Icma.az
close
up
RU
Paşinyan bu vəzifələrə rəhbər təyin edə bilməyəcək SİYAHI

Paşinyan bu vəzifələrə rəhbər təyin edə bilməyəcək SİYAHI

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ermənistanda keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlandı. Seçkilər Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi ilə başa çatsa da, iqtidar partiyası hakimiyyətə gəldiyi gündən bəri ən az nəticə toplayıb.

Modern.az xatırladır ki, hakim partiya parlamentdəki 105 kürsüdən 61-ni qazanaraq adi çoxluğu təmin etdi. Bu isə o deməkdir ki, Paşinyan növbəti dəfə təkbaşına Baş nazir seçilə biləcək, Nazirlər Kabinetini formalaşdıracaq və gündəlik cari qanunları səs çoxluğu ilə qəbul edəcək.

Lakin onun üçün əsas problem və siyasi böhran rəsmi olaraq burada başlayır. Paşinyan parlamentdə fəaliyyət müddəti ərzində ilk dəfə mütləq hegemonluğunu — "konstitusional çoxluq" rejimini itirdi. Ermənistan konstitusiyasına görə, dövlətin idarə olunmasında elə strateji qərarlar və postlar var ki, onları adi səs çoxluğu ilə qəbul etmək və ya təyin etmək qeyri-mümkündür. Bunun üçün parlamentdə üçdə iki (2/3) və ya beşdə üç (3/5) səs çoxluğu tələb olunur.

Ermənistan Milli Məclisindəki 105 deputat yerini əsas götürsək, riyazi nisbətə əsasən, bu 63 deputat postu edir. Paşinyanın partiyasının isə cəmi 61 mandatı var. Yəni mütləq qərarlar üçün hakim qüvvəyə hər dəfə ən azı 2 deputat səsi çatmayacaq. Bu isə Paşinyanı parlament kuluarlarında müxalifətlə (Karapetyan, Köçəryan və ya Tsarukyanın qanadı ilə) birbaşa kompromisə, danışıqlara getməyə və ya onlardan gizli şəkildə deputat transfer etməyə məcbur qoyur.

Paşinyanın təkbaşına təyin edə bilməyəcəyi vəzifələr (3/5 tələbi) Ermənistan Respublikasının Konstitusiyasına əsasən, bunlardır:

Baş Prokuror

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri və üzvləri

Konstitusiya Məhkəməsinin hakimləri

İnsan Hüquqları Müvəkkili (Ombudsman) –

Mərkəzi Bankın sədri

Televiziya və Radio Şurasının üzvləri

Hesablama Palatasının sədri və üzvləri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyun 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri