Icma.az
close
up
RU
Paşinyan iki daş ın arasında qalıb, daxili və xarici təzyiq dairəsinin içərisində sülh imzalamağa can atır

Paşinyan iki daş ın arasında qalıb, daxili və xarici təzyiq dairəsinin içərisində sülh imzalamağa can atır

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın “168.am” nəşri Əbu-Dabidə baş tutan İlham Əliyev-Nikol Paşinyan görüşü haqda sensasion iddia ilə çıxış edib. Nəşr Ermənistan parlamentinin keçmiş üzvü Naira Zöhrabyana istinadən yazıb ki, Əliyev və Paşinyan Əbu-Dabidə 300 min azərbaycanlının mərhələli şəkildə Ermənistana qaytarılması barədə razılığa gəliblər. Bu mövzuda erməni politoloq Artur Xaçikyan isə qeyd edib ki, azərbaycanlıları Ermənistanda yerləşdirmək üçün ən azı 60 kənd lazımdır. Onun sözlərinə görə, Ermənistanda bu qədər boş kəndin olduğu məlum deyil: "İkincisi, bu adamlar Ermənistanda mülk sahibi olacaqlar və keçmişdəki mülklərini də tələb etməyə başlayacaqlar".

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtmaları onların haqlarıdır, çünki onlar uzun müddət orada yaşayıblar, öz ata baba torpaqlarıdır və beynəlxalq normalara əsasən, onlar öz torpaqlarına qayıtmaq hüququnu özlərində saxlayır və sözsüz ki, ora da qayıdacaqlar.

Tahir Rzayev

Tahir Rzayev qeyd edib ki, orada 300 min Azərbaycanlının mərhələli şəkildə yerləşdirilməsi və 60 kəndin ayrılması həqiqətləri özündə əks etdirmir: “Bu, uzun bir prosesdir və gərgin siyasi gedişlər tələb edən çox mühüm planlar əsasında həyata keçirilməli olan bir prosesdir. Sülh müqaviləsi bağlanandan sonra bu məsələlərə müəyyən qaydada aydınlıq gətirilə bilər. Bu, hər iki ölkənin vahid siyasi yol xəritəsi əsasında həyata keçirilə bilər. İlkin olaraq Ermənistan sülh müqaviləsini imzalamalıdır. Konstitusiyadan Azərbaycana Türkiyəyə qarşı olan torpaq iddialarını çıxarmalıdır. Sözsüz ki, bu məsələlər həll edildikdən sonra Qərbi azərbaycanlıların mərhələli şəkildə öz ata baba yurdlarına qayıtması məsələsi gündəmə gətirilə bilər. İndi bu mövzu gündəmdədir. Hazırda Qərbi Azərbaycanın

bütün vətəndaşları öz torpaqlarına qayıtmaq uğrunda mübarizədədirlər. Bu, beynəlxalq təşkilatlar tərəfindən də səslənir. Ata ocağına Qərbi Azərbaycandan olan azərbaycanlıların haqqıdır və bu haqq yerinə yetirilməlidir”.

Deputat vurğulayıb ki, Ermənistan siyasətçilərinin və politoloqlarının səsləndirdikləri fikirlər bilavasitə Paşinyana təsir mahiyyəti daşıyır, onu gözdən salmağa yönəldilib.

Tahir Rzayev hesab edir ki, Paşinyan bu gün çox çətin bir vəziyyətdədir: “Bir tərəfdən o, xarici ölkələrdən ona təsir edən ölkələrlə neytrallaşma prosesi həyata keçirir, digər tərəfdən kilsəyə və ölkə daxilində müxalifətçilərə qarşı mübarizədədir. Belə bir halda onun qəti fikir söyləmək imkanları məhdudlaşır. Bu səbəbdən də Paşinyan tədricən bu məsələləri yoluna qoymaq əzmindədir və bu da düzgün bir yoldur. Əslində əgər Paşinyanın özünə qalsaydı, baş nazir tez bir zamanda sülh müqaviləsinə atmış olardı və onun fikri də budur. Nəinki Paşinyanın, eləcə də Ermənistanda və xaricdə yaşayan sağlam qüvvələrin fikri budur ki, qonşu dövlətlərlə, xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmadan Ermənistanın gələcəyi və inkişafı mümkün deyil. Paşinyan bunu aydın başa düşür və ona görə müəyyən istiqamətlərdə iş görür. Ancaq bu istiqamətlərdə görülən işlər bir çox sədlərlə, təqiblərlə və əks təsirlərlə qarşılanır”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri