Icma.az
close
up
RU
Paşinyan ifşa olunur: erməni liderlərin siyasi cəsarəti yoxdur DEPUTAT

Paşinyan ifşa olunur: erməni liderlərin siyasi cəsarəti yoxdur DEPUTAT

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət öncə ölkənin İctimai televiziyasına müsahibə verib. Bu zaman o, erməni separatçılarının Bakıdakı məhkəməsi barədə danışıb.

"Bakıdakı prosesdən Ermənistan Respublikasına qarşı istifadə olunacaq. Deyirsən ki, biz onların orda olmasına şadıq? Onlardan Ermənistan Respublikası əleyhinə sübutlar çıxarmaq üçün orada psixotrop dərmanlardan istifadə olunacaq. Əlimizdə kəşfiyyat məlumatları var ki, bu dərmanlar və ifadələr Ermənistana qarşı istifadə olunacaq. Siyasi rəqiblərimizin Bakıda həbsdə olmasına sevindiyimizi deyirsiniz? Bu necə ağlınıza gələ bilər? Biz onları azad etmək üçün öz resurslarımızdan istifadə edirik. Dünyanın bir çox güclü dövlətləri oxşar problemlərlə üzləşə bilər və hər şeyi bir anda həll etmək mümkün deyil",-Paşinyan deyib.

Şübhəsiz ki, Paşinyan bu çıxışı ilə gələcəkdə qondarma "Artsaxın keçmiş başçısı" Arayik Arutunyanın və ya digər separatçıların açıqlayacağı faktlardan sığortalamağa çalışır.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Paşinyanın bəyanatı olduqca qeyri-ciddidir:

"İş burasındadır ki, Paşinyan nə buradakı erməni separatçılarının mühafizəsində iştirak edir, nə də həkim kimi onların vaxtaşırı vəziyyətinin qiymətləndirir. Separatçıların məhkəmə zamanı davranışları, verdiyi cavablar onların kifayət qədər normal, anlaqlı, hərəkətlərindən məsuliyyətli olduğunu göstərir. Söhbət başqa şeydən gedir. Separatçıların artıq ilk bəyanatlarından onların Azərbaycanın Qarabağ bölgəsindəki keçmiş rejimin rəsmi İrəvan tərəfindən yaradıldığı, maliyyələşdirildiyi, bütün məsələlərin Ermənistan paytaxtından idarə edildiyi görünür. Bu isə İrəvanın yalanlarını ifşa edir. Paşinyan  bir qayda olaraq, Azərbaycanın problemi İrəvanla deyil, Xankəndi ilə həll etməsini vurğulayırdı. Məhkəmədə separatçıların ilkin bəyanatları göstərir ki, Paşinyan Azərbaycanın torpaqlarının işğalını möhkəmləndirmək məsələsində sələflərindən geri qalmayıb. Və özünün yaratdığı sülh göyərçini obrazı darmadağın olmağa başlayır. O, əslində bir daha qonşu dövlətlərin torpaqlarının işğalını möhkəmləndirməyə çalışan çox uğursuz siyasətçi obrazında görünməyə başlayır. Eyni zamanda Azərbaycanla apardığı danışıqlarda o, işğal edilmiş ərazilərdə baş verən qanunsuzluqlardan kənar durmağa çalışır". 

A.Mirzəzadə vurğulayıb ki, Ermənistanın Azərbaycanla münasibətlərində axıra qədər səmimi olması yaxşı olardı:

"Yaxşı olardı ki, Ermənistan cinayətlərini etiraf etmək üçün özündə güc tapaydı, Azərbaycanla bundan sonrakı münasibətlərinə yeni bir ağ səhifədən başlamağı bacaraydı. Ancaq görünür, hələ də bu siyasi cəsarət Ermənistan liderlərində yoxdur. Ona görə də Ermənistanın ayrı-ayrı şəxslərindən, o cümlədən ölkənin birinci şəxsi tərəfindən vaxtaşırı belə qeyri-ciddi bəyanatlar eşitməli oluruq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Fevral 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri