Icma.az
close
up
RU
Paşinyan hökumətində dəyişiklik: Kimlər vəzifəsini itirir? SİYAHI

Paşinyan hökumətində dəyişiklik: Kimlər vəzifəsini itirir? SİYAHI

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyası 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri üçün seçki siyahısına daxil ediləcək namizədlərin  təsdiq olunmuş ilkin siyahısını açıqlayıb.

“Cebheinfo.az”-ın məlumatına görə, proporsional seçki siyahına 50 nəfərin adı daxildir. 

Hakim partiyadan 274 nəfərin namizədliyi irəli sürülsə də, əsas rəqabət 50-70 nəfər arasında gedəcək.  Namizədlər siyahısında birinci yeri Baş nazir Nikol Paşinyan tutur. O, 894 səs toplayıb. "Vətəndaş Müqaviləsi" Partiyası seçkilərdə qalib gələcəyi təqdirdə Paşinyan yenidən Baş nazir seçiləcək. Hakimiyyətdə ən yüksək vəzifələrin ilk  onluğa daxil olan namizədlərdən formalaşacağı gözlənilir.

Bu baxımdan, Paşinyandan sonra ikinci yeri hansı partiya funksionerinin tutacağı çox müzakirə olunurdu. Çünki Ermənistan parlamentinin sədri Alen Simonyanın növbəti parlamentdə spiker olmayacağı artıq məlumdur. Bu, Paşinyanın Simonyana etimadının azalması və hakim partiyada spikerin siyasi mövqeyinin zəifləməsi ilə izah edilirdi. Paşinyanın Simonyanın yerinə əvvəllər Ermənistanın ABŞ-dəki səfiri işləmiş Lilit Makuntsu görmək istədiyi barədə məlumatlar üstünlük təşkil edirdi. Lakin açıqlanmış partiya siyahısında ikinci yerdə hazırkı müdafiə naziri Suren Papikyanın yer aldığını görmək olar. Lilit Makunts isə partiya siyahısında 438 səslə 23-cü yerdə qərarlaşıb.

Seçim mərhələsində 780 səs toplayan Papikyan "Vətəndaş Müqaviləsi" Partiyasında ciddi nüfuza malikdir. Bu baxımdan, Papikyanın spiker postuna gətiriləcəyi ehtimalı çox yüksəkdir. Üçüncü sırada 765 səslə hazırkı iqtisadiyyat naziri Gevorq Papoyan yer alıb. O, "Vətəndaş Müqaviləsi" Partiyasının İdarə Heyətində yüksək nüfuza və xeyli tərəfdara malikdir. Seçkilərdən sonra Papoyanın ən azı iqtisadiyyat naziri vəzifəsində qalacağı və ya baş nazirin müavini təyin olunacağını proqnozlaşdırmaq olar. Baş nazirin hazırkı müavini Mher Qriqoryan isə çox güman ki, seçkilərdən sonra postu ilə vidalaşacaq. Onun adı namizədlər arasında yoxdur.

Mher Qriqoryanın yerinə daha bir namizəd isə hazırkı xarici işlər naziri Ararat Mirzoyandır. O, 743 səslə 4-cü yeri tutub. Bu göstərici ilə Mirzoyan ya Ermənistan diplomatiyasına rəhbərlik etməkdə davam edəcək, ya da Qriqoryanın yerinə irəli çəkiləcək. Mirzoyan başqa vəzifəyə təyin ediləcəyi halda, xarici işlər naziri vəzifəsinə əsas namizədlərdən biri hazırda parlamentin vitse-spikeri postunu tutan Ruben Rubinyandır. O, partiya siyahısında 687 səslə 6-cı yeri tutub. Xarici işlər naziri vəzifəsinə ən real namizədlərdən biri isə parlamentdə “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryandır. O, siyahıda 8-ci yerdədir.

Diqqəti cəlb edən məqamlardan biri isə hazırda Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışan Armen Qriqoryanın partiya daxilində dəstəyi itirməsi və ilk 50 nəfərlik siyahıya düşə bilməməsidir. Onun adı 101-ci yerdə  çəkilir. Bu isə Armen Qriqoryanın növbəti hökumətdə yer almayacağını göstərir. 

Müşfiq Abdulla   
“Cebheinof.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Fevral 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri