Paşinyan: İndi Azərbaycan və Ermənistan arasında de fakto sülh var
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
İndi Azərbaycan və Ermənistan arasında de-fakto sülh var.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibəsində deyib.
“İndi bizdə de-fakto sülh var. Ortaq investisiya layihələri həyata keçirmək, iqtisadi əməkdaşlıq etmək vaxtıdır. ABŞ-nin iştirakı bu hekayəni potensial investorlar üçün daha da cəlbedici edəcəklər”, - o söyləyib.
Paşinyan kommunikasiyaların açılması ilə bağlı razılaşmanı sülhün əldə olunması istiqamətində irəliləyiş adlandırıb. O, sözügedən razılaşmanın ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlı və beynəlxalq səviyyədə tanınmış sərhədlər prinsiplərinə əsaslandığını qeyd edib.
Nikol Paşinyan Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin münasibətlərin normalaşması üçün zəmin yaratdığını, bununla belə hər iki liderin onilliklər boyu davam edən düşmənçiliyin bir gecədə yox olmayacağını dərk etdiyini söyləyib.
“Hər şeyi bir gün, bir həftə və ya hətta bir il ərzində dəyişmək mümkün deyil. Amma bu sənəd (Birgə Bəyannamə - red.), nə istədiyimizin bariz ifadəsidir. Hər iki lider - həm Prezident Əliyev, həm də mən bu vəziyyəti dəyişmək istəyirik”, - o deyib.
Paşinyan Ermənistanın yeni konstitusiyasının hazırlanması üzərində iş aparıldığını sözlərinə əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 15 Avqust 2025 01:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















