Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tavuşda Azərbaycanla sərhəddə yerləşən kəndlərin – Kirants, Əskipara, Bağanis, Voskevan, Koti – sakinlərinin əksəriyyəti 7 iyun seçkilərində hakim “Vətəndaş Müqaviləsi” partiyasına səs verib.
Bakupost.az Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Voskan Sərkisyan deyib.
O bildirib ki, 19-20 iyun tarixlərində Tavuşa yağan güclü dolu üzüm bağlarını, tərəvəz sahələrini, taxıl tarlalarını, evlərin damlarını, tövlələri, anbarları, çoxlu sayda avtomobili məhv edib:
“Kəndlilər məhsulsuz qalıblar. Paşinyan və vəzifəli məmurlar yüksək maaşlarla yanaşı, dövlət büdcəsindən milyonlarla dram dəyərində bonuslar alırlar. O, seçkiqabağı kampaniya zamanı sərhəddə seçicilərə müraciət edərək “Sizi çox sevirəm” deyə qışqırıb. İndi Paşinyan doludan ciddi ziyan çəkən kəndlilərə milyardlarla dram kompensasiya və ya dövlət dəstəyi verməklə ən azı ona səs verənləri sevdiyini sübut edə bilər”.
Keçmiş deputat Naira Zöhrabyan da Paşinyanın Azərbaycanla sərhəd ərazilərdə çox səs almasına diqqət çəkib:
“Nikolun Sünikdə (Zəngəzurda – red.) nə qədər çox səs aldığını gördünüzmü?! Hansı ki, həmin sakinlər potensial münaqişə zonasına yer alırdılar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 22 İyun 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















