Icma.az
close
up
RU
Siyasi partiya sədrləri Ağdamda FOTOLAR

Siyasi partiya sədrləri Ağdamda FOTOLAR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin və nümayəndələrinin növbəti səfəri iyulun 10-da Ağdam şəhərinə təşkil olunub.

Modern.az xəbər verir ki, siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfərləri ölkəmizdə təşviq edilən siyasi dialoq mühitinin ayrılmaz hissəsidir. Demokratik ənənələrin dərinləşməsinə xidmət edən bu təcrübə Azərbaycan cəmiyyəti tərəfindən rəğbətlə qarşılanır və fəal şəkildə dəstəklənir. Dialoq mühiti siyasi müstəvidə tərəflər arasında etibarlı və güvənli münasibətlərin formalaşdırılmasına xidmət edir.

Son illər ərzində Ağdam, Şuşa (2 dəfə), Zəngilan (2 dəfə), Xocalı, Əsgəran, Xankəndi, Laçın və Cəbrayıla təşkil olunmuş bu cür səfərlər artıq müsbət demokratik ənənəyə çevrilmiş, onların reallaşdırılması isə cəmiyyətdə həmrəylik mühitinin qorunmasına, habelə xalqın intellektual potensialının səfərbər edilməsinə xidmət edir. Təsadüfi deyil ki, ölkənin siyasi ritorikasında ən çox rast gəlinən “siyasi dialoq” məfhumu, eyni zamanda, Azərbaycanın siyasi gündəliyinə də daxil olub. Ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə növbəti səkkizinci birgə səfəri də məhz ölkədə mövcud açıq iqtidar-müxalifət dialoqunun bilavasitə təzahürüdür.

Prezident İlham Əliyevin təşəbbüsü ilə təşviq edilən siyasi dialoq mühiti çərçivəsində Azərbaycanda son beş il ərzində siyasi partiyaların iştirakı ilə mütəmadi olaraq müxtəlif səpgili layihələr icra edilir. Bütün təşəbbüslərin strateji hədəfi milli həmrəyliyin qorunması, habelə dövlət və cəmiyyətin inkişafı naminə vətənpərvər qüvvələrin səfərbər olunmasıdır.

Siyasi proseslərdə açıq və etibarlı münasibətlərin yaşanması bilavasitə dövlətimizin başçısının məsələ ilə bağlı ali siyasi iradəsinin nümayişinin nəticəsidir. Prezident İlham Əliyev siyasətdə sağlam münasibətlərin bərqərar edilməsini və konstruktiv əməkdaşlığın vacibliyini çıxış və müsahibələrində hər zaman prinsipial olaraq vurğulayır.

İşgüzar və fəal fikir mübadiləsi şəraitində keçirilmiş səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Ağdamda siyasilərin qarşısında çıxış edərək demokratik ənənələrin dərinləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində görülmüş işlər haqqında geniş məlumat verib.

Sağlam və etibarlı əməkdaşlıq mühitinin siyasi sabitliyin, dayanıqlı inkişafın əsas və prinsipial göstəricilərindən olduğunu vurğulayan Administrasiya rəsmisi bildirib ki, mövcud istiqamətdə əldə edilmiş bütün uğurların əsasında məhz Prezident İlham Əliyev tərəfindən nümayiş olunan siyasi iradə dayanıb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin müasir Azərbaycan tarixinin ən qürurlu səhifəsi olduğunu bildirən Ədalət Vəliyev qeyd edib ki, bütün uğurların qorunmasında həmrəylik mühitinin müstəsna rolu var. Siyasi sabitlik, xalqın əzmkarlığı, cəmiyyətimizdə yaşanan milli həmrəylik mühiti və dönməz ali siyasi iradə Azərbaycanın inkişafının və beynəlxalq müstəvidə nüfuzunun artırılmasının əsaslarıdır.

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri və qəzet redaktorlarının iştirak etdiyi Ağdam səfərinin proqramı kifayət qədər zəngin idi. Belə ki, səfər çərçivəsində partiya sədrləri Ağdam Dəmiryol və Avtovağzal Kompleksinin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra səfər iştirakçılarına Xıdırlı kəndində görülən inşaat işləri haqqında geniş məlumat verilib. Ağdam Muğam Mərkəzi, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi, Ağdam Konqres Mərkəzi və Ağdam City Hotel mehmanxanasında olmuş qonaqlar, eyni zamanda, İmarət Kompleksi və Cümə Məscidini də ziyarət ediblər.

Ağdam, Füzuli və Xocavənd rayonlarda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqların qarşısında çıxış edərək bildirib ki, Ağdamda qısa müddət ərzində görülən işlərin timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan genişmiqyaslı işlər Azərbaycan dövlətinin iqtisadi qüdrətini nümayiş etdirir. Qeyd olunub ki, görülən işlərin sürəti və yüksək keyfiyyəti Qarabağın dünyanın ən füsunkar məkanlarından birinə çevriləcəyindən xəbər verir.

Eyni zamanda, Ağdam Sənaye Parkı haqqında da geniş məlumat verilib. Parkda ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.

“Böyük Qayıdış” Proqramı çərçivəsində görülən işlər haqqında səfər iştirakçılarına məlumatların verilməsi zamanı bildirilib ki, Ağdamın turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq. Ağdamda beynəlxalq tədbirlərin keçirilməsi faktı isə bütün Qarabağın dünyanın siyasi xəritəsində nüfuzlu məkanlarından birinə çevrilməsi deməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyul 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri