Paşinyan Karapetyanı “divara dirəyib” Milyarderin şirkətlərində vergi yoxlamaları ilə bağlı göstəriş verib
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Xəbər verildiyi kimi, Ermənistan hüquq-mühafizə orqanları “Taşir” Şirkətlər Qrupunun rəhbəri, Rusiya vətəndaşı olan erməni milyarder Samvel Karapetyanı hakimiyyəti güc yolu ilə devirmək təhdidlərinə görə həbs edib.
“AzPolitika” xəbər verir ki, Ermənistanın “Hraparak” qəzetinin öz mənbələrinə istinadla yazdığına görə, Baş nazir Nikol Paşinyan ölkənin vergi orqanlarına Samvel Karapetyanın ailəsinə məxsus bütün qurum və müəssisələrdə kompleks yoxlamalar aparmağı tapşırıb.
Qəzet yazır ki, Paşinyan vergi orqanına maksimum mümkün olan yüksək cərimələrin tətbiq edilməsi barədə göstəriş verib.
Qeyd edək ki, bundan öncə Paşinyan vaxtilə Karapetyana verilmiş Ermənistan Elektrik Şəbəkələrinin milliləşdirilməsi ilə bağlı bəyanat vermişdi. Hakimiyyətə yaxın mənbələr “Hraparak”a bildiriblər ki, onun bu bəyanatları Karapetyana və müxalifətə psixoloji təzyiq göstərməyə hesablanıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 25 İyun 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















