Icma.az
close
up
RU
Paşinyan daha bir müttəfiqini itirdi “İrəvanDəməşq qardaşlığı” başa çatır

Paşinyan daha bir müttəfiqini itirdi “İrəvanDəməşq qardaşlığı” başa çatır

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

- +

Bəşər Əsədin devrilməsi ilə Ermənistan hakimiyyəti daha bir dayağını itirdi. İrəvan-Dəməşq təmasları Paşinyanın iqtidara gəlişi ilə daha da yüksəldi və strateji əməkdaşlıq səviyyəsinə çatdı. Baxmayaraq ki, Qərb Əsədi legitim prezident olaraq tanımırdı və ona qarşı mübarizə aparırdı, okeanın o tayından və “Qoca qitə”dən dəstək alaraq iqtidara sahiblənən Paşinyan Əsədlə münasibətləri hər zaman yüksək səviyyədə tənzimləyirdi. Müntəzəm olaraq suriyalı həmkarını təbrik edir, qarşılıqlı və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayır və ona xüsusi etimadını ifadə edirdi.
Müharibə cinayətkarı, Qarabağ müharibəsi zamanı çoxsaylı qətliamlar törətmiş qatı terrorçu Nubar Ozhanyanın Əsəd əleyhdarlarına qarşı döyüşməsi və Raqqa döyüşü zamanı öldürülməsi də bu xüsusda təsadüfi deyil. Terrorçu cinayətkarın adını daşıyan Nubar Ozhanyan terror qruplaşması Dəməşq və İrəvanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdi. Bu əməkdaşlığın əsas məqsədi isə Ermənistanın və erməni döyüşçülərin Suriya rejiminə dəstəyini kordinasiya etmək və daha da artırılmasına nail olmaq idi.
Ermənistan hərbçiləri minatəmizləmə, humanitar dəstək adı altında Suriyada xidmətdədir və uzun müddətdir ki, Əsəd rejiminin qorunması üçün mübarizə aparırlar. Onların Hələbdəki fəallığı xüsusi qeyd oluna bilər. Ermənistan İran vasitəsilə Suriyaya hərbi yardımlar edir və hərbi texnikalar göndərir. Əsəd rejimi İkinci Qarabağ müharibəsi zamanı Ermənistanı dəstəkləyib və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın əleyhinə fəaliyyət göstərib. 44 günlük vətən müharibəsində onminlərlə suriyalı döyüşçü qanunsuz olaraq Ermənistanın tərəfindən döyüşüb və işğalçıya dəstək nümayiş etdiriblər.
Göründüyü kimi, rəsmi İrəvan daha bir strateji müttəfiqini itirib və Əsədin devrilməsi ilə Ermənistan və Suriya arasındakı yüksək münasibətlər dövrü tarixə qovuşub. Türkiyənin Suriyadakı rolu və xarabalığa çevrilmiş bu ölkənin yenidən dirçəldilməsinə verəcəyi töhfələr, Azərbaycanın da Türkiyənın yanında yer alması, bu prosesdə gözlənilən humanitar dəstəyi Paşinyan rejimi üçün öldürücü zərbədir. O səbəbdən ki, əhalisi səfil durumda yaşayan rəsmi İrəvan Suriyaya xeyli yardımlar edərək, Əsəd rejiminin qorunmasına çalışsa da, buna müvəffəq ola bilmədi. Qazananlar isə bu dəfə də düzgün geosiyasət yürüdən Azərbaycan və Türkiyə dövlətləri oldular.
Suriyadakı hadisələrə gəlincə isə, Bəşər Əsəd ordu da daxil olmaqla daxildə bütün etimadı itirmişdi və bu şəkildə uzun müddət hakimiyyətdə qala bilməzdi.
Azər Niftiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 Dekabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri