Icma.az
close
up
RU
Yeni hərəkat zəfərlə bitəcək

Yeni hərəkat zəfərlə bitəcək

Güneydə “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” plakatlarının əks olunması yeni xəbərdarlıq siqnalıdır

Tarixən müxtəlif qüvvələr, siyasi, hərbi dairələr Azərbaycanın bölünməsinə, parçalanmasına, mövcudluğuna son qoyulmasına cəhdlər göstəriblər. İstəklərinə nail ola bilməsələr də xalqımızı iki yerə bölməyə nail ola biliblər. Rusiya İmperiyası ilə Qacar dövləti arasında 1813-cü ilin 12 oktyabr tarixində imzalanan Gülüstan müqaviləsi Azərbaycanın ərazisi iki yerə bölündü. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir. Sovetlər birliyi qurulduqdan sonra Güney Azərbaycanın birləşdirilməsinə çox yaxın olunub. Hətta demək olar ki, bu, geri çəkilməsi mümkün olmayan vacib amilə çevrilmişdir. Hətta 1943-cü ildə Şimali Azərbaycanla Cənubi Azərbaycanın birləşməsi ilə bağlı bütün məsələlər öz həllini tapmışdır. Təbrizi Azərbaycana birləşdirmək üçün Tehrana gedən Azərbaycan nümayəndə heyətinin tərkibində görkəmli alimlərimiz Əziz Əliyev və İmam Mustafayev də olmuşdur. Onların xatirələrində də bu məsələ qeyd olunub. Amma birləşmə planı erməni-rus maraqlarının üst-üstə düşməsi səbəbindən pozulmuşdur. Planın pozulmasında Mikoyanın böyük xidməti olur. Mikoyan hiyləgərliklə, uydurulmuş yalanları ilə Stalinin Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsinə “yox” deməsinə inandıra bilmişdir. Erməni ideoloqu deyir ki, Cənubi Azərbaycan əraziləri ilə Şimali Azərbaycan birləşərsə, onda 30 milyonluq Azərbaycan dövləti formalaşacaq. Bununla da, Ermənistan ayaqlar altında qalacaq. Yəni ermənilərin maraqları imkan vermirdi ki, cənubdakı torpaqlarımızla Şimali Azərbaycan torpaqları birləşsin. Baxmayaraq ki, Cənubi Azərbaycanda hərəkat oldu və demokratik dövlət quruldu. Sonda Pişəvəri hərəkatının nümayəndələri Azərbaycana gəldi və onlar burada öldürüldülər. Bundan sonra ABŞ-ın təzyiqi və ermənilərin hiyləgər planı hesabına sovet qoşunları İrandan çıxarıldı. Hətta ABŞ prezidenti Trumen 21 mart 1946-cı il tarixində SSRİ-yə ultimatum verərək, Stalindən sovet hərbi qüvvələrinin İrandan çıxarılmasını tələb etmişdir. Dünyada özünə yeni hərbi qüvvələrin yarana biləcəyindən ehtiyat edən Stalin məcburiyyət qarşısında qalıb, Cənubi Azərbaycanda yerləşən sovet ordu birləşmələrini çıxardır. Buna qarşı o zaman Azərbaycanın rəhbəri olmuş Mircəfər Bağırov çox çalışmış və məsələ ilə bağlı dəfələrlə Stalinin yanında olub danışıqlar aparmışdır. Lakin Stalin Avropa və ABŞ-ın təzyiqindən, daha sonra isə ermənilərin iddialarından çəkinərək M.Bağırovun istəklərinə qarşı çıxmışdır. Beləliklə, tarixi şərait o tayla bu tayın birləşməsi ilə bağlı yaranan fürsət əldən verilmişdir.

Yeni və müasir dünyada Azərbaycan ulduzu parlayır

Sovetlər birliyinin ən güclü dövründə belə erməni hərbi, siyasi terrorçu birləşmələri Moskvadakı siyasi hakimiyyətə təsir edə bilirdi. 1945-ci ilin payızında Ermənistan KP MK-nın katibi A.Arutyunov ÜİK(b)P MK-nın müzakirəsinə Qarabağ Vilayətinin Ermənistana verilməsi barədə təklif - layihə təqdim edir. Təklifdə xüsusi vurğu ilə bildirilir ki, Qarabağın əhalisinin əksəriyyəti ermənilərdən ibarət olduğu üçün həmin ərazi Ermənistana verilməlidir. Bu zaman ÜİK(b)P katibliyi Azərbaycan KP MK katibi M.C.Bağırovun rəyini öyrənmək üçün ona müraciət edir. A.Arutyunovun məktub-layihəsindəki dəlilləri alt-üst edən M.C.Bağırov bildirir ki, əgər ermənilərin əsas götürdükləri səbəbə görə Yuxarı Qarabağın Ermənistana verilməsi məqbul sayılırsa, nə olar, qoy DQMV-nin Şuşa rayonu istisna olunmaqla ərazisi Ermənistana verilsin. Ancaq bir şərtlə. Elə bu arqumentə-amilə əsaslanaraq azərbaycanlıların yaşadığı Vedi, Qarabağlar və Yeğeqnadzor rayonları Naxçıvana birləşdirilsin, habelə, vaxtilə Gürcüstana və Dağıstana verilən Azərbaycan torpaqları geri qaytarılsın. Bu tutarlı tələb qarşısında aciz qalan ermənilər iddialarından geri çəkilir. Bir məsələni də vurğulayaq ki, Qarabağ məsələsinin 1988-ci ildə gündəmə gəlməsi daha çox SSRİ-nin dağılmasına xidmət edən bir layihə idi. Bu layihənin əsas məqsədi SSRİ-ni dağıtmaq üçün erməniləri Qarabağda separatçılıq mövqeyindən istifadə etdilər. SSR-inin dağılması ilə yeni, müstəqil dövlətlər yarandı. Rusiya yeni dövlətlərin üzə çıxmasını həzm etmədiyindən dövlətlər daxilində və dövlətlərarası münaqişələri gücləndirmək yolunu tutdu. Erməniləri özlərinə daha yaxın hesab etdiklərindən onlara hərbi, siyasi dəstək göstərməklə Azərbaycanın tarixi torpaqlarının işğal edilməsinə yardımçı oldular. Bu baxımdan demək olar ki, Azərbaycanın torpaqlarının işğal edilməsində və bu işğalın 2020-ci ilin sentyabrın 27-ə qədər davam etməsində Avropanın və ABŞ-ın bəzi dairələri ilə yanaşı Rusiyanın da müstəsna rolu olub.

Fars-molla rejimi Azərbaycanın bölgənin super güc mərkəzinə çevrilməsindən narahatdır

Fars-molla rejimi də Azərbaycanın güclənməsindən, xüsusilə də 30 illik işğala son qoyulmasından ciddi narahat olduğundan ara-sıra ölkəmizə qarşı hədyanlarla çıxış edir. Hətta ermənilərə bu və digər formada dəstək göstərməklə, bölgədə vəziyyəti gərginləşdirməyə cəhdlər göstərir. Dəfələrlə fars-molla rejiminin bozbaş molları “Zəngəzur” dəhlizinin açılmasına olduqlarını bəyan ediblər. Bu isə açıq təhdiddir. İstək ondan ibarətdir ki, Azərbaycanın Qərb bölgəsi ilə Naxçıvanın quru əlaqələri olmasın. Bu baş verərsə, Azərbaycan bölgənin super güc mərkəzinə çevriləcək və hər bir dövlət üzərində istədiyi tələbi diktə etmək imkanı qazanacaq. Belə halın baş verməməsi üçün, hətta fars-molla rejiminin baş mollası ““Zəngəzur” dəhlizi bizim qırmızı xəttimizdir” deyə bildirir. Baş mollanın tezisindən çıxış edən digər aşağı təbəqəli mollalar da Azərbaycana qarşı başlarından böyük təhqir elementlərindən çıxış edirlər.

“Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!”

Fars-molla rejiminin yuxarı dairələrindən təlimat alaraq, Azərbaycana qarşı hədyanlar səsləndirənlər sırasında Güney Azərbaycan İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imamcüməsi molla Həsən Amuli daha çox fəallıq göstərir. Bu molla tez-tez ermənilərə xoş gəlmək, yuxarıdakı ağasından təşəkkür almaq üçün ölkəmizi hədəfə alır və ittihamlarla çıxış edir. 2024-cü ilin dekabrın 29-da təşkil edilən anım mərasimində tribuna önünə çıxan molla Həsən Amuli Azərbaycan və Türkiyə haqqında ittihamlar səsləndirib. O, Ərdəbil şəhərində 1514-cü ildə Səfəvi və Osmanlı imperiyaları arasında baş verən Çaldıran döyüşünün anım mərasimində Türkiyə və Azərbaycana, həmçinin hər iki ölkənin prezidentlərinə qarşı ittihamlar səsləndirilib. Onun ağızı göyçəklik etməsinə güneyli soydaşlarımız sərt etirazlarını bildiriblər. Güney Azərbaycan Milli Hərəkatının fəalları aksiya keçirərək molla Həsən Amuliyə və onun əlaltılarına Azərbaycan və Türkiyə liderlərinə qarşı olunan təhqiramiz ifadələrinə öz etirazlarını bildiriblər. Eyni zamanda, Türkiyə və Azərbaycana dəstəkləyən bəyanat qəbul ediblər. Bununla kifayətlənməyən Güney Azərbaycandakı soydaşlarımız Tehranda, Ərdəbildə Təbrizdə və digər iri şəhərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şəkilləri şəhərlərin müxtəlif yerlərində divarlara vurulub. Fotoların üzərində “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” yazılıb.

Molla Amulinin özbaşınalığı Bakı və digər bölgələrdə sərt etirazlarla qarşılanıb. Əhali mollanın həbs edilməsini və etdiyi çıxışa görə üzr istəməsini tələb edirlər. Azərbaycan Prezidenti İlham Əliyev də yerli televiziyalara müsahibəsində bu məsələyə sərt mövqe bildirib və İranın ali dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amulinin də qatıldığı tədbirdə Azərbaycan və onunla bağlı səslənmiş ifadələri “təhqir” adlandırıb. “O ki qaldı əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı... Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?” Dövlət başçısı deyib ki, baş verənlərlə bağlı İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı “təəssüf hissi” kifayət deyil: “Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar. Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir”.

Münasibətlərin qurulması üçün Azərbaycan xalqından üzr istənilməlidir

Söz yox ki, fars-molla rejiminin əyalət mollası olan Amulinin Azərbaycan və Türkiyə prezidentləri haqqında səsləndirdiyi fikirlər özünün düşüncəsi və ağlının məhsulu ola bilməz. Birincisi ona görə ki, onun ağlı və savadı siyasi təhlillər aparmağa və tarixdən sitatlar gətirməyə imkan vermir. İkincisi, bu məxluq ermənilərin kompakt yaşadıqları Livanın Cəbəl şəhərindən olduğundan onun bu bölgənin tarixi ilə bağlı bilgilərə malik olması inandırıcı deyil. Molla Amulinin tərcümeyi-halında onun nəslinin Səfəvilər dövründə Livanın Cəbəl Amul (Amil) ərazisindən Ərdəbilə köçmüş Sədat Cəbəl Amuli nəslindən olduğu yazılıb. Hətta Cəfər Mühacirinin “Əl-Hicra əl-İmiliyyə fi dövrə əs-Səfəviyyə” adlı əsərində də Amulinin kökünün Livandan olması barədə məlumat verilir. Molla Amuli özü də 2019-cu ilin fevralın 16-da Ərdəbildə düzənlənən cümə xütbəsində azərbaycanlı deyil, əslinin Livan ermənisi olduğunu fəxarətlə bildirmiş, “milliyyətin onun üçün əhəmiyyət daşımadığını” vurğulamışdır. Nəhayət, üçüncüsü, molla Amuli İranın ali dini lideri Ayətullah Xamenei tərəfindən Ərdəbilə nümayəndə təyin edilib. Deməli, Amulinin sayıqlamasının tezisləri həm də İranın ali dini lideri Ayətullah Xamenei tərəfindən gəlib. Vəziyyəti təhlil edərkən o qənaətə gəlmək olur ki, fars-molla rejimi ölkəmizin əldə etdiyi parlaq hərbi, siyasi qələbələrdən ciddi narahatçılıqlar keçirir. Çalışır ki, müxtəlif təxribatçı addımlar, hərəkətlərlə ölkəmizin imicini beynəlxalq aləmdə ləkələsin. Ancaq Azərbaycan dünyanın ən inkişaf edən azad, demokratik dövlətlərindəndir. Ona görə də, sivil, azad cəmiyyət qar tuneldə oturub, çamur atmaqla nəticə əldə etmək mümkün deyil. Yaxşı olardı ki, molla rejimi səhvlərini və qeyri-etik əməllərindən əl çəksin, sivil dövlət olan Azərbaycanla əlaqələr qurmağa, münasibətlər yaratmağa çalışsın. Üzr istəməklə, səhvlərini də etiraf etsin. Əks halda fars-molla rejimin aqibəti son dərəcə acınacaqlı olacaq.

İLHAM ƏLİYEV

seeBaxış sayı:68
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri