Icma.az
close
up
RU
Partiya sədrləri hansı bank kartlarından istifadə edirlər...

Partiya sədrləri hansı bank kartlarından istifadə edirlər...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bank kartlarından istifadə gündəlik həyatın ayrılmaz gerçəyinə çevrilib. Müşahidələr göstərir ki, istər onlayn alış-veriş, istərsə də POS-terminal vasitəsilə ödənişlər zamanı kartla ödənişə üstünlük verilir. İstifadəçilər adətən rahatlıq, təhlükəsizlik və xidmət keyfiyyətinə əsaslanaraq müxtəlif bankların kartlarını seçirlər. Kartların təklif etdiyi keşbek, taksit imkanı və mobil tətbiq funksionallığı isə istifadəçilərin seçimində mühüm rol oynayır.

Modern.az hansı bank kartlarına üstünlük verdiklərinə dair məlumat əldə etmək üçün siyasi partiya rəhbərləri arasında sorğu keçirib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Azərbaycan Beynəlxalq Bankının kartından istifadə etdiyini deyib:

“Xüsusi bir səbəbim yoxdur, sadəcə partiyamızın hesabı həmin bankda açılıb. Ümumilikdə isə göstərilən xidmətlərdən də razıyıq”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimov qeyd edib ki, ABB, Kapital Bank, Unibank və Xalq bank-ın kartlarından istifadə edir:

“Bunların içərisində hazırda ən çox Kapital Bank kartından yararlanıram.

Kapital Bank-ın mobil tətbiqi daha anlaşılan və asandır. Üstəlik, istifadə dairəsinin genişliyi qarşılıqlı əməliyyatları sərfəli şəkildə həyata keçirməyə kömək edir. Keşbek təklifləri də təbii ki, xoşagələndir. Amma son vaxtlar ABB yeni təkliflər etməklə daha cəzbedici görünməyə başlayıb”.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib ki, əməkhaqqı kartı Azərbaycan Beynəlxalq Bankına (ABB) aiddir, buna görə də hazırda ən çox istifadə etdiyi bank ABB-dir:

“Bundan əvvəl uzun müddət Bank Respublika-nın kartlarından istifadə etmişəm. Hazırda bu bankda da kartım mövcuddur, lakin həmin kartda maliyyə vəsaiti yoxdur. Bu baxımdan əsasən ABB kartından istifadə edirəm”.

Gələcək Azərbaycan Partiyasının rəhbəri Ağasif Şakiroğlu bir çox bank kartından istifadə etdiyini deyib.

“İlk olaraq LeoBank kartından istifadə edirdim. Daha sonra paralel olaraq Kapital Bank və PAŞA Bank hesablarından da yararlanmağa başladım. Hazırda isə LeoBank hesabımı birdəfəlik ləğv etmişəm və yalnız PAŞA Bank ilə Kapital Bank kartlarından istifadə edirəm.

Bu bankların əsas üstünlüyü ondan ibarətdir ki, dünyanın harasında olmağından asılı olmayaraq, texniki problemlərlə üzləşdikdə Bakıya gəlmədən, operativ şəkildə dəstək xidməti göstərirlər. Xüsusilə Kapital Bank-ın “BirBank” tətbiqi funksionallıq baxımından daha zəngindir. Kommunal ödənişləri, cərimələri və digər xidmətləri heç yerə getmədən asanlıqla yerinə yetirmək mümkündür.

Bir istifadəçi kimi həm Kapital Bank, həm də PAŞA Bank-ın təqdim etdiyi xidmətlərdən razıyam. Bu banklarla işləmək funksionallıq baxımından daha məqsədəuyğundur və mənə zövq verir. Əsas prinsip müştəri məmnuniyyətidir və istifadə etdiyim banklar bu istiqamətdə gözləntilərimi qarşılayır”,- deyə o qeyd edib.

Ağ Partiya sədri Tural Abbaslı da bir neçə bankın kartından istifadə edir:

“Əsasən Rabitəbank kartı və ABB-nin “TamKart”ından yararlanıram. Bu kartlardan istifadə etməyimin əsas səbəbi onlayn ödənişlərin rahat olmasıdır. Digər ölkələrdəki kimi, bu kartların xüsusi imtiyazlara sahib olduğunu düşünmürəm.

Əvvəllər daha çox Rabitəbank-dan istifadə edirdim. Lakin kartımın istifadə müddəti bitdiyi üçün son vaxtlar ABB kartına üstünlük verirəm. Hər iki bankın mobil tətbiqlərində xidmət sahələrinin daha da təkmilləşdirilməsinin müştəri məmnuniyyətini artıracağını düşünürəm. Tətbiqlər daha anlaşılan, sadə və eyni zamanda daha təhlükəsiz olsa, istifadəçilər üçün çox daha əlverişli olar.

Onu da qeyd edim ki, partiyamızın bank hesabı Kapital Bank-dadır və köçürmələr üçün əsasən bu bankdan istifadə olunur”.

Azad Vətən Partiyasının rəhbəri Akif Nağı isə maaş kartının Kapital Bank-a məxsus olduğunu söyləyib.

“Bu bankla bağlı zaman-zaman müxtəlif narazılıqlar səslənsə də, şəxsi təcrübəmdə heç bir problem yaşamamışam və şikayətim yoxdur. Pensiya kartım isə Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Bu bankın xidmətlərindən də ümumilikdə razıyam.

Lakin gündəlik istifadə üçün ən çox üstünlük verdiyim kart LeoBank-a məxsusdur. Mağazalarda və digər yerlərdə ödənişləri əsasən bu kart vasitəsilə edirəm. LeoBank-ın mənim üçün əsas üstünlüyü isə ondan ibarətdir ki, istənilən banka pul köçürərkən heç bir komissiya xərci tutulmur.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Azərbaycan Beynəlxalq Bankının kartından istifadə etdiyini deyib:

“ABB kartlarının daha etibarlı olduğunu düşünürəm. Məhz bu səbəbdən seçimim bu bankın kartlarıdır",- deyə partiya sədri bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Avqust 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri