Icma.az
close
up
RU
Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə

Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasından sonra iki ölkə arasında münasibətlərin necə qurulmalı olduğuna dair baxışını təqdim edib.

Paşinyan Ermənistan və Azərbaycan arasında anklav və eksklavların olmamasını, bu məsələnin bərabər sahəli ərazilərin qarşılıqlı mübadiləsi yolu ilə həllini təklif edib.

Baş nazirin sözlərinə görə, Ermənistanın ərazisi 29 min 743 kvadratkilometr təşkil etməli, Azərbaycanla sərhədlərin delimitasiyası isə 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılmalıdır. Paşinyan bildirib ki, iki ölkə arasında bütün yollar və nəqliyyat kommunikasiyaları açılmalıdır. O, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat əlaqəsinin təmin edilməsinin vacibliyini də vurğulayıb.

Ermənistanın Baş naziri qeyd edib ki, tərəflər bir-birinə qarşı heç bir ərazi iddiası irəli sürməməlidirlər. Onun sözlərinə görə, bu prinsip Qarabağ, Naxçıvan və Qərbi Azərbaycan konsepsiyası ilə bağlı məsələlərə də şamil edilməlidir. Paşinyan əlavə edib ki, Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarından sonra iki ölkə arasında belə bir sülhün əldə olunmasının real olduğu qənaətinə gəlib.

Qeyd edək ki, Ermənistanın Baş naziri son vaxtlar Azərbaycanın işğal altında qalmış dörd anklav kəndinin qaytarılmasının vacibliyindən tez-tez danışır. Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya uyğun olaraq,  yaşayış məntəqələrinin geri qaytarılması  sərhədlərin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində həll olunmalıdır.

Tərəflər delimitasiya işlərinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədinin kəsişdiyi ərazidən başlayaraq şimaldan cənuba doğru aparılması barədə razılığa gəldiyindən Qazax rayonunun Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərinin işğalına qısa müddətdə son qoyulacağına dair məlumatlar üstünlük təşkil edirdi. Lakin sonradan Kərki kəndinin Azərbaycana qaytarılmasına hazırlıq getdiynə dair xəbərlər yayılmağa başladı. Hətta Nikol Paşinyan Kərkidə məskunlaşmış ermənilərin başqa kəndə köçürüləcəyindən və onlara kompensasiya veriləcəyindən danışdı.

Ermənistanın Baş naziri hesab edir ki, həmin kəndlər “Real Ermənistan”ın 29743 kvadrat kilometr ərazisinə daxil deyil. Əks halda, Ermənistanın ərazi göstəricisi dəyişir. Yəni Paşinyan “Real Ermənistan” dedikdə, Ermənistan SSR-i nəzərdə tutur. Sovet dövründə isə həmin anklavlar Ermənistanın tərkibində olmayıb. Ona görə də rəsmi İrəvan kəndlərin qaytarılacağını vəd edir. Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 8-də Türkmənistanda baş tutan qeyri-rəsmi görüşü zamanı aparılan söhbətində də bu məsələnin diqqət mərkəzində olduğu aydın olur.

Ermənistan tərəfi bununla bağlı dəfələrlə açıqlama versə də, hələlik əməli addımlar atmayıb. Həmin kəndlər Azərbaycanın suveren əraziləridir və  işğal edilib. Bu kəndlərin Azərbaycana qaytarılmaması 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinə ziddir. Ona görə də Ermənistan qeyd-şərtsiz adları çəkilən anklavları Azərbaycanın yurisdiksiyasına verməlidir. Əks təqdirdə, Azərbaycan kəndləri güc yolu ilə azad etmək hüququnu özündə saxlayır və bundan istifadə edə bilər. 

Qeyd edək ki, bu məsələdə Qazax rayonunun kəndlərinin qaytarılmasında hər hansı maneə yoxdur. Kərki kəndi ilə bağlı Ermənistan hüquqi maneə yaradıb. Yəni Ermənistanın 1995-ci ildə qəbul etdiyi “İnzibati ərazi bölgüsü haqqında” Qanunla Kərki kəndi Ararat Vilayətinin Paruyr Sevak (Çanaxçı) rayonunun tabeliyinə verilib. Ona görə də Kərki kəndinin qaytarılması ilə yanaşı, Ermənistan parlamenti qanunvericiliyə dəyişiklik etməli və Azərbaycana məxsus yaşayış məntəqəsinə ərazi iddiasına son qoymalıdır. 

Paşinyan bərabər sahəli ərazilərin qarşılıqlı mübadiləsindən danışarkən çox güman ki, bu qanunsuz qərara istinad edir və Kərkini Gədəbəy rayonunun Başkənd kəndi ilə dəyişməyi təklif edir. Yəni dolayısı ilə Kərki üzərində Ermənistanın yurisdiksiyasının tanınması müqabilində Başkəndin də Azərbaycanda qalmasına eyham vurulur. 

Bundan başqa, Paşinyan Qarabağa, Qərbi Azərbaycana və Naxçıvana ərazi iddialarından imtinanın vacibliyini bəyan edir. Bununla da Paşinyan  ermənilərin Qarabağa və Qərbi azərbaycanlıların isə öz evlərinə qayıtması məsələsində tərəflərin öz məqsədlərindən “güzgü” prinsipi əsasında geri çəkilməsini kompromis variant kimi irəli sürür.

Naxçıvanla bağlı məsələyə gəlincə, burada tərəflər arasında bir razılaşmanın əldə olunduğunu görmək olar. Yəni Ermənistan hakimiyyəti sülhün əsas şərtlərindən biri kimi ermənilərin Naxçıvan Muxtar Respublikasına olan ərazi iddiasından de-yure imtina edir. Həmçinin, rəsmi İrəvan  Azərbaycanın qərb hissəsi ilə Naxçıvan eksklavı arasında maneəsiz və təhlükəsiz hərəkətin reallaşması üçün Zəngəzur dəhlizinin açılmasını təmin edə bilər. 

Müşfiq Abdulla 
 “Cebheinfo.az”

Açar sözlər: Paşinyan kəndlər

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri