Paşinyan Azərbaycan bayrağına görə qəzəbləndi FOTO
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün “erməni soyqırımı”nın 110 illiyi münasibətilə təşkil edilən yürüşdə Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan “Armenpress”ə açıqlamasında Paşinyanın hadisə ilə bağlı fikirlərini çatdırıb.
O, baş nazirin bayraqların yandırılmasını pislədiyini deyib:
“Nikol Paşinyan bunun məsuliyyətsiz və qəbuledilməz davranış olduğunu düşünür. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu ölkələrin bayraqlarının yandırılmasına dövlət başçısı tərəfindən başqa cür yanaşma mümkün deyil. Bu, təxribatçı və təhrikedici bir təcrübədir”.
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 24 Aprel 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















