Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub Paşinyan
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Respublika Günü münasibətilə keçirilən mərasimdə çıxış edib.
Gununsesi.info xəbər verir ki, Paşinyan 2026-cı ildə Respublika Gününün tamamilə yeni, tarixi şəraitdə qeyd edildiyini deyib.
“Təxminən 35 illik münaqişədən sonra Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub”, – deyə o bildirib.
Baş nazir vurğulayıb ki, ilk Ermənistan Respublikasının müstəqilliyini qorumaq və inkişaf etdirmək üçün çatışmayan şey sülh idi.
O vurğulayıb ki, bu gün Ermənistanın yeni ordusuna yeni forma, yeni silahlar və yeni ideologiya təqdim olunur: “Yeni ideologiyanın əsas məqsədi belədir: ordunun yeganə vəzifəsi Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin müdafiəsidir və beynəlxalq müqavilələr əsasında həyata keçirilən sülhməramlı missiyalar istisna olmaqla, ordumuz Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda istifadə edilməməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 28 May 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















