Icma.az
close
up
RU
Paşinyan Dilican görüşündən danışdı: “Çox vacib idi”

Paşinyan Dilican görüşündən danışdı: “Çox vacib idi”

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Ermənistanın daxili siyasi həyatını Azərbaycan nümayəndələri ilə müzakirə etməyi alçaldıcı hesab etmirəm”.

Ölkə.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında iyunun 14-də Dilicanda keçirilən görüşü şərh edərkən deyib.

Hökumət başçısı bildirib ki, A.Qriqoryana belə bir görüşün zəruriliyini öyrənməyi şəxsən özü tapşırıb.

N.Paşinyan hesab edir ki, diplomatik iş məhz bununla bağlıdır, tərəflər mövqelərini aydınlaşdırırlar və bir-birinə çatdırırlar:

“Bu, bütün diplomatik təmaslarda olur: Yəni məlumatı üçüncü tərəflərdən və ya mediadan deyil, birbaşa əldə edək”, - o vurğulayıb.

Baş nazir söyləyib ki, Ermənistan tərəfi daxili siyasəti müzakirə etmir, əksinə məlumat paylaşır və bu, normal təcrübədir. N.Paşinyan belə bir prosesi əlaqələr, mövqelərin aydınlaşdırılması və diplomatiya sayır. Ona görə də prosesin alçaldıcı olması ilə qəti şəkildə razı deyil.

“Bu, vacib bir görüş idi və onun regiondan kənarda deyil, Ermənistanda baş tutması vacibdir. Bu o deməkdir ki, biz sülh prosesini irəli aparırıq və bütün mümkün riskləri idarə edirik”, - N.Paşinyan bildirib.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 İyun 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see368

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see224

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see223

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see193

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see190

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see188

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see181

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see181

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see177

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see176

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see172

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see171

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see163

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see162

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see161

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see160

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see159

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see154

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see152

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri