Paşinyan bir stəkan konyakla minlərlə ermənini qaçqına çevirdi Hərəkat lideri
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Heç kim Qərblə münasibətlərin əleyhinə deyil, biz onun tərəfdarıyıq, lakin biz deyirik ki, bu, düşmənçilik məntiqinə əsaslanmamalı və strateji tərəfdaşımızla münasibətləri korlamaq hesabına olmamalıdır.
"Unikal" xəbər verir ki, bu barədə “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan açıqlayıb.
Onun sözlərinə görə, ölkə Gürcüstan kimi qərbyönlü deyil: "Gürcüstan hökuməti və Aİ-yə gedən gürcü xalqı deyirlər ki, ölümləri bahasına belə bu baş verməlidir".
Tevanyan qeyd edib ki, Paşinyan gəldiyi ilk gündən anti-Rusiya siyasəti həyata keçirib: "Həmin siyasət nəticəsində Ermənistan-Rusiya münasibətləri korlandı, Azərbaycan və Türkiyə o vəziyyətdən istifadə etdi. İndi Makron bəyan edir ki, Artsaxda (Qarabağ - red.) belə şeylər baş verib, çünki Rusiya cəzalandırmaq qərarına gəlib. Paşinyan bir stəkan konyak ilə minlərlə ermənini qaçqına çevirdi, indi də Ermənistanda eyni şeyi etmək istəyir. Deyirsiniz ki, Aİ-yə gedək. Bu, açıq-aşkar yalandır, bizi orada gözləmirlər. Aİ-də belə bir şey yoxdur".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 11 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















