Paşinyan Cənubi Qafqazda sülhün ABŞ ın xarici siyasətinin prioriteti olmasını istəyir
Icma.az, Operativ MM portalına istinadən məlumat verir.
Ermənistanın baş naziri Paşinyan bildirib ki, Vaşinqtonun dəstəyi ABŞ-ın siyasi elitasının Cənubi Qafqazda sülh gündəminə dəstəyi şəklində olmalıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“ABŞ-ın Ermənistanı dəstəkləməsinin ən təsirli yolunun nə olduğunu soruşsanız, deyərdim ki, Cənubi Qafqazda sülhün təmin edilməsi gündəliyini siyasi elitanın prioritetləri sırasına daxil etmək çox vacib olardı. Çünki biz , əlbəttə ki, azadlıqları, o cümlədən dini etiqad azadlığını dəstəkləyirik, amma insanların azadlıqlarını qorumaq üçün ən yaxşı vasitənin sülh olduğuna inanıram”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, münaqişə mühiti müxtəlif insan hüquqlarının pozulması üçün ən münasibdir və buna görə də Ermənistan hakimiyyəti sülh gündəliyinə diqqət yetirib. O hesab edir ki, Cənubi Qafqazda demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi üçün lazımi mühiti yalnız sabit sülh yolu ilə əldə etmək olar.
Baş nazir bildirib ki, Ermənistan hazırda demokratiyanı və onun institusional əsaslarını gücləndirməyə, demokratiyanın hakimiyyətdəki siyasi qüvvələrin iradəsindən asılı olmamasına çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 04 Fevral 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















