Nazir: Gürcüstanın ərazi bütövlüyünün sülh şəraitində bərpa olunması üçün bütün vasitələrdən istifadə edəcəyik
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bütün potensiallardan istifadə edəcəyik ki, Gürcüstanın da ərazi bütövlüyü sülh şəraitində bərpa olunsun”.
APA xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, regionda sülh olmasına çalışacağıq: “Biz ABŞ-la pozitiv kontekstdə əlaqələrimiz olacağını gözləyirik. ABŞ-la strateji tərəfdaşlıq əldə olunmasını istəyirik. Eyni zamanda, bizim Çinlə strateji tərəfdaşlığımız var. Gürcüstanın milli maraqlarını beynəlxalq arenada qorumaq bizim əsas istiqamətlərdən biridir. Bizə bunun üçün dostlar, tərəfdaşlar lazımdır. Biz hər bir partnyorla tərəfdaşlığı dərinləşdirməyə böyük əhəmiyyət veririk”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 16 Yanvar 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















