Icma.az
close
up
RU
Cümhuriyət qəzetinin ilk baş redaktoruna təbrik

Cümhuriyət qəzetinin ilk baş redaktoruna təbrik

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən əsrin 89-cu ilindən bu günə qədər mətbuata, mediaya haradan baxırıqsa baxaq, oradan bir Rauf Arifoğlu görünür. 

Rauf bəyə baxanda, təpədən-dırnağa qəzet görürsən. Sanki qarşındakı qəzetdir - mediadır. Sən onu oxuyursan, izləyirsən, o da səninlə danışır, söhbət edir. 89-cu ildən, Gəncədən onu elə tanıdım. 

Cəsarətli, mübariz, yenilikçi, özünəməxsus fikirləri olan, amalı uğrunda döyüşən! Öz mübarizəsi uğrunda özünün mübarizə yolu ilə usanmadan gedən adam kimi! 37 ildən sonra da elə həmin Raufdur. Qazandıqlarını mübarizə ilə əldə edən, uğurlarının altında zəhməti dayanan... Usanmadan əmək sərf edib – Əməkdar jurnalistdir! 

Nə edibsə, Vətənə xidmət edib – 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub! Hər zaman da mübarizəsinə, yoluna sadiq qalıb. Hansı yolun Vətənə faydalı olacağını, millətə uğur gətirəcəyini düşünürsə, o yolu seçir və o yolda sona qədər gedir! Sözü olub və sözünün sahibi olub! 

Bu, mənim də tanıdığım Raufun xarakteridir! Bəzi dostlarım bunu bilir, danışmışam. 28 il bundan qabaq “Cümhuriyət”-in ən çətin günləri idi. Qəzetin bütün hesablarına nahaqdan həbs qoyulmuşdu və qəzetin həm özünün, həm də əlavələrinin hesabları qapadılmışdı. Rəhmətlik Sirus Təbrizli də mətbuat və informasiya naziri idi. Problemi onunla müzakirə edirdik. 

Qəfildən bir sual verdi və bəlkə eşitmək istədiyi, bəlkə də eşitmək istəmədiyi bir cavabla qarşılaşdı və dedi: 

“Sizə də, Raufa da ona görə hörmətim var. Amma o birilər sizin kimi deyil, oradakı mövqelərini burada, burada dediklərini orada danırlar”. 

Mövzumuzun aşağı-yuxarı Rauf bəy, yaxud “Yeni Müsavat”-la heç bir əlaqəsi yox idi. Sadəcə, cavabdan təsirlənib cəsarət və sözünün sahibi olmasına görə Raufdan danışdı. Zaman bir məsafədir! O məsafəni kim necə qət edirsə, elə o qədər yaşayır. 

Rauf bəy o məsafənin ortasında olumu qazanıb. Eşqlə başladığı işinə olan sevgisi zamanı belə dayandırıb! Azərbaycanın müasir mətbuat tarixinin patriarxlarından biridir... Və bu ifadələrdə mübaliğə yoxdur. Bir gün belə bir yerdə rəsmi şəkildə işləməmişik. 

Amma dostluq, etibar baxımından illərdir onu tanıyıram. Tale ona bir missiya verib. Bu missiyanı 60 illik ömürdə daşımağı hər adam bacarmazdı. O bacardı, bacarır və bacaracağı şübhəsizdir. 

Ona görə də bəzən özü olmayan yerdə onun haqqında “medianın beynəlxalq dərəcəli  qrossmeysteri” deyirəm. Mediaya bir şahmat kimi yanaşsaq, o, ən usta qrossmeysterdir. 

“Samizdat”dan (“özümnəşriyyat”) print mediaya, qəzetçilikdən rəqəmsal texnologiyaya qədər keçilən 60 illik bir ömür. Bu ömürdə hər şey var. Siyasət də, media da, ictimai fəaliyyət də... Özünün de dediyi kimi, Bakıya bir çemodanla gəlib indi bütün ölkənin köşklərini bəzəyən və arxasında imzası duran “Yeni Müsavat”-a sahibdir. 

İnternet resurslarında adı və imzası görünən Ustaddır! Rauf Arifoğlu mətbuata "Yeni Müsavat"-la gəlsə də, onun taleyində başqa mətbuat orqanları da var. Onlardan biri də "Cümhuriyət"-dir. 

"Cümhuriyət"-in ilk baş redaktoru olub. Xələf-sələf dəyərləri cəmiyyətimizin zaman-zaman ağrılı yeri olub, amma bizim üçün müqəddəs dəyərlər unudulmaz. Sələflərin dəyərini bilməliyik. Rauf bəy "Cümhuriyət" üçün özünün o zaman olduğu qədər əzizdir, dəyərlidir. 

Təbrik edirəm, dəyərli Rauf bəy, əziz və qədim dostum! Düşüncələrimi, hisslərimi bir az gec yazdım. Onun da özəl səbəbi var. Bunu ən yaxşı digər bir dostumuz Əflatun Amaşov bilir. Həmişə onu doğum günündən bir neçə gün sonra təbrik edirəm. Təbrik edəndə də qələminə və yaradıcılığına böyük dəyər verdiyim Əlizadə Nuridən bir misal gətirirəm: 

Sənin ad gününə qəsdən gecikdim 

Mən səni bir az da cavan saxladım! 

Əziz Rauf bəy, 60 il böyük bir ömür yoludur! Amma nə qocalıq, nə ixtiyar yaşıdır. Buna rəğmən, mən bu təbriki bir neçə gün sonra yazdım və səni bir az da cavan saxladım! 

Növbəti yubileylərdə görüşənədək… 

Rəfail Becanov, “Cümhuriyət” qəzetinin baş redaktoru

Açar sözlər: Rauf Arifoğlu “Cümhuriyət” Rəfail Becanov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyul 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri