Paşinyan Anna Hakobyanın harada yaşadığını açıqlayıb
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Hakobyanın İrəvan şəhərinin meri və paytaxtın problemləri ilə bağlı səsləndirdiyi tənqidlərə münasibət bildirib.
Yeniavaz.com Ermənistan mediasına istinadən xəbər verir ki, noyabrın 19-da keçirilən brifinqdə Paşinyana həyat yoldaşının tənqidini necə qarşıladığı barədə sual ünvanlanıb.
Baş nazir cavabında Hakobyanın fikirlərini özünə ünvanlanmış tənqid kimi qəbul etdiyini bildirib. O, həyat yoldaşının diqqət çəkdiyi problemlərin həlli üçün əlindən gələni edəcəyini qeyd edib.
Brifinq zamanı Paşinyana Anna Hakobyanın ictimai fəaliyyəti ilə bağlı onunla məsləhətləşib-məsləhətləşmədiyi də soruşulub. Həmçinin cütlüyün hazırda birlikdə yaşayıb-yaşamadığı və əgər ayrı yaşayırlarsa, Hakobyanın nə üçün dövlət mühafizəsi ilə təmin olunduğu məsələsi qaldırılıb.
Paşinyan bu suallara cavabında bildirib ki, Anna Hakobyan hökumət iqamətgahı olan “Kond”da yaşayır və ictimai fəaliyyətini onunla müzakirə etmir.
“Bu, normaldır. O, lazım bildiyi yerdə məsləhətləşir, lazım bilmədiyi yerdə isə etmir. Ermənistan demokratik ölkədir”, – deyə Paşinyan vurğulayıb.
Baxış sayı:36
Bu xəbər 19 Noyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















