Icma.az
close
up
RU
Paşinyan Bakı ilə razılaşmanı bir müddət də uzatsa… Politoloq

Paşinyan Bakı ilə razılaşmanı bir müddət də uzatsa… Politoloq

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi ilə yanaşı strateji saziş də imzamalıdırlar. Paşinyan strateji sazişin imzalanmasını yaxın əsrlərdə xalqların dinc yanaşı yaşamasının vacib olmasıyla əsaslandırıb. Paşinyan ayrıca, Kazanda BRİCS toplantısı çərçivəsində Prezident İlham Əliyevlə görüşü indiyənə qədər keçirilən ən faydalı müzakirə kimi qiymətləndirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə şərh verən politoloq Elxan Şahinoğlu qeyd edib ki, Nikol Paşinyan Ermənistanın kommunikasiyaların blokdan çıxarılması üçün Azərbaycana yazılı təklif göndərib:

“Paşinyan iki xalqın dinc yaşaması məqsədilə strateji sazişin imzalanmasının vacib olduğunu bildirsə də, ona müxalif olan qüvvələr, o cümlədən erməni kilsəsi bunu istəyirmi? Paşinyan birinci bu suala cavab tapmalıdır. Çünki Ermənistandakı anti-Azərbaycan qüvvələr bir gün Paşinyanı devirərlərsə və ya seçki yolu ilə hakimiyyətə gələrlərsə, iki ölkə arasında dinc yaşamanı əsas tutan sazişə qarşı çıxacaqlar. Ona görə də Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə yanaşı Azərbaycanla strateji sazişin imzalanmasıyla bağlı da referenduma ehtiyac yarana bilər. Ermənilərin mütləq əksəriyyəti Paşinyanın Azərbaycanla “strateji saziş” ideyasına səs verərlərsə, bu halda müxalifət əngəli ortadan qaldırılacaq. Paşinyanın regional kommunikasiyaların açılması məsələsinə gəldikdə isə, baş nazirin tələsməsinin səbəbi İranla bağlıdır. Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yolun İran üzərindən tikintisinə dair çalışmalar sürətlənib. Paşinyan Zəngəzur dəhlizinin açılmasıyla bağlı Bakı ilə razılaşmanı bir müddət də uzatsa, yeni yol İrandan keçəcək və Ermənistan oyundankənar vəziyyətdə qalacaq. Buna görə də hazırda rəqabət İranla Ermənistan arasında gedir. Azərbaycan üçün bu rəqabətdə hansı ölkənin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir”.

Nigar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Noyabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri