Icma.az
close
up
RU
Təbrizdə yeni hərəkat başlayır TƏHLİL

Təbrizdə yeni hərəkat başlayır TƏHLİL

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyada ən amansız rejimlərdən hesab olunan fars-molla rejimi özünü son çırpıntılarını edir. Qəddar vasitə və üsullardan istifadə etməklə ömrünü uzatmağa cəhd etsə də, istəyi nəticəsiz qalmaqdadır. Güney Azərbaycan başda olmaqla bütün ərazilərdə əhali küçələrə çıxıb, öz haqları, varlıqları uğrunda qətiyyətli mübarizə aparırlar. Təbriz yenə də etiraz aksiyalarının mərkəzidir. Ərazilərdə keçirilən genişmiqyaslı aksiyalar qədim Azərbaycan şəhəri olan Təbrizdən idarə olunur. Əminliklə demək olar ki, Güney Azərbaycanda dövlət müstəqilliyinin qurulmasına sayılı günlər qalıb. Qısa müddət sonra Səttarxanın, Pişəvərinin yarımçıq qalan dövlətçilik ənənəsi bərpa olunacaq.

Güney Azərbaycan dövlətinin yaranması ərəfəsində olduğunu anlayan fars-molla rejimi hər cür ordu, polis qüvvələrini Təbrizə, Ərdəbilə və digər Azərbaycan şəhərlərinə yeridib. Güney Azərbaycanın fəallarından olan Yunis Quluzadə bəyan edib ki, rejimin işgəncə maşını gecələr güneylilərin evlərinə telefonla zəng edir, aksiyalara qoşulmamalarına çağırış edir, əks halda ciddi şəkildə cəzalanacaqları hədəsini verirlər. Fəal gəncin sözlərinə görə, Güney Azərbaycanın bir sıra şəhərlərində internetin verilişi tamamilə kəsilib, mətbu orqanlar, saylara sıradan çıxarılıb. Buna baxmayaraq Təbrizdə aksiyalara ara verilmir. Çaharmahal və Bəxtiyari əyalətinin Lordeqan şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən silahlı qarşıdurma nəticəsində 24 nəfər öldürülüb, 323 nəfər yaralanıb. Rejim nümayişçilərə qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə etsə də, məkrli niyyətinə nail ola bilmir. Ona görə də, rejim etirazların yatırılması üçün odlu silahdan istifadə etməyə başlayıb. Bu günə qədər ümumilikdə 2 mindən çox insanın öldürüldüyü. 5 minə yaxın insanın isə yaralandığı bildirilir. Buna baxmayaraq etirazçılar uğurlu nəticələr əldə ediblər. Belə ki, Ərdəbildə, Məşhəddə dövlət binalarının önündə rejimin bayraqları endirilərək yandırılıb.

Beynəlxalq aləm hərəkətə keçir

Fars-molla rejimin qanlı cinayətlər törətməsi beynəlxalq aləmdə ciddi narahatlığa səbəb olub. ABŞ, Böyük Britaniya və Avropa İttifaqı rəsmiləri fars-molla rejiminə zorakılığı dayandırmağa və dinc etirazçıların hüquqlarına hörmət etməyə çağırıb. Eyni zamanda, yeni sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıqlar edilib. Analitiklər bildirirlər ki, etirazların bu miqyasda və uzunmüddətli davam etməsi rejim daxilində siyasi sabitliyi ciddi şəkildə sarsıda və regionda gərginliyi daha da artıra bilər. Fransa İrandakı diplomatlarını təxliyə etməyə başlayıb. Təhlükəsizlik qüvvələrinin etirazlara qarşı qəddarcasına basqını və rabitənin tamamilə kəsilməsi fonunda səfirliyin vacib olmayan əməkdaşları ölkəni tərk ediblər. Fransa Xarici İşlər Nazirliyi səfirliyin "mövcud şəraitdə vəzifələrini yerinə yetirməsi üçün missiyasını yenidən təşkil etdiyini" bildirib.Xarici İşlər Nazirliyi bildirib: "Səfir və vacib bir qrup İranda qalan vətəndaşlara yardım göstərmək üçün yerində qalır". Personalın təxliyəsi qərarı zorakılığın sürətlə artan səviyyəsi səbəbindən verilib. Məlumatda o da qeyd olunur ki, rejimin Təhlükəsizlik Qüvvələri mülki şəxslərə qarşı ölümcül qüvvələrdən istifadə edir. İnsan haqları təşkilatı olan İnsan Haqları (İHR) ötən gün günortan sonra keçirlən aksiya zamanı doqquz uşaq da daxil olmaqla 648 nəfərin ölümünü təsdiqləyib. Lakin insan haqları fəalları xəbərdarlıq edir ki, faktiki ölənlərin sayı 6000-i keçə bilər. Fransa səfirliyinin vebsaytında müharibə zonasında sağ qalma qaydalarını təkrarlayan təlimatlar dərc edilib. Vətəndaşlara aşağıdakılar tövsiyə olunur. İsveç Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamenti vətəndaşlarını sürətlə pisləşən təhlükəsizlik vəziyyəti səbəbindən dərhal İranı tərk etməyə çağırıb. Ukrayna Prezidenti Volodimir Zelensky İrandakı hadisələri "üsyan" adlandırdı və dünyanı Rusiyaya silah verən rejimi devirmək üçün iranlılara kömək etməyə çağırdı. ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun hadisələri diqqətlə izlədiyini açıqlayıb. O, bəzi ölümlərin izdiham zamanı baş verdiyini istisna etməsə də, etirazçılara qarşı güc tətbiqinin davam edəcəyi təqdirdə fars-molla rejiminə ağır cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib.

"Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir"

Fars-molla rejiminin ərazilərində etirazlar genişləndikdən sonra düşüncələri, iyrənc məqsədləri mollardan heç də fərqlənməyən ünsürlər hakimiyyəti ələ keçirmək iştahasına düşüblər. Xüsusilə də 1979-cu il inqilabında atası taxt-tacdan arxivə göndərilən Rza Pəhləvinin oğlu Pəhləvi hakimiyyətə sahib olmağa can atır. Bunun üçün müxtəlif siyasi dairələrin, biznes şəbəkələrin imkanlarından bəhrələnməyə çalışır. Hazırda ABŞ-da məskunlaşan Pəhləvi milyonçuların sırasında ön yerdə qərarlaşıb. İstəyi də ondan ibarətdir ki. Müxtəlif qüvvələrin dəstəyi ilə hakimiyyətə gəlməklə maliyyə imkanlarını bir qədər də artırsın, eyni zamanda xalqdan atasının qisasını alsın. Nəzərə alamq lazımdır ki, inqilab atasının hakimiyyətini devirdi və ailəni sürgünə məcbur etdi. Pəhləvi atasının Misirə sığınmasını və orada xərçəngdən ölməsini uzaqdan izləməyə məcbur oldu. Sonrakı illərdə kiçik bacısı və qardaşının intiharları ailə üçün dağıdıcı itkilər oldu. O vaxtdan bəri ABŞ-da yaşayan Rza Pəhləvi politologiya təhsili alıb. Amerika vətəndaşı olan Yasminlə evli olan Pəhləvinin üç qızı var. O Vaşinqton yaxınlığındakı iki hektara yaxın malikanədə yüksək bir həyat yaşayır. Tez-tez həyat yoldaşı ilə yerli kafelərə baş çəkir, xarici bahalı mərkəzlər də istirahət edir. Onun zavod və fabrikləri, biznes mərkəzləri mövcudur. Ümumilikdə var-dövlətinin 48 milyard ABŞ dolları olduğu bildirilir. Uzun illər hakimiyyəti gəlib, qisas almaq haqqında düşünüb və bunu fars-molla rejiminin ərazilərində yaşayan imkansız şəxslər vasitəsi ilə həyata keçirməyə çalışıb. Rza Pəhləvi Parisdə mətbuat konfransı keçirərək molla rejiminin çökəcəyi təqdirdə keçid hökumətinə rəhbərlik etməyə hazır olduğunu bəyan edib. Pəhləvi həmçinin 100 günlük keçid planı hazırladığını açıqlayıb.

Rza Pəhləvinin atası taxt-tac sahibi olarkən azərbaycanlılara qarşı qəddar rəftarı ilə seçilib. Yalnız 1973 və 1976 -cı illərdə Təbrizdə Məhəmməd Rza Pəhləvinin əmri ilə elementar hüquqlarının tanıması tələbi ilə aksiya keçirdikləri zaman ağır texnikiadan, pulemyot və avtomat silahlardan istifadə etmklə insanları qətlə yetirmişdir. Nəticədə hər iki hadisə zamanı ümumilikdə 234 nəfər insan öldürülmüş, 6 minə yaxın soydaşımız isə yaralanmışdır. Aksiyaların yatırılmasından sonra vəhşiliklər daha da genişlənmiş və 24 minə yaxın insan həbs edilərək zindanlara atılmışlar. Bu baxımdan demək olar ki, fars-molla rejimi Pəhləvi rejiminin başqa üzü ola bilər. Ona görə də, güneyli soydaşlarımız heç vəchlə qəddar atanın quzu simasında görünən oğlunun hakimiyyətə gəlməsinə imkan verə bilməz. Keçirilən aksiyalarda Pəhləvi əleyhinə səslənən fikirlərdə bunu deməyə əsas verir. Urmiya şəhərində keçirilən etiraz aksiyasında "Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir" şüarı səsləndirilib. Təbii ki, güneyli soydaşlarımızın rəhbəri var və həmin şəxs yaxın günlərdə xalqın önünə çıxacaq. Artıq bununla bağlı qədim şəhərimiz Təbrizdə geniş hazırlıq işlərinə başlanılıb. Bir növ Təbriz yeni hərəkata başlamaq ərəfəsindədir.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Yanvar 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1527

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see262

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see234

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see226

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see223

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see214

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see210

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see206

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see204

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see202

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see188

DÇ 2026 da “pley off”a çıxan komandalar artdı ADLAR

27 İyun 2026 10:40see180

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see177

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see174

Bakıda UFC Fight Night Baku turnirinə start verildi

27 İyun 2026 17:16see170

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see168

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see164

DÇ 2026: İspaniya Uruqvayı məğlub edərək lider kimi pley offa çıxdı

27 İyun 2026 06:18see159

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

27 İyun 2026 16:17see154

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri