Icma.az
close
up
RU
Paşinyan ağır imtahan qarşısında

Paşinyan ağır imtahan qarşısında

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda parlament seçkilərinin vaxtı yaxınlaşdıqca səsvermənin hansı siyasi qüvvənin qələbəsi ilə yekunlaşacağına dair müzakirələr artmaqdadır.

Çünki Ermənistanda hakimiyyətin dəyişib-dəyişməməsi yalnız daxili vəziyyətə deyil, bütövlükdə Cənubi Qafqazdakı geosiyasi proseslərə təsir edə biləcək amilə çevrilib. Daha dəqiq desək, 2026-cı il iyunun 7-də keçiriləcək hazırkı Baş nazir Nikol Paşinyanın liderlik etdiyi komandanın seçkilərdə qalib gəlməsi Qərbyönümlü qüvvələrin hakimiyyətdə qalması ilə yanaşı, Ermənistanın Avropa İttifaqına inteqrasiyasının sürətlənməsi deməkdir. 

Bu isə Avropa İttifaqının və ABŞ-nin Ermənistanda geosiyasi mövcudluğunun artması fonunda Rusiyanın bölgədə iştirak imkanlarını azalada bilər. Seçkilərdə Paşinyanın növbəti 5 ilə xalqdan mandat alması Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində əlavə imkanlar açacaq ki, bu da Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasını sürətləndirə bilər. 

Hətta seçkilərdən sonra Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi Birliyinin sıralarını da tərk edəcəyi proqnozlaşdırılır. Ona görə də Rusiya parlament seçkilərində Paşinynı hakimiyyətdən uzaqlaşdırmağa və Kremldən idarə olunan revanşist müxalifəti hakimiyyətə gətirməyə çalışır.

Rusiya üçün Ermənistan cəmiyyətində mövcud siyasi konyukturu dəyişməyə mane olan ciddi səbəb var. İlk növbədə, xalq bütün dövrlər üçün Moskvanın alternativ və ehtiyat kadrı olan Robert Köçəryanın hakimiyyətə qayıtmasını istəmir. Onun liderlik etdiyi “Ermənistan” blokunun növbəti seçkilərdə 5 faizlik barajı keçəcəyi belə, sual altındadır. Ona görə də Rusiya Eçmiədzin kilsəsinin vasitəsilə silahlı qiyam planı həyata keçirməyə cəhd etdi. Lakin Nikol Paşinyan kilsənin radikal arxiyepiskoplarını və onların seçkilərdə baş naziriliyə namizəd kimi görmək istədiyi rusiyalı milyarder Samvel Karapetyanı həbs etdirməklə Rusiyanın “oyun”unu pozdu. 

Paşinyanın preventiv zərbələrlə çevriliş və terror cəhdinin qarşısını almaqda Qərbin xüsusi xidmət orqanlarının verdiyi məlumatlardan bəhrələndiyi ehtimal olunur.  Seçkiqabağı Ermənistanda Rusiya və Qərb arasında ciddi mübarizənin getdiyi müşahidə olunur. Paşinyanın timsalında Qərbin mövqeləri güclü görünsə də, son rəy sorğuları qarşıdan gələn seçkilırin baş nazir üçün asan keçməyəcəyini göstərir.

“MPG Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə əgər üzümüzə gələn bazar günü Ermənistanda parlament seçkiləri keçirilsəydi, ən böyük dəstəyi Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası qazanardı. Nikol Paşinyan reytinq göstəricisinə görə, birinci yeri sahib olsa da, 2021-ci ildə keçirilmiş sonuncu seçkilərlə müqayisədə ona səs vermək istəyənlərin sayı xeyli azalıb.Seçicilərin 17,3 faizi ona səs verməyə hazırdır ki, bu da aprel ayında keçirilmiş əvvəlki sorğudan 4,2 faiz çoxdur.

İkinci yeri ilk dəfə olaraq 13,4 faiz səs toplayan və populyarlığının 10,6 faiz artması maşahidə edilən rusiyalı milyarder Samvel Karapetyanın ətrafında formalaşmış yeni siyasi birlik tutub. Üçüncü yerdə 6,4 faiz səslə eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku qərarlaşıb. 
Qagik Tsarukyanın liderlik etdiyi Çiçəklənən Ermənistan Partiyasına səs vermək istəyənlərin sayı isə 3,8 faiz təşkil edib.

Sabiq prezident Serj Sarkisyanın tərəfdarlarından ibarət “Şərəfim var” deputat fraksiyasının və sədri olduğu Ermənistan Respublika Partiyasına səs vermək istəyənlərin sayı xeyli azalıb. Sorğuya görə, Sarkisyanın komandasını 3,4 faiz seçici parlamentdə görmək istəyib. Bloger Vardan Qukasyanın “Demokratiya, qanun və nizam-intizam” partiyası 2,5 faiz, digər partiyalar isə 1,8 faizdən aşağı səs toplayıb. Eyni zamanda, yüksək səviyyəli laqeydlik və qeyri-müəyyənlik seçkilərin əsas cəhətlərindən biri olaraq qalır.

Respondentlərin 23,9 faizi səsvermədə iştirak etməyəcəyini bildirib, 16,3 faizi cavab verməkdə çətinlik çəkib, 5 faizi isə cavab verməkdən imtina edib. Sorğunun nəticələri göstərir ki, hakim partiyanın davamlı liderliyinə baxmayaraq, onun dəstəyi seçicilərin beşdə birindən az hissəsi ilə məhdudlaşır. Samvel Karapetyanın yeni layihəsinə marağın sürətlə artması siyasi balansda ciddi dəyişikliklər üçün ilkin şərait yaradır. Sorğunun nəticələrini analizi göstərir ki, parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik edəcəyi komandanın qalib gəlmək şansı yüksəkdir. 

Ancaq Paşinyanın seçkilərə “Vətəndaş müqaviləsi” partiyası yoxsa, ayrıca seçki bloku ilə gedəcəyi hələ məlum deyil. Hakimiyyətin reytinqinin artmasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanmssı və kommunikasiyaların açılmasına dair razılaşma mühüm rol oynayıb.

Zəngəzurdan “Tramp marşrutu”nun açılması ilə bağlı işlərə başlanılması seçkilərdə ABŞ adminstrasiyasının Paşinyana siyasi dəstəyini təmin edə bilər. Ona görə də həm Paşinyanın və komandasının siyasi reytinqinə görə liderliyi əldə saxlaması, yəni daxili amillər, həm xarici təsirlər onun seçkilərdən qalib çıxacağını deməyə əsas verir.

Lakin 17, 3 faizlik reytinqlə Paşinyanın parlamentdə yerlərin üçdə ikisinə sahib olacağını söyləmək çətindir. Bu halda Paşinyan təkpartiyalı  hökumət formalaşdırmaq imkanını itirə bilər. Qeyd edək ki, 2021-ci ilin iyun ayında keçirilən parlament seçkilərində “Vətəndaş müqaviləsi” partiyası seçicilərin 53,4 faiz səsini qazanaraq parlamentdə 71 mandatla deputat yerlərinin üçdə ikisini qazanıb. Həmin vaxt keçiriilən sorğularda Paşinyanın liderlik etdiyi “Mənim addımım” blokunun reytinqi 27,2  faiz civarında idi. Ona görə də Paşinyan növbəti parlamentdə səslərin 50 faizdən çoxunu qazansa da indiki deputat yerlərinin bir çoxunu itirə bilər. 

Parlamentdə hazırkı Köçəryan mərkəzli “Ermənistan” fraksiyasını isə Samvel Karapetyanı dəstəkləyən və hələ elan edilməmiş yeni siyasi qüvvə ilə əvəz etməsi ehtimalı artır. Sorğunun nəticələrinə nəzər saldıqda, 29 mandata malik “Ermənistan” blokuna daxil olan daşnakların seçkilərdə qalib gəlmək şansının olmadığı görünür. 2021-ci ildə “Daşnaksütyun” EİF “Ermənistan” bloku daxilində 15 deputat yeri qazanmışdısa hazırda bu resursları tükənmək üzrədir.

Seçicilərin 1,1 faizi “Daşnaksütyun” EİF-a səs verməyə hazır olduğunu bildirib. Bu göstərici ilə daşnaklar 5 faizlik seçki barajını aşa bilmədiyinə görə, çox güman ki, parlamentdən kənarda qalacaq. “Daşnaksütyun”un ayrılıqda 1 deputat yeri qazanmaq şansı yoxdur. Respondentlərin 6,4 faizi “Ermənistan” blokuna səs verməyə hazır olduğunu bildirib ki, bu da Robert Köçəryanın seçki barajını keçdikdən sonra Milli Məclisdəki 29 yerdən 15-20-ni itirəcəyindən xəbər verir. 

Ona görə də daşnakların növbəti seçkilərdə Köçəryandan ayrılaraq kilsənin, yəni Samvel Karapetyanın yanında yer almağa çalışacağı ehtimalı yüksəkdir. Parlamentdə ana müxalifəti Samvel Karapetyanın kilsə tərəfindən dəstəklənən namizədləri əvəz edə bilər. Bu halda Paşinyanın Rusiyayönümlü müxalifəti parlamentdən kənarlaşdırmaq və onların yerinə Qərbmeyilli qüvvələri gətirmək planı baş tutmayacaq. Lakin bu, Samvel Karapetyana baş nazir olmaq şansı yaratmır. Çünki Ermənistan qanunvericiliyinə görə, Karapetyan xarici ölkə vətəndaşı (Rusiya) olduğuna görə, dövlət vəzifəsi tuta bilməz. 

Sorğunun nəticələri eks-prezident Serj Sarkisyanın “Şərəfim var” blokunun növbəti seçkilərdə mandat qazana bilməyəcəyini deməyə əsas verir. “Şərəfim var” bloku və Sarkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyası (ERP) çox güman ki, 5 faizlik barajı aşa bilməyəcək. Bu isə Serj Sarkisyanın siyasi karyerasının sonunu gətirə bilər. Seçkilərdən sonra Sarkisyanın siyasətdən çəkiləcəyi və ERP-dan istefa verəcəyini gözləmək olar. Sabiq prezidentin özündən sonra ERP-da liderlik kürsüsünü partiyanın sədr müavini Armen Aşotyana ötürəcəyi ehtimal edilir.
Nəhayət sorğuda əldə olunan göstəricilər, Ermənistanda orta hesabla 20-21 faiz civarında qeyri-sabit seçici kütləsinin olduğunu üzə çıxarır. Erməni analitiklər də etiraf edirlər ki, hakimiyyətin gələcək siyasi taleyinin müəyyənləşməsində hələ kimə səs verəcəyini dəqiqləşdirməmiş tərəddüdlü elektorat mühüm rol oynaya bilər. Əgər Nikol Paşinyan bu seçici kütləsini öz tərfinə çəkməyi bacarsa, parlamentdə üçdə iki səs çoxluğuna sahib olacaq və birpartiyalı hökumət quracaq. Hazırda neytral görünən bu seçici qüvvəsi müxalifətə səs verərsə, Paşinyan üçün hakimiyyətdə qalmaq çətin olacaq. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see155

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri