Icma.az
close
up
RU
Partiya sədrləri Qarabağdan qayıdıblar Kimdə hansı TƏƏSSÜRAT VAR...

Partiya sədrləri Qarabağdan qayıdıblar Kimdə hansı TƏƏSSÜRAT VAR...

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi növbəti dəfə partiya sədrlərinin işğaldan azad olunan ərazilərə səfərini təşkil edib. 

Səfər çərçivəsində partiya funksionerləri, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında olublar. 

Modern.az siyasi partiya sədrlərinin səfərlə bağlı təəssüratlarını öyrənib.

REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi partiyalarla dialoq çərçivəsində əvvəllər də belə səfərlər təşkil edib:

"İnformativ və maraqlı səfərlərin təşkili üçün şöbənin sədri Ədalət Vəliyevə və onun işçilərinə ayrıca təşəkkür düşür. Dünənki səfər çərçivəsində həm Cəbrayılda, həm də Zəngilanda görülən işlərlə tanış olduq. Bizə Prezidentin xüsusi nümayəndəsi tərəfindən görülən işlər, təmir-tikinti və gələcək planlarla bağlı ətraflı məlumat verildi. Təbii ki, insan gördüklərindən kifayət qədər qürur hissi keçirir. Çünki az bir zaman keçməyinə baxmayaraq, böyük işlər görülüb".

Partiya sədrinin diqqətini ən çox yol infrastrukturu çəkib:

"Kifayət qədər keyfiyyətli və təhlükəsiz, həddindən artıq çoxşaxəli yol infrastrukturu qurulub. Cəbrayılda yüksək standartlara uyğun binaların tikilməsinə şahidlik etdik. Hətta mənə ən çox təsir edən məqamlardan biri Cəbrayıldakı həyətlərdən birinin stadionunda futbol oynayan uşaqlar oldu, gözəl mənzərəydi. Cəbrayılın potensialının həddindən artıq olduğunu gördüm. Yəni oranın çox gözəl təbiəti, turizm potensialı var. Həmin rayonun ərazisindən bir neçə çay keçir. Ekoloji turizm üçün böyük potensial mövcuddur. Prezidentin xüsusi nümayəndəsi və onun komandasının məlumatına görə bununla bağlı artıq işlər görülür. Müxtəlif turizm obyektlərinin tikintisi nəzərdə tutulur.
Zəngilanın Ağalı kəndi, eləcə də ona yaxın bir yaşayış məntəqəsinin tikintisi ilə tanış olduq. Orada çox yaxşı 4 ulduzlu hotel də tikilib. Bu, yerli əhalinin işlə təmin olunmasında ciddi rol oynayacaq.
"Araz Vadisi İqtisadi Zonası"nda yaradılacaq sənaye müəssisələri ilə bağlı məlumat verildi. 12 layihənin icrasına başlanılıb. Təqribən 2000-dən çox iş yeri açılacaq.
Ümumiyyətlə, belə səfərlərin çox böyük əhəmiyyəti var. Biri var ki, biz bu məlumatları mətbuatdan alaq, biri də var gedib öz gözlərimizlə görək. Bir daha bu səfəri təşkil edənlərə ayrıca təşəkkür düşür".


Ədalət Partiyasının sədri Mütəllim Rəhimli səfərlə bağlı bunları deyib:

"Əvvəlcə Horadiz şəhərinin yaxınlığında Minatəmizləmə Agentliyinin fəaliyyəti barədə məlumat aldıq. Düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izlədik. Minatəmizləmə ilə məşğul olan qəhrəman oğullarımızla qürur duyduq. Partladılan minanın dalğası və səsi həqiqətən də qorxunc idi.

Sonra Cəbrayıl şəhərinin yenidən qurulması prosesi ilə tanış olduq. Bir tərəfdə 4-5 mərtəbəli müasir və olduqca göz oxşayan binalar və elə onun yanındaca ermənilərin vəhşiliklə dağıtdığı evləri görəndə insanda hərtərəfli qənaət hasil olur. Kimin kim olduğu bilinir. Cəbrayıllılar demək olar ki, kütləvi şəkildə bizmlə görüşə axışdılar. İnsanlar hisslərini, həyəcanlarını, sevinclərini bölüşürdülər. 

Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı işğaldan azad edilmiş ərazidə məskunlaşan sakinlərin yaxın gələcəkdə işlə təmin olunması üçün böyük ümidlər yaradır. İlkin nəticələr də var.

Sonra Zəngilanın Məmmədbəyli kəndi, Zəngilan şəhər məscidi, Zəngilan Konqres Mərkəzi, 104 mənzilli yaşayış kompleksi və Oxçuçay üzərində yerləşən “Zəngilan” SES-ə baxış keçirmək, görülən işlərlə tanış olmaq imkanımız oldu.

Zəngilan şəhərinin tikiləcəyi ərazini gördük. İndi burada məscid və konqres mərkəzi tikilib, məktəb və bir neçə binanın isə əsası qoyulub. Ermənilərin dağıtdığı və tövlə kimi istifadə etdiyi məscidimiz tarixi abidə kimi saxlanılıb, onun yanında isə sənət əsəri sayılacaq müasir məscid inşa olunub. 

İşğaldan azad edilmiş ərazilərdə görülən işlərlə yaxından tanış olmaq imkanı müxalifətin siyasi arenada həqiqi yerini tutması üçün yaxşı təşəbbüsdür. Çünki idarəetmədə iqtidarla yanaşı, müxalifət də iştirak edir. Bütün sivil ölkələrdə də müxalifət daxildə baş verən proseslərin içərisində olur və ona bu şərait yaradılır. Bu səfər həm də siyasi müstəvidə dialoq mühitinin və qarşılıqlı anlaşmanın inkişafı üçün əhəmiyyətlidir. Buna görə təşkilatçılara təşəkkür edirəm".
 

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, deputat Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etməsi həm də milli kimliyin, siyasi iradənin və milli həmrəyliyin yeni mərhələyə keçidinin simvoludur. Artıq postmünaqişə dövründə Azərbaycan dövləti yalnız yenidənqurma və məskunlaşdırma prosesinə deyil, eyni zamanda milli siyasi şüurun dərinləşdirilməsi və ictimai konsensusun gücləndirilməsi missiyasına da fokuslanır:

"Bu xüsusda Prezident Administrasiyasının təşəbbüsü ilə təşkil olunan ardıcıl səfərlər ərazi bütövlüyünü bərpa etmiş bir dövlətin öz siyasi və ictimai vəhdətini necə möhkəmləndirdiyinin bariz nümunəsidir. Səfərlərin mahiyyəti ondan ibarətdir ki, onlar Azərbaycanın “Böyük Qayıdış” strategiyasını təkcə fiziki reallıq deyil, həm də siyasi və sosial ideya kimi cəmiyyətə təqdim edir.

“Böyük Qayıdış” strategiyası yalnız insanları öz yurdlarına qaytarmaq üçün nəzərdə tutulmayıb. Bu, həm də ümummilli ideyadır və işğalın dağıntıları üzərindən gələcəyin modern cəmiyyətini inşa etməyi hədəfləyir. Cəbrayılda fəaliyyətə başlayan tekstil fabriki, burada qadınların məşğulluğunun təşviqi və sosial bərpa proseslərinin başlanması, bu strategiyanın inklüziv inkişaf yönümlü xarakterini göstərir.

Zəngilanda tətbiq olunan “Ağıllı kənd” konsepsiyası Azərbaycanın postmünaqişə mərhələsində texnoloji modernləşməni əsas götürdüyünü nümayiş etdirir. Yaşıl enerji təşəbbüsləri, müasir kommunal infrastruktur və rəqəmsal xidmətlər burada yalnız fiziki mühitin deyil, eyni zamanda idarəetmə modelinin dəyişdiyini göstərir. Bu, Azərbaycanın Qarabağa yalnız geriyə deyil, gələcəyə baxaraq qayıtdığını sübut edir.

İşğaldan azad edilmiş ərazilərə təşkil olunan səfərlərin strukturuna diqqət yetirdikdə görürük ki, bu, sırf tanıtım məqsədli deyil. Nümayəndə heyətinin tərkibi göstərir ki, bu səfərlər həm də siyasi iştirakçılığın yeni mexanizmini formalaşdırır. Bu təşəbbüs postmünaqişə dövründə formalaşan yeni siyasi mədəniyyətin – dialoq, iştirak və konsensus üzərində qurulmuş əməkdaşlıq modelini daha da inkişaf etdirir.

Qənaətimə görə, səfər çərçivəsində Füzulidə müşahidə etdiyim mina zərərsizləşdirmə prosesinə sıradan bir əməliyyat kimi yanaşmaq kökündən yanlış olardı. Bu, həm də işğal dövrünün siyasi münasibətlər sistemində düşüncələrə hakim kəsilmiş neqativ təzahürlərinin zərərsizləşdirilməsi, tarixin arxivinə göndərilməsi kimi də qəbul oluna bilər. Bu kimi səhnələr, Azərbaycanın qayıdış prosesinə soyuqqanlı, lakin mənəvi dəyərlərin yer aldığı strateji baxışla yanaşdığını göstərir.

Bu səfərlərin təşkili və koordinasiyası Prezident Administrasiyası tərəfindən aparılsa da, onların mahiyyəti dövlətin “nəzarət edən” deyil, “əməkdaşlıq edən” yeni simasını təqdim edir. Dövlət burada siyasi sosiallaşma, strateji kommunikasiya və ictimai iştirakçılıq üçün açıq platforma rolunu oynayır. Bu da öz növbəsində postmünaqişə dövründə dövlətlə vətəndaş arasında, ikincinin siyasi baxış bucağından asılı olmayaraq, qarşılıqlı etimadın daha da güclənməsinə zəmin yaradır.

Yeni reallıqlar çərçivəsində ictimai yaddaş təkcə keçmişi xatırlamaq üçün deyil, gələcəyi birgə inşa etmək üçün formalaşır. Bu prosesdə siyasi münasibətlər yalnız dövlət-vətəndaş münasibətləri ilə məhdudlaşmır, həm də vətəndaşların bir-biri ilə dialoqu, müxtəlif ictimai təbəqələrin birgə platformalarda iştirakını nəzərdə tutur.

Qayıdış prosesi isə, yalnız fiziki olaraq torpaqlara dönüş deyil. Bu, eyni zamanda münaqişədən sülhə, təcriddən inteqrasiyaya, dağıntıdan modernləşməyə keçidi ifadə edən yeni siyasi fəlsəfədir. Azərbaycan yalnız öz ərazilərini deyil, həmin torpaqlarda ictimai inamı, siyasi legitimliyi və gələcəyə yönəlmiş idarəetmə modelini də bərpa edir.

Bu mənzərə Azərbaycanın regional sabitlik və siyasi həmrəylik üçün özünəməxsus aktiv model təqdim edən bir aktor kimi rolunu da önə çıxarır.

İşğaldan azad edilmiş torpaqlarımıza qayıdış isə şübhəsiz ki, bu torpaqların işğalına son qoyulduğu gündən başlayıb. Azərbaycanlılar öz tarixi yurd yerlərinə Ali Baş Komandanın iti zəkası və qətiyyəti, şəhidlərin qanı,  əsgər çəkmələrinin izləri ilə qayıdıblar. İndi isə bu proses vəhşi, qaniçən, vandal tayfanın viran qoyduğu yurd yerlərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləriylə, misilsiz bir sürət və böyük Vətən sevgisinə bürünmüş yüksək peşəkarlıqla davam etdirilir. Proses o qədər sürətlə və mükəmməl bir şəkildə, həm də strateji planlama ilə aparılır ki, qürur duymamaq mümkün deyil. Dövlətimizin idrakı da, yaradıcılıq potensialı da qolu qədər güclüdür. Məhz bu baxımdan, Şərqi Zəngəzurun, Qarabağın tezliklə hər köşəsində azərbaycanlıların isti, doğma nəfəsinin duyulacağına şübhə etmirəm. Bir müddət öncə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə Xankəndiyə, Laçına, bu gün isə Füzuli, Cəbrayıl və Zəngilana səfərimiz zamanı yol boyu işğaldan azad edilmiş torpaqlarımızın nəhəng bir tikinti meydanını xatırlatdığının şahidi oluruq. Gördüklərimiz nağıl, əfsanə kimidi. Dağlar belə Azərbaycan dövlətinin, xalqının iradəsi, yurd sevgisi qarşısında duruş gətirə bilmir. Əlçatmaz ucalıqlardan yollar, tunellər çəkilir. Qarabağımız, Şərqi Zəngəzurumuz hər gün həm əzizlərinin, doğmalarının qayıdışına şahidlik edir və onlarla birlikdə özünə qayıdır, həm də müasir, güclü Azərbaycanın ayrılmaz bir parçası kimi Böyük Hədəflərə və gələcəyə doğru irəliləyir".


Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev:

"Bu səfər iki istiqamətdə izah olunmalıdır. İlk olaraq buna siyasi dialoqun inkişafı nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Hakimiyyətlə siyasi partiyalar arasında münasibətlərin normallaşması, siyasi dialoqun inkişafı baxımınan izah olunmalıdır. İkinci isə bu məsələ işğaldan azad olunmuş ərazilərimizdə ral vəziyyətin təhlili istiqamətində izah olunmalıdır.
Bu, sayca 8-ci səfərdir. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev bu səfərlərdə şəxsən iştirak edir. Siyasi dialoqun yaradılması, inkişafı təbii ki, birbaşa ölkə başçısı cənab İlham Əliyevin göstərişi əsasında həyata keçirirlir. Amma onu yüksək səviyyədə icra edən Ədalət Vəliyevin şöbəsidir. 8-ci səfərin təşkilinə görə onlara təşəkkür edirəm. Siyasi partiyaların bir-biriləri ilə şəxsən tanış olması, düşüncə mübadiləsi üçün çox əhəmiyyətlidir. Elə adamlar var ki, bu səfər zamanı onları yaxından tanıdım.
Digər yandan sonra Azərbaycan uzun müddət işğal altında qalan ərazilərini azad edib. Bu böyük qələbədir. İşğaldan azad olunan ərazilərdə böyük miqyasda tikinti-quruculuq işləri görülür. Bununla bağlı ayrı-ayrı ərazilərdə tikinti-quruculuq işləri ilə tanış olmuşuq. Ərazilərimizdə erməni vəhşiləri çox sayda mina basdırıblar. Hətta bir minanın partlayış anına şahidlik etdik. Bu bölgəni məskunlaşdırmaq üçün görülən işlər minaların təmizlənməsindən, lazımi infrastrukturun qurulmasından və bərpa-tikinti işlərindən keçir. Cəbrayıda, Zəngilanda olanda bunların şahidi oluq. Elektrik, qaz xətləri çəkilib, su tutumları yaradılıb. O bölgədə su baxımından çox böyük imkanlar var. Yaşayış binalarının, evlərin tikintisi ilə tanış olduq.
Cəbrayıl rayonunda tikinti ərazisini göstərdilər, sonra özəl müəssisədə olduq.
Zəngilana getdik, orada böyük su tutumları, Su Elektrik Stansiyası və Konqres Mərkəzi ilə tanış olduq.
əngəzur dəhlizi üçün lazımı dəmir yolu xətti çəkilib. Zəngilana qədər yüksək səviyyədə işlər görülüb. Tikinti-quruculuq işləri yenə gedir. Ağalı kəndində ikinci mərhələdə işlər görülür.
Mənim üçün maraqlı o idi ki, keçən dəfə gedəndə hər tərəf qupquru idi. Çünki ermənilər hər şeyi müşahidə altında saxlamaq üçün mütəmadi olaraq yanğınlar törətmişdilər. Meşə zolağı, flora və fauna məhv olmuşdu. Ekoloji terror vardı. İndi artıq təbii yolla bitkilərin inkişafını, ağacların artığını görürük. Zəngilan tərəfi tam yaşıllıqdır. Cəbrayılda da bu istiqamətdə işlərin getdiyini görürük. Bir sözlə, uğurlu səfər oldu".


Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, ən xoş təəssüratları Cəbrayılda yaşayıb:

"Xeyli işlər görülüb. Hələ daha geniş miqyasda işlərin görülməsinə ehtiyac var və görüləcək. Cəbrayılda yaşayış məhəlləsi salınıb. Sakinlərlə görüşdük. Mən özüm də söhbət etdim. Sözün doğrusu, ən xoş təəssürat Cəbrayıl şəhərinin bərpası və yenidən həyatın canlanması ilə bağlı oldu. Zəngilan rayonu ərazisində də olduq. Əsas təəssürat ondan ibarət idi ki, fərqli bir arxitektura ilə tikinti işləri aparılır. Yeni, eksklüziv tikililərə şahidlik etdik".

Partiya sədri müəyyən problemlərin də olduğunu deyib:

"Problemlər əlbəttə var. Mənim diqqətimi cəlb edən bir neçə müəssisədə olduq. Xüsusi mülkiyətə əsaslanan, şəxsi təşəbbüsü ilə biznes fəaliyyəti quran adamlarla rastlaşmadıq. Məncə orada bərpaya xüsusi təşəbbüs göstərən insanların cəlbi həlledici əhəmiyyətə malik olar. İri investisya tələb edən işlər dövlət tərəfindən görülə bilər. Amma başqa sahələrdə hələ ki xüsusi kapitalın əlamətləri hiss olunmur. Bu isə vacibdir. Orada da bu barədə qeydlərimizi bildirdik. Ümumiyyətlə, hər halda konsepsiyanın dəyişikliyinə ehtiyac var. Hazırkı konsepsiya "Böyük Qayıdış" adlandırılır, bu belə də olmalıdır. Ancaq bir növ həm də məskunlaşma konsepsiyası olmalıdır. Çünki bu, yalnız bizim oradakı işğaldan əvvəl yaşamış insanların dədə-baba torpaqlarına qayıdışı kimi yox, böyük bir ərazinin yenidən məskunlaşması şəklində də qoyulmalıdır. Bu istiqanətdə də müzakirələr olub. Prinsip etibarilə mənim pozitiv təəssüratım daha üstündcür. Mən bu fikri də səsləndirdim ki, rayonların birində  siyasi partiyaların, mütəxəssislərin iştirakı ilə konfransın keçirilməsi yaxşı olardı".


Ağ Partiyanın sədri Tural Abbaslı səfərlə bağlı bunları söyləyib:

"Səfəri çox faydalı hesab edirəm. Qarabağda xeyli işlər aparılıb. İnfrastruktur layihələri, elektrik stansiyaları, konqres mərkəzləri, hotellər tikilib, yollar salınıb. Artıq oralarda yaşam var. Torpaq sahibləri öz yurdlarına qayıdıb yuva salması böyük hadisədir. İnkişafa baxmayaraq, orada hələ də işğalın əlamətləri qalır. Hələ də minalı ərazilər var. Qarabağda görüləsi çox böyük işlər var. Çox vaxt, vəsait, enerji tələb edən işlər görülməlidir. Amma ora vətəndir, qayıtmaq, oranı həyata qaytarmaq lazımdır. 
Qarabağda gedən işləri görmək, şəhidlərimizin qanlarının hədər getməməsi baxımından faydalı səfər idi. Görüklərimizlə bağlı fikirlərimizi bildirdik, təkliflər verdik. Bu səfərlərin başqa mühüm faydası da partiyaların bir-birii ilə qeyri-rəsmi ünsiyyət qurmasıdır. 5-6 saatlıq yoldur. Həmin müddətdə müxtəlif partiya sədrləri, funksionerləri bu və ya digər məsələlrəi analiz edirlər, həm şəxsi baxımından münasibətlər yaranır, həm də siyasi anlamda düşmənçilik pərdələri qalxır. Bu günə qədər olan səfərlərin hər birində iştirak etmişəm. Davamlı olmasını arzulayıram".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 İyun 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see137

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see121

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see121

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see119

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see118

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see116

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see115

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see115

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see114

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see114

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri