Icma.az
close
up
RU
“Pasifico” klubunda zombi şoku FOTO

“Pasifico” klubunda zombi şoku FOTO

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

tarixində Bakının mərkəzində yerləşən “Pasifico” klubunda Park Cinema tərəfindən “28 il sonra” filminin şərəfinə unudulmaz post-apokaliptik gecə keçirildi. Gecədə KİV nümayəndələri, tanınmış blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak etdilər. Qonaqlar tədbirə daxil olarkən xüsusi yoxlanışlardan keçdi — hərarət ölçümü, metallodetektorlar, “zombi infeksiyası” müəyyən olunması və s.

Klubun içində isə hər şey filmin stilində davam edirdi. Səhnədə şoumen və Bakının ilk “zombi tərbiyəçisi” Rəsul Həsənov qonaqları salamladı və səhnəyə ifaçı Natavan Quliyevanı dəvət etdi. Möhtəşəm canlı ifadan dərhal sonra xüsusi ağ geyimdə insanlar zəncirlərlə bağlanılmış və zombi virusuna yoluxmuş balerinanı səhnəyə gətirdilər. Şoumen iddia etdi ki, o, zombiləri idarə edə bilir və elə həmin anda balerina zombiyə inanılmaz hərəkətlər etdirərək bunu sübut etdi.

Səhnədə gərginlik artarkən qəfildən zombi obrazında “GAGA” rok qrupu və “Madhuskies” rəqs kollektivi çıxış edərək atmosferi tamamilə dəyişdi. Bakı gecəsi distopik film atmosferinə çevrildi.

Gecənin yekununda Park Cinemanın Marketinq direktoru Üzeyir Abdullayev və PR meneceri Anar Eyvazov səhnəyə çıxaraq, “Yaradıcı” və “Infinix Azerbaijan”ın təşkilatı dəstəyi ilə “1 dəqiqəlik film” adlı xüsusi müsabiqənin startını elan etdilər. Müsabiqə “28 il sonra” – tamamilə smartfonla çəkilmiş ilk Hollivud filmi münasibətilə keçirilir. İştirak etmək üçün bahalı kameraya və ya avadanlığa ehtiyac yoxdur — sadəcə yaradıcı ideya və bir smartfon kifayətdir. Qalib Infinix Note 50 Pro smartfonu qazanacaq.

Ətraflı məlumat və müsabiqənin şərtləri üçün Park Cinemanın rəsmi Instagram səhifəsinə keçid edin.

“28 il sonra” filmi hal hazırda Park Cinemada türk ingilis və rus dillərində nümayiş olunur.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://dogru.az
archiveBu xəbər 20 İyun 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri