Icma.az
close
up
RU
Paşa Qəlbinur Aytmatov Akademiyasının Fəxri akademiki seçilib

Paşa Qəlbinur Aytmatov Akademiyasının Fəxri akademiki seçilib

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Görkəmli oftalmoloq-cərrah, professor, Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri Paşa Qəlbinur "Tibdə və ədəbi yaradıcılıqdakı uğurlarına görə" Aytmatov Akademiyasının Fəxri akademiki seçilib. Professora Akademiyanın diplomu və nişanını Azərbaycan Yazıçılar Birliyində Akademiyanın Prezidenti Azizbek Akmataliyev tərəfindən təqdim edilib.

Aytmatov İctimai Akademiyası 1994-cü ildə böyük qırğız yazıçısı Çingiz Aytmatovun türk ədəbiyyatı irsinin saxlanılması və genişləndirilməsi məqsədilə yaradılıb. Görkəmli yazıçılar, dramaturqlar, şairlər, filosoflar, tarixçilər, aktyorlar, rejissorlar, dilçilər, professorlar və elmlər doktorları Akademiyanın fəxri və həqiqi üzvləri seçilirlər.

Azərbaycan oftalmologiyasının görkəmli nümayəndələrindən biri olan Paşa Qəlbinur TCOD, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin həqiqi üzvüdür. Həmçinin Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktorudur. Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin idarə heyətinin üzvü, Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində fıziologiya bölməsinin ekspertidir. 2021-ci ildən isə Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi Bilimsəl qurumunun həmsədri seçilib. Paşa Qəlbinur 2001-ci ildə ABŞ-nin Biblioqrafiya İnstitutunda keçirilən "2000 alim və intellektual" seçimində "İlin adamı" mükafatına və Yusif Məmmədəliyev adına mükafata, "İman" izzət və iltifat diplomuna layiq görülüb.

Paşa Qəlbinur tibb elmləri sahəsində 100-dən çox elmi əsər və 10 elmi kəşf müəllifidir. On mindən çox uğurlu oftalmoloji cərrahiyyə əməliyyatı həyata keçirib.

Paşa Qəlbinur üçün gözlər - sadəcə biologiyanın bir orqanı deyil, ruhun pəncərəsi, hisslərin aynası, fəlsəfi düşüncənin mərkəzidir. Onun ilk şeiri "Gözlər" adlanır və o, bu şeiri 13 yaşında qələmə alıb.

Ədəbi təxəllüsü "Qəlbinur" - yəni "qəlbin nuru" onun şəxsiyyətini əks etdirir. Poeziyasının mövzusu əsasən insan, gözəllik, duyğular və həyat fəlsəfəsidir. Bəzi əsərləri müxtəlif dillərə tərcümə olunub, antologiyalara daxil edilib. Ədəbiyyatda onun poetik baxış bucağı insanın iç aləminə, ruhun gözlərdən oxunmasına yönəlib. Həkimliyi ilə poeziyasını belə izah edir: "Göz həkimliyi romantik sənətdir. Sən gözə toxunursan - gözün içindən keçərək insanın qəlbinə yol tapırsan".

Professor deyir ki, tibb aləmində  və ədəbi sahədəki yaradıcılıqdaki uğurlarına görə o, Aytmatov Akademiyasının fəxri Akademiki adına layiq görülüb: "Akademiyanın elmi şurasının qərarı ilə mən Tibdə  və Ədəbi yaradıcılıqdakı uğurlarına görə Aytmatov Akademiyasının fəxri Akademiki seçilmişəm. Bu, mənim əməyimə, zəhmətimə verilən qiymətdir".

Paşa Qəlbinur oftalmologiyanı "romantik sənət" adlandırır. Onun fikrincə, həkim öz peşəsini bütün varlığı ilə sevməlidir və xəstəyə bütöv diqqət yetirməlidir. Paşa Qəlbinur - Azərbaycan tibb elminin və ədəbiyyatının nadir bir simasıdır. O, həm göz həkimi, həm pedaqoq, həm də şairdir. Onun fəaliyyəti təkcə oftalmoloji yeniliklərlə deyil, insanın ruhuna və gözlərinə olan dərin hörməti ilə də yadda qalır.

İnsanın görməsi üçün sadəcə göz lazım deyil. Bəzən görmək üçün qəlbin nuru da lazımdır. Paşa Qəlbinur, bu nurun sahibi və bəxş edəndir.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri