Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Partiyalar məmnundur: Qarabağda möhtəşəm işlər görülür

Partiyalar məmnundur: Qarabağda möhtəşəm işlər görülür

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə siyasi partiya sədrlərinin və nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilir. 


Bu dəfə Laçın şəhərinə təşkil olunan səfər ölkədə milli həmrəyliyin möhkəmləndirilməsi və siyasi dialoqun dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Bu kimi səfərlər bir tərəfdən dövlətin quruculuq və bərpa siyasətinin yerində izlənilməsinə imkan yaratdığı halda, digər tərəfdən müxtəlif siyasi qüvvələrin əməkdaşlığını və dövlətçilik mövqeyində birliyini nümayiş etdirir. Səfərdə iştirak edən partiya rəhbərlərinin fikirləri, bu təşəbbüsün həm vətəndaş cəmiyyətinə, həm də ölkənin gələcək siyasi inkişafına töhfələr verdiyini ortaya qoyur.


Milli Cəbhə partiyasının sədri Razi Nurullayev bildirib ki, yeni salınmış yollarla Laçına doğru hərəkət edən nümayəndə heyətini qarşılayan mənzərə Azərbaycan xalqının tarixi torpaqlarına böyük qayıdışının real təcəssümü idi: 

"Laçında aparılan yenidənqurma və bərpa işləri, infrastruktur layihələri, yaşayış komplekslərinin inşası və sosial obyektlərin bərpası barədə bizlərə geniş məlumat verildi.

Səfər zamanı nümayəndələr şəhərin mərkəzində salınmış yeni yaşayış massivinə, məktəb və mədəniyyət müəssisələrinə, Laçın şəhərinin inzibati binalarına baxış keçirdilər. Onlara məlumat verildi ki, şəhərdə məskunlaşma prosesi mərhələli şəkildə davam etdirilir, vətəndaşlar üçün yüksək şərait yaradılır, müasir infrastruktur qurulur.

Siyasi partiya nümayəndələri bu kimi səfərlərin siyasi dialoqu və milli həmrəyliyi gücləndirdiyini, işğaldan azad edilmiş ərazilərdə görülən işləri yerində görməyin ölkə ictimaiyyəti üçün əhəmiyyətli olduğunu demək istəyirəm".

Partiya sədri qeyd edib ki, bu cür səfərlər Prezident Administrasiyasının təşəbbüsü ilə mütəmadi olaraq təşkil edilir və ölkədə milli həmrəyliyin gücləndirilməsi, siyasi mədəniyyətin inkişafı imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

"Laçına təşkil olunan bu səfər bir daha göstərdi ki, işğaldan azad edilmiş torpaqlarda həyat sürətlə canlanır, Azərbaycan dövləti öz torpaqlarında əzmlə, ardıcıl və planlı şəkildə quruculuq işlərini davam etdirir".


Böyük Quruluş partiyasının sədri Fazil Mustafa isə Laçın şəhərinə artıq altıncı səfərin təşkil edildiyini söyləyib:

"Bu səfərlər Prezident Administrasiyasının müvafiq şöbəsinin təşəbbüsü ilə təşkil olunur. Xüsusilə də Ədalət Vəliyev bu səfərlərdə bizlə bərabər iştirak edir və hərtərəfli şərait yaradır ki, biz hər bir detal ilə tanış olaq, aparılan quruculuq işləri barədə ətraflı məlumat əldə edək.

Hesab edirəm ki, bu səfərlər bizə buranın gələcəyi ilə bağlı daha dolğun fikir formalaşdırmaq imkanı verir. Siyasi partiyaların belə səfərlərdə iştirak etməsi və bilgilənməsi çox vacibdir. Çünki ölkənin quruculuq və bərpa prosesində bizim də müəyyən bilgilərə sahib olmağımız, təşəbbüslər irəli sürməyimiz və fikir bildirməyimiz üçün zəruridir.

Qürur duyuruq ki, Azərbaycan Prezidenti və onun komandası burada doğrudan da möhtəşəm işlər görür. Quruculuq və bərpa işləri, yeni iş yerlərinin yaradılması, həmçinin insanların mərhələli şəkildə bu ərazilərə köçürülməsi sevindirici haldır. Hesab edirəm ki, bu bizim üçün böyük bir tarixi uğurdur".


Ağ partiyanın sədri Tural Abbaslı bu səfərlərdə bütün partiya sədrləri, media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və politoloqlar iştirak etdiyini, bu baxımdan bu cür səfərlərin çox önəmli və müxtəlif aspektlərdən ciddi əhəmiyyət daşıdığını deyib:

"İlk növbədə, siyasi baxımdan, dövlətçilik baxımından bu səfərlərin xüsusi önəmi var. Burada partiya rəhbərlərinin, müxtəlif siyasi düşərgələrdən olan şəxslərin bir araya gəlməsi, ünsiyyət qurması, fikir mübadiləsi aparması siyasi münasibətlərin yeni mərhələyə keçməsi üçün bir fürsətdir. Eyni zamanda illərdir iqtidarla müxalifət arasında formalaşmış "buz divarlarının" əriməsi, qarşılıqlı neqativ yanaşmaların dəyişməsi və düşmənçilikdən sağlam rəqabət mühitinə keçid baxımından da bu səfərləri olduqca faydalı hesab edirəm.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərini yerində görmək, bu bölgələrin inkişafına şahid olmaq və uzun illər sonra Azərbaycan bayrağının bu torpaqlarda dalğalandığını izləmək hər bir vətənpərvər vətəndaş üçün böyük qürur mənbəyidir. Bu da səfərlərin mühüm bir hissəsidir".

Tural Abbaslı bu səfərlərin həm daxili, həm də beynəlxalq auditoriyaya ötürdüyü ciddi mesaj ötürdüyünü, vətən, millət, torpaq, suverenlik və müstəqillik məsələləri gündəmdə olduqda, Azərbaycanın bütün siyasi və ideoloji kəsimləri bir araya gələ, bir mövqedə birləşə, yumruğu bir yerə vura bildiyini və həmrəylik nümayiş etdirə bildiyini söyləyib. Qeyd edib ki, bu səbəblə bu səfərləri faydalı və əhəmiyyətli hesab edir. 

O, fürsətdən istifadə edərək, bu səfərləri təşkil edən Azərbaycan Prezident Administrasiyasının aidiyyəti şöbəsinə öz adından təşəkkür edib.


Ağ partiyanın sədr müavini Əhəd Məmmədli isə öz növbəsində iqtidar-müxalifət dialoqunun təkcə keçirilən səfərlərlə məhdudlaşmadığını söyləyib:

"Əsas məsələ ölkədə sağlam siyasi mühitin formalaşmasıdır. Biz bu məsələdə örnəyi qardaş Türkiyədən götürməliyik. Sağlam siyasi rəqabət olmalı, müxalifət dövlət strukturlarında təmsil olunmalıdır. Biz demirik ki, müxalifət icraedici strukturlarda təyin edilməlidir. Amma seçkili orqanlarda iştirakları təmin olunmalıdır. Hər kəs bilir ki, ölkəmizdə seçkilərin şəffaf keçirilməsi ilə bağlı ciddi suallar mövcuddur.

Məsələn, Türkiyədə olduğu kimi proporsional seçki sistemi bərpa olunmalıdır. Siyasət və siyasi partiyalar peşəkarlaşmalı, politologiya və siyasi şərhçilik sahəsi peşəkar səviyyədə formalaşmalıdır. Hər bir kəsə eyni və bərabər imkanlar yaradılmalıdır. Mövqelər siyahı əsasında deyil, şəxsin siyasi təcrübəsinə, analitik qabiliyyətinə və proqnozlarına görə müəyyən olunmalıdır.

Dövlət bu prosesi müşahidə etməli və dəstəkləməlidir. Yalnız kiminsə kiməsə yaxınlığı, münasibəti və ya uyğunluğu əsasında siyasətdə irəli çəkilməsi düzgün deyil. Bu yanaşma dəyişməlidir".


Sədr müavini dövlətin öz ideoloji xəttinə uyğun olan siyasi partiyaları və siyasətçiləri dəstəkləməli olduğunu və bunun həm iqtidara, həm də müxalifətə aidliyini vurğulayıb:

"Hökumətlər və müxalifətlər dəyişir, amma dövlət və onun siyasəti qalıcıdır. Dövlətin ideoloji xəttinin də qalıcı olması üçün siyasi ideologiya dövlət səviyyəsində qurulmalıdır. Siyasi ab-havanın təsiri ilə hərəkət etmək, bu gün bir şeyi tərifləyib sabah tənqid etmək doğru deyil.

Bu yanaşma siyasi konyonkturaya deyil, dövlətin əsas ideoloji xəttinə əsaslanmalıdır. Böyük dövlətlərdə bu sistem qurulub. Məsələn bu, istər Türkiyədə, istər bəyənmədiyimiz İran və ya İsraildə, istərsə də ABŞ, Fransa və Almaniyada həyata keçirilir. Onların hər birində dövlət siyasətini müəyyən edən sabit ideoloji xətt mövcuddur".

Əhəd Məmmədli böyük dövlət olmaq istəyiriksə, bu təcrübələrdən istifadə etməli olduğumuzu söyləyib. Qeyd edib ki, dövlət siyasəti və ideologiyası dövlət səviyyəsində qurulmalı və sabit şəkildə davam etdirilməlidir. Əks halda, bu kimi dialoq səfərlərinin yalnız taktiki dəyişikliklərə səbəb olacağını amma strateji və uzunmüddətli müsbət dəyişikliklər baş verməyəciyini deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Aprel 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri