dominqes (boksçu): “Novruzu Göygöldə təlim-məşq toplanışında qeyd edəcəyəm. Bayramda ən çox plov yeməyi sevirəm, xüsusilə də ətlərini. Şirniyyatlar içərisində şəkərbura xoşuma gəlir. Məni ən çox təəccübləndirən bayram adəti isə papaq atmaq olub”.
Güllü Ağalarzadə (bədii gimnast): “Novruz bayramını ailəmlə birgə keçirəcəyəm. Bayram adətləri içərisində papaq atmağı və tonqaldan tullanmağı xüsusilə sevirəm”.
Malik Həsənov (boksçu): “Hazırda milli komanda ilə Göygöldə təlim-məşq toplanışındayıq. Ona görə, bu il də bayramı ailəmlə birlikdə qeyd edə bilməyəcəm. Qarşıda önəmli yarışlar var, indi əsas işimə fokuslanmışam”.
Ülvü Qənizadə (güləşçi): “Bayramı evdə ailəmlə birgə qeyd edəcəyəm. Düzü, Novruz bayramına xüsusi sevgim yoxdur, mənim üçün adı günlərdən biridir. Papaq atmaq, yaxud da hər hansı başqa adətlərlə bağlı nəsə edəcəyimi düşünmürəm”.
Amil Həmzəyev (basketbolçu): “Novruzu ailəmlə birgə Gəncədə qeyd edəcəm. Ən sevdiyim bayram adəti isə tonqaldan tullanmaqdır”.
İmaməddin Xəlilov (parataekvondçu): “Novruzu Gəncədə ailəmlə qeyd edəcəyəm. Bu bayramda ən sevdiyim adət qonşularla tonqalın ətrafında yığışıb oynamaqdır. Bəzi dostlarım var ki, çox xəsisdirlər. Papağa nə qoyacaqları mənə çox maraqlıdır. Ona görə də onların qapısına papaq atmağı düşünürəm”.
Yekaterina Sarıyeva (atlet): “Təəssüf ki, Novruz bayramını evdə qeyd edə bilməyəcəyəm. Bayram günlərində yığma komanda ilə təlim-məşq toplanışında olacağıq. Uşaqlıqda papaq atmağı sonra isə bütün şirniyyatları yığıb, tonqalın yanında oturub yeməyi çox sevirdim. Hazırda qidalanmaya ciddi nəzarət edirlər, ancaq məşqçidən gizlin bir qədər şirniyyat yeyəcəyəm. Bayram ənənələrini qorumağa çalışırıq”.
Şahin Diniyev (millinin sabiq baş məşqçisi): “Bayramı ailəmlə birlikdə qeyd edəcəyəm. Çox güman qonşularla birgə tonqal ətrafında toplaşacağıq. Novruzun çox maraqlı adət-ənənələri var. Papaq atmaq da onlardan biridir. O adət də artıq müasirləşib, indi nə istədiyini də yazıb papağın içinə qoyurlar. Düzdür, mənim indi papaq atma yaşım deyil. Ancaq uşaqlar üçün gözəl adətdir”.
Elmin Alışanov (voleybolçu): “Novruz ən sevimli bayramlarımdan biridir. Hər il olduğu kimi, bu il də Novruzu ailəmlə qeyd edəcəm. Tonqaldan tullanmaq, yumurta döyüşdürmək, papaq atmaq kimi adətləri sevirəm”.
Aytac Sahəd
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Mart 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri