Icma.az
close
up
RU
MEK də Bilik Günü münasibətilə sərgi açılıb

MEK də Bilik Günü münasibətilə sərgi açılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Bilik Günü münasibətilə sərgi təşkil edilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgidə təhsil və elm mövzusuna həsr olunmuş zəngin ədəbiyyat oxucuların ixtiyarına verilib. Burada təhsil sahəsində tarixi inkişaf mərhələlərini, dövlət siyasətini və müasir çağırışları dolğun şəkildə əks etdirən “Heydər Əliyev və Azərbaycanda təhsil siyasəti”, “Heydər Əliyev məktəblilərin gözü ilə”, "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008", “Təhsil millətin gələcəyidir”, “Azərbaycanın təhsil siyasəti”, “Təhsilin idarəetməsinə yeni yanaşmalar”, “Təhsil və cəmiyyət. Təhsil islahatının dinamikası” adlı nəşrlər təqdim olunur. Həmçinin “Azərbaycanda təlim-tərbiyə mədəniyyəti, təhsil və pedaqoji fikir tarixi”, “Təhsilimiz: dünəndən sabaha”, “Müəllimlərin peşəkar inkişafı beynəlxalq təcrübədə”, “Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz”, “Müəllim və müəllimlik” və digər dəyərli nəşrlər nümayiş olunur.

Sərgidə 1888-ci ildə A.O.Çernyayevskinin və Səfərəli bəy Vəlibəyovun tərtibində işıq üzü görən və Azərbaycanda ilk əsaslı dərs vəsaiti olan "Vətən dili"nin II hissəsi, respublikanın ilk Əməkdar müəllimi Akif Bayram, İrəvan müəllimlər seminariyası və onun məzunları haqqında kitablar da yer alıb.

Sərgi iki həftə müddətində davam edəcək və bütün maraqlanan oxucular üçün açıq olacaq

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri