Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

İnsan sağlamliğina verilən dəyər

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

Siyasi ekspertlərdən və Cümhuriyət ə TƏBRİK

Siyasi ekspertlərdən və Cümhuriyət ə TƏBRİK

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Sentyabr ayının 1-i “Cebhe.info” Xəbər Portalının yaranmasının, “Cümhuriyət” qəzetinin fəaliyyətinin bərpa olunmasının 10 ili tamam olur.

Bu münasibətlə də siyasət, iqtisadiyyat, sosial, mədəniyyət və digər sektorlardan olan dostlarımızdan təbriklər gəlməyə başlayır.

Bu dəfə də siyasi ekspertlərin təbriklərini təqdim edirik:

Mətbuat Şurası İdarə Heyyətinin üzvü, politoloq Yeganə Hacıyeva:

"Müasir media təsisatları cəmiyyətdə oynadığı rolu, dövlətin informasiya təhlükəsizliyindəki yükü son illər artmaqdadır. Ölkəmizin kütləvi informasiya vasitələri məkanında özünəməxsus yeri olan "Cebhe.info" saytı və fəaliyyətini yenidən bərpa edən "Cümhuriyət" qəzeti artıq ardıcıl 10 ildir ki, demokratik və milli düşüncəli, gənclərin, ölkəmizin müstəqilliyi və rifahı yolunda ürəkdən çalışan ziyalıların, cəmiyyət maraqları uğrunda yorulmadan çalışan siyasi-ictimai fəalların doğma tribunasına çevrilməkdədir.

Belə bir nəticənin əldə edilməsi isə heç şübhəsiz, milli mətbuatımızın ənənələrinə sadiqlik ruhunun verdiyi yüksək peşəkarlığınızdan irəli gəlir. "Cebhe.info"nun yaranmasının, "Cümhuriyət"in isə yenidən fəaliyyətini bərpa etməsinin 10 illiyi münasibətilə bütün kollektivinə ürəkdən təbrik edir, cansağlığı, firavanlıq, yeni yaradıcılıq nailiyyətləri və minnətdar izləyici kütləsinin daha da çox artması arzulayıram".

Politoloq Qulamhüseyn Əlibəyli:

""Cebhe.info" Xəbər Portalının yaranmasının, "Cümhuriyət" qəzetinin də yenidən fəaliyyətini bərpa etməsinin 10 illik yubileyi münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Başda Rəfail Becanov olmaqla, bütün kollektivə uğurlar arzulayıram. İstər "Cebhe.info"nun, istərsə də "Cümhuriyət"in media sahəsində özünəməxsus yeri və üslubu var. Neçə belə onilliklərə çıxmağınızı və çox sayda yubiley qeyd etməyinizi diləyirəm. Bir daha təbrik edirəm". 

Siyasi şərhçi Ülviyyə Zülfiqar:

"Müasir dünyada baş verən hadisələrə operativ və vaxtında reaksiya vermək medianın əsas vəzifələrindən biridir. İstər ölkəmizdə, istərsə də dünyada baş verən və gündəmi zəbt edən hadisələrə operativ reaksiya verən sayt və qəzetə sahibsiniz. Bu hadisələrin analitakasını doğru-düzgün həyata keçirən "Cebhe.info" və "Cümhuriyət" kollektivini ürəkdən təbrik edirəm. Arzulayıram ki, hər zaman öndə olasınız. Peşəkar komandanızı və rəhbərliyini təbrik edirəm". 

Politoloq Zəlimxan Məmmədli:

“Şəxsən mən "Cümhuriyət"in və "Cebhe.info"nun yaranmasının şahidliyini etmişəm. "Cümhuriyət" qəzeti ilk yaranışdan milli məfkurə daşıyıcısı olaraq pooulyar və sevilən mətbu orqan olub. "Cebhe.info" Xəbər Portalı da o bazanın, o məfkurənin sahibidir. İnformasiya tutumu zəngin və tərəfsizdir. Dövlətçilik və milli məsələlərə münasibət prioritetdir. Başda dostum Rəfail Becanov olmaqla, yaradıcı heyəti və bütöv kollektivi təbrik edir, böyük idealların gerçəkləşməsinin ilk xəbərçisi olmalarını arzu edirəm". 

Politoloq Aytən Qurbanova:  

""Cebhe.info" və "Cümhuriyət"in rəhbərliyini, eləcə də bütün kollektivini 10 illik yubiley münasibətilə təbrik edirəm. İndi olduğu kimi hər zaman operativ, qərəzsiz və kifayət qədər əhatəli məlumatlarla cəmiyyətimizi aydınlatmağınızı arzulayıram. İnşallah daha neçə on illikləri birlikdə qeyd edərsiniz".

Politoloq Oqtay Qasımov:

"Cebhe.info" saytını və "Cümhuriyət" qəzetini təbrik edirəm. Saytınız və qəzetiniz fəaliyyətə başladığı gündən etibarən Azərbaycan media məkanında özünəməxsus yer tutub. Peşəkar kollektiviniz hazırlıqlı yazarları, operativ və dəqiq məlumatlar ilə öz oxucu kütləsini qazanıb. Həmçinin, əməkdaşlarınızın analtik təhlil yazıları da ictimaiyyət tərəfindən diqqətlə izlənilir. 

Əminliklə demək olar ki, həm "Cebhe.info", həm də "Cümhuriyət" qarşıdakı dönəmlərdə də fəaliyyətini bu cür davam etdirəcək. Arzu edirəm ki, gələcəkdə ölkə xaricində də yayımlanmağa başlayasınız və kollektiviniz daha da genişlənsin.

Rəhbərlik başda olmaq, komandanızın hər bir üzvünü yubiley münasibətilə təbrik edirəm. Gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Düşünürəm ki, saytın bütün əməkdaşları həm də bu yubileyi bir məsuliyyət kimi qəbul edəcək, bundan sonrakı fəaliyyətlərində daha da əzmlə çalışacaqlar".

Siyasi şərhçi Əli Mustafa:

"Cebhe.info" saytı 10 il ərzində səmərli və obyektiv fəaliyyət göstərir. Eyni zamanda, "Cümhuriyət" qəzeti də bir o qədər müddətdir, fəaliyyətini yenidən bərpa edib.

Saytın əməkdaşları operativ çalışaraq cəmiyyəti informasiya ilə təmin edirlər. Ona görə də həm "Cebhe.info", həm də "Cümhuriyət" Azərbaycan mətbuatında özlərinə layiq yer tutublar. Qısa müddətdə ölkənin ən tanınmış saytlarından və qəzetlərindən birinə çevrilmək önəmli hadisədir. Bu da onu deməyə əsas verir ki, kollektivin peşəkarlığı, mənəvi imkanları kifayət qədər yüksəkdir. 

Obyektiv və qərəzsiz informasiya vermək saytınızın nüfuzunu və hörmətini artırır. Saytın rəhbərliyinə və kollektivinə uğurlar arzu edirəm. 10 yaş münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, bundan sonra da Azərbaycanın informasiya məkanında önəmli yer tutacaq”.

Politoloq Yusif Bağırzadə:

"Azərbaycan mətbuatında öz dəst-xətti, hadisə və proseslərə məxsusi yanaşması ilə seçilən "Cebhe.info" saytını yaranmasının, "Cümhuriyət" qəzetini isə yenidən fəaliyyətini bərpa etməsinin 10 illiyi münasibətilə təbrik edirəm. Bütün kollektivinizə uğurlar, daha böyük rəqəmli əlamətdar təqvim günlərini qeyd etməyinizi arzulayıram.

Kollektiviniz keçən dövr ərzində jurnalistika dəyərlərinə sadiqlik və peşəkarlığı ilə özünü təsdiq etməyi bacarıb. Fəaliyyətinizdə dəqiqlik, qərəzsizlik və obyektivlik meyarlarını əsas götürməniz nəticəsində "Cebhe.info" və "Cümhuriyət" çoxsaylı oxucu kütləsinə malik media qurumlarına çevrilib. 

Tamamilə əminəm ki, dövlətin və cəmiyyətin maraq və mənafelərinin media müstəvisində qorunmasındakı mövqeyinizi bundan sonra da eyni dəst-xəttlə davam etdirəcək, ölkəmizdə medianın inkişafına yeni töhfələr verəcəksiniz. Əziz və dəyərli kollektivinizi bir daha təbrik edirəm. Yubileyiniz mübarək!". 

Politoloq Tural İsmayılov:

"Həm "Cebhe.info"nun yaranmasının, həm də "Cümhuriyət"in yenidən fəaliyyətini bərpa etməsinin 10 illik yubileyi münasibətilə redaksiya heyətini və bütün oxucularını səmimi-qəlbdən təbrik edirəm. 10 il medianın ölçüsündə sadəcə bir rəqəm deyil, mübarizənin, zəhmətin və peşəkarlığın göstəricisidir. 

Bu illər ərzində "Cebhe.info" və "Cümhuriyət" hər zaman oxuculara dəqiq, operativ və prinsipial xəbərləri verməklə fərqləndi. Cəmiyyətin informasiya təminatında daşıdığınız məsuliyyət jurnalistikanın mahiyyətini ortaya qoyur. Müstəqil düşüncə, analitik yanaşma və cəsarətli mövqe bu media qurumunun imzası oldu. 

Oxucunun etimadını qazanmaq üçün göstərdiyiniz səylər ən böyük mükafatdır. Ümid edirəm ki, qarşıdakı illərdə də "Cebhe.info" və "Cümhuriyət"in peşəkar yolunu daha uğurla davam etdirəcək. Medianın sağlam inkişafında sizin dəstəyiniz və rolunuz danılmazdır. Sizi bir daha təbrik edir, kollektivinizə yeni uğurlar arzulayıram. Bundan sonra da on illərlə uğurlu fəaliyyət diləyirəm”.

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov:

“Həm "Cebhe.info" saytı, həm də "Cümhuriyət" qəzeti Azərbaycan mediasının inkişafına böyük töhfə verir. Saytın və qəzetin özünəməxsus dəsti-xətti və tutduğu mövqe var. Hər iki media qurumu gələcəkdə Azərbaycan mediasının savadlı kadrlar formalaşmasına da ciddi təkan verir. 

Sizdə çalışan peşəkar jurnalistlərin fəaliyyəti irəli atılmış bir addımdır. Bütün bunların hər biri Azərbaycan dövlətinin və mediasının maraqlarına xidmət edir. Başda Rəfail bəy olmaqla, bütün əməkdaşları təbrik edirəm, uğurlar arzulayıram". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Avqust 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see427

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see278

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see264

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see257

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see255

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see251

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see248

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see247

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see241

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see235

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see234

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see222

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see222

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see217

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see213

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see204

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see203

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see182

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see169

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri